İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə44/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

inkişafı üçün geniş imkanlar açmışdır [29, s.  32].  Ümumilikdə, ötən 
dövr  ərzində  m uxtar  respublikada  33  idman  obyekti  tikilərək, 
yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir 
[11,  s.  161].  İdmançılar  üçün  yaradılan  şərait  öz  nəticəsini  verirdi. 
Bir sıra güclü idmançılar yetişdi.  Naxçıvanlı idmançılar beynəlxalq 
səviyyəli yarışlarda uğurlar qazandılar.
M uxtar respublikada uşaq və gənclərin fıziki sağlamlığı ilə ya- 
naşı əqli inkişaflarma da xüsusi diqqət yetirilmişdir.  Şahmat idman 
növünün  m addi-texniki  bazası  gücləndirilmişdir.  Naxçıvan  şəhə- 
rində,  Culfa,  Şahbuz  və  Şərurda  yeni  tipli,  dünya  səviyyəli  uşaq- 
gənclər şahm at məktəbləri tikilərək istifadəyə verilmişdir. Naxçıvan 
şəhərində beynəlxalq standartlara cavab verən yeni şahmat məktəbi 
tikilmişdir. Gənclər idmanm müxtəlif növləri üzrə məşğul olurlar və 
bu idmançılarm sayı artır. Bədən tərbiyəsi və idmanla məşğul olanlar
1996-cı ildə 21600 nəfər, 2001-ci ildə 25985 nəfər, 2006-cı ildə 32332 
nəfər, 2009-cu ildə 36076 nəfər olmuşdur.  Bədən tərbiyəsi və idman 
kadrları artdığı kimi, idman dərəcələri və mükafat alanlarm da sayı 
ilbəil artmışdır.
Ümumiyyətlə, m uxtar respublika rəhbərliyinin diqqət, qayğı 
və  dəstəyi  ilə  keçirilən bütün tədbirlər,  gənclər və  idman  sahəsində 
atılan  addım lar  nəticəsində  m uxtar  respublikada  müasir tələblərə 
cavab verən, milli mentalitetimizə uyğun gələn gənclər və idman si- 
yasəti formalaşmış və uğurla həyata keçirilməkdədir.
G öründüyü kimi, son  15 il ərzində Naxçıvan Muxtar Respub- 
likasmın  ictimai-siyasi  həyatmda,  sosial-iqtisadi  və  mədəni  inkişa- 
fında  heç  bir  dövrlə  m üqayisə  olunm ayacaq  səviyyədə  hərtərəlli 
inkişaf baş vermiş, inkişafm Naxçıvan modeli yaranmışdır.  Bu inki- 
şaf və  dəyişikliklər  o  qədər  yüksək  səviyyəyə  çatmışdır  ki,  bir çox 
hallarda bunu inkişafm Naxçıvan möcüzəsı kimi də xarakterizə edir- 
lər.  Bəli,  “m öcüzə”  yaradılmışdır,  lakin  Naxçıvanm  sosial-iqtisadi 
və mədəni həyatmda.  “Möcüzə”nin əsasmda ümummilli lider Heydər 
Əliyevin düşünülmüş, ölçülüb-biçilmiş siyasətinin nəticəsində hazır- 
lanan siyasi və sosial-iqtisadi kurs, bu kursu yaradıcılıqla inkişaf et- 
dirən və həyata keçirən ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü 
fəaliyyəti dayamr.
Naxçıvan M uxtar Respublikasmm  1995-2010-cu illər inkişafı
183


bilavasitə M uxtar Dövlətə uğurla rəhbərlik edən Ali Məclisin Sədri 
Vasif Talıbovun  adı  və  səmərəli  fəaliyyəti  ilə bağlıdır.  Onun  əqidə 
bütövlüyü,  Heydər Əliyev siyasi kursuna sədaqəti,  problemlərə bə- 
lədliyi, onlara milli mövqedən və dövlətçilik prinsipindən yanaşması, 
yorulmaz fəaliyyəti,  yüksək tələbkarlığı və prinsipiallığı,  eyni  dərə- 
cədə xeyirxahlığı və vətənpərvərliyi  əldə  olunan nailliyyətlərin əsas 
şərti olmuşdur
184


NƏTİCƏ
Azərbaycan Respublikası müstəqilliyinin bərpa etməsinin 20 
illiyini bu il yüksək səviyyədə qeyd edəcək. Müstəqillik hər bir xalqm 
taleyində əvəzolunmaz tarixi nailiyyətdir.  Bu nailiyyətlərdən hər bir 
vətəndaşımıza fərəh doğuran pay düşür.
Müstəqilliyimizin ilk illəri xalqımız və ölkəmiz üçün ağrı-acı- 
larla əlaqəli olub. Məkrli düşmənlərimiz Azərbaycanm bir sıra tarixi 
torpaqlarm a yiyələnmək üçün əwəlcə pərdələnmiş, sonra isə açıq si- 
lahlı m übarizə yolu ilə fəaliyyətə keçmişdir. Azərbaycan rəhbərləri- 
nin  səriştəsizliyi  və  milli  m araqlardan  çıxış  etməmələri  bir  sıra 
ərazilərimizin işğal edilməsi ilə nəticələnmişdir.
Erməni  daşnakları  Naxçıvanla  da  bağlı  məqsədlərini  gizlət- 
məmiş,  sərhədlərimizə  silahlı basqm lar etmiş,  lakin layiqli cavabla- 
rmı  almışlar.  U lu  öndər  Heydər  Əliyevin  Naxçıvanda  olması, 
fəaliyyət göstərməsi erməni iddialarmm reallaşmasma imkan vermə- 
mişdir.  Heydər Əliyevin Naxçıvan M uxtar Respublikası Ali Məcli- 
sinin Sədri kimi həyata keçirdiyi tədbirlər Naxçıvanı xilas etmişdir.
Ümummilli lider Heydər Əliyevin səmərəli və gərgin əməyi nə- 
ticəsində blokada şəraitinin yaratdığı çoxsaylı problemlərlə üzləşmiş 
Naxçıvanda  sosial-iqtisadi  vəziyyətin  normalaşdırılması  sahəsində 
mühüm nailiyyətlər əldə edildi.  1993-cü ildə ulu öndər Heydər Əliyevin 
siyasi hakimiyyətə yenidən qayıdışı ilə ölkəmizin və onun tarixi böl- 
gəsi olan N axçıvam n ictimai-siyasi və sosial-iqtisadi həyatmda yeni 
mərhələnin əsası qoyuldu.
Y .T alıbovun  Naxçıvan  M R  Ali  Məclisinin  sədri  seçilməsi 
Naxçıvanm  m üasir  tarixində  m ühüm   əhəmiyyət  kəsb  edən  hadisə 
oldu. Məhz onun rəhbərliyi altm da Naxçıvanda ümummilli lider tə- 
rəfmdən  əsası  qoyulan ictimai-siyasi  sabitliyin və  sosial-iqtisadi in- 
kişafın  ardıcıllığı  təm in  edildi.  Regionun  sosial-iqtisadi  uğurları 
ildən-ilə və sürətlə artır. Sənaye dinamik inkişaf edir, yeni sənaye sa- 
hələri yaradılır.
Sahibkarlıq  üçün  əlverişli  şərait  mövcuddur,  müəssisələrin
185


fəaliyyəti  bərpa edilir,  yeni iş  yerləri,  istehsal  sahələri yaradılır.  Ti- 
kinti, quruculuq, abadlıq və yaşıllaşdırma tədbirləri uğurla aparılır. 
Əhalinin qaz və elektrik enerjisinə tələbatı tam  ödənilib. İxrac yönlü 
mallar istehsalı xeyli artıb.
Təhsil, elm, səhiyyə və mədəni-maarif sahəsində ciddi uğurlar 
əldə edilib. Onların inkişafma fıkir verilir, maddi-texniki bazası möh- 
kəmləndirilir.  Mədəniyyət  abidələri qorunur,  təmir və bərpa edilir. 
Kitabxanalar, muzeylər, mədəniyyət evləri yenidən qurulur.
Naxçıvan  M uxtar  Respublikası,  eləcə  də  Naxçıvan  şəhəri 
abadlaşır,  müasirləşir,  yenidən  qurulur,  beynəlxalq tədbirlər keçir- 
mək üçün bir məkana çevrilir. Türkdilli ölkələrin dövlət başçılarmm 
IX zirvə toplantısı,  Azərbaycan-Türkiyə biznes  forumunun  Naxçı- 
vanda keçirilməsi, bir sıra ölkələrin dövlət və hökumət rəhbərlərinin 
Naxçıvana gəlmələri Naxçıvanm ictimai-siyasi həyatı, sosial-iqtisadi 
və mədəni inkişafı haqqmda hər şeyi deyir.
Naxçıvan sürətlə və dinamik inkişaf edən bir diyara çevrilir.
186


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə