kimi qiyməttandirib, dünya ictimaiyyətinin gözündən salmağa çalı-
şırdılar [19,s.217]. 1990-cı il yanvarm 2-də axşam Moskva televizi-
yasınm «Zaman» xəbərləri belə bir məlumat yaydı: «Azərbaycanm
Naxçıvan MSSR ərazisində bir qrup ekstremist İranla sərhədi
pozub, sərhəd zolağmı, avadanlıqları məhv edib və sərhədçilərlə
kobud davranaraq onlara hədə-qorxu gəlib».
M oskvanm təzyiqi altmda Azərbaycan KP MK-sı 1990-cı il
yanvarm 2-də «Naxçıvan MSSR-də dövlət
sərhədində kütləvi nizam-
sızlıq haqqm da» qərar qəbul etdi. Qərarda sərhəd qurğularmın
sökülməsi pislənmiş və bunun respublikada yenidənqurma prosesinə
ciddi zərbə vurduğu göstərilirdi [24,s.l7].
1990-cı ilin yanvarm 4-də SSRİ Ali Soveti Millətlər Sovetinin
sədri R.N.Nişanov, Sov.İKP MK-nm katibi A.N.Girenko, Azərbay-
can KP MK-nm birinci katibi Ə.X.Vəzirov, SSRİ DTK-sı sədrinin
birinci müavini, ordu generalı Bobkov, ordu generalı Varennikov,
general-polkovnik Şatalin, general-mayor Şironkin Naxçıvana gəldi-
lər. Sərhəd hərəkatı ilə bağlı vəziyyəti sabitləşdirmək məqsədi ilə
gəlsələr də, bu işlə bacara bilmədilər, alovlanmış milli-azadlıq hərə-
katım söndürə bilmədilər.
1988-ci ildən Azərbaycanda başlanan milli-azadlıq hərəkatı-
nm şanlı səhifələrindən olan Naxçıvanm «Sərhəd hərəkatı» uzun il-
lərin həsrəti nəticəsi kimi meydana çıxmışdır. Bu hadisəni «Səhər»
qəzeti 13 yanvar 1990-cı il tarixli nömrəsində «Oda düşdü oda salan»
başlıqlı məqalə ilə geniş şərh edərək, respublika ictimaiyyətinə ilk
dəfə olaraq obyektiv məlumat vermişdi.
1989-cu il dekabrm 31-i Dünya Azərbaycanlılarınm Həmrəy-
liyi bayramma çevrildi. 1990-cı ildən isə həmin günün ildönümü res-
publikanm dem okratik qüvvələri tərəfindən geniş qeyd edildi.
«Sərhəd hərəkatı» rəsmi səviyyədə siyasi və tarixi qiymətini ilk
dəfə məhz N axçıvanda, Heydər Əliyevin rəhbərlik etdiyi Muxtar
Respublika Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli sessiyasmda
almışdır. Heydər Əliyevi Dünya Azərbaycanlılarmm Milli Həmrəy-
lik və Birlik günü haqqmda məsələnin Naxçıvan Muxtar Respubli-
kası Ali Məclisinin sessiyasmda müzakirə olunmasmı, siyasi
əhəmiyyətli
qərar qəbul edilməsini, Azərbaycan türklərinin uzun illər
ayrılıqdan sonra birləşməsi yolunda ilk addım kimi qimətləndirmişdi
31