B İR İN C İ FƏSİL
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
İCTİMAİ-SİYASİ HƏYATI
1.1. Dağlıq Qarabağ hadisəsi və bunun Naxçıvan
Muxtar Respublikasmda ictimai-siyasi vəziyyətə təsiri
XX əsrin 80-ci illərinin sonunda SSRİ-də yaranmış şəraitdən
istifadə edən erməni millətçiləri DQMV-ni Ermənistana birləşdirmək
üçün qeyri-qanuni aksiyalara başladılar. 1989-cu il fevralın 20-də
Dağlıq Q arabağ Vilayət Sovetinin növbədənkənar sessiyasmda
«DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb
Ermənistan SSR
tərkibinə verilməsi haqqm da» məsələ müzakirə olundu və qərar
qəbul edildi [22,s.ll]. SSRt rəhbərliyinin ikili siyasəti hadisələri qı-
zışdırdı, ermənilər bundan istifadə edərək daha da fəallaşdı. Bakıda,
Sumqayıtda, Gəncədə, Naxçıvanda və respublikanm bir sıra şəhər-
lərində etiraz mitinqləri keçirildi.
Qarabağ münaqişəsi, Ermənistandan vəhşi üsullarla qovulan
azərbaycanlılarm Naxçıvana axmı, Naxçıvanm sərhəd kəndlərinə
silahlı basqmlar əhalini fəal mübarizəyə qaldırdı. «Daşnak təcavü -
zünün gücləndiyi bir şəraitdə satqm ölkə rəhbərliyinin cinayət -
karcasma fəaliyyətsizliyi» [25,s. 181] minlərlə naxçıvanlım küçələrə,
meydanlara çıxardı. Onlar Sovet imperiyasma, onun muxtar res-
publikadakı sosial dayaqlarına qarşı da mübarizə aparırdı. Muxtar
respublikanm vilayət, şəhər və rayon partiya komitələrinə qarşı
etiraz mitinqləri və yürüşləri keçirildi.
1988-ci il noyabrın 22-də Naxçıvan şəhərinin mərkəzi meyda-
nında 30 mindən çox adam toplandı. Mitinqçilər Vilayət
partiya ko-
mitəsinin birinci katibinin mitinqə gəlməsini tələb etdilər. Birinci
katib mitinqə gəldi. Mitinqçilər onu imperiya və onun nökərləri tə-
rəfmdən təqib olunan Azərbaycan xalqınm böyük oğlu Heydər Əliyevin
portretini yuxarı qaldırmağa məcbur etdilər. Rüsvay olunan katib
27
A