İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə34/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

iltardə qazlaşdırma prosesi çox sürətlə aparıldı və muxtar respubli- 
kada  əhalinin və təsərrüfat  subyektlərinin  qazla təchizatı  başa çat- 
dırıldı.  2011-ci  ilin  yanvarmadək 220  yaşayış  məntəqəsində  78157 
rıənzil  qazlaşdırılmış,  pulsuz  olaraq mətbəx  sobaları verilmiş,  qaz 
sayğacları quraşdırılmışdır.
2.8. Əhalinin sosial müdafiəsinin təmin edilməsi
Naxçıvan  M uxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Vasif 
" "alıbovun rəhbərliyi ilə görülən işlər, həyata keçirilən tədbirlər, qa- 
zanılan uğurlar və uğurlardan insanlarm sosial vəziyyətlərinin yax- 
şılaşdırılması, yaşayış şəraitinin yüksəldilməsinə yönəldilən tədbirlər 
insanları razı salır, onlarm fəal mövqe tutmalarına, Naxçıvanm hər- 
tərəfli  inkişafına  səbəb  olur.  1995-2010-cu  illərdə muxtar  respubli- 
jcada  əhalinin  sosial  müdafiəsini  təmin  etmək  sahəsində  bir  sıra 
tədbirlər həyata keçirilmişdir.  İşçilərin aylıq əməkhaqqmm və gəlir- 
lərinin artırılmasma,  onlarm sosial müdafiəsinə diqqət artırılmışdı. 
Naxçıvan M R-də iqtisadiyyatm müxtəlif sahələri üzrə muzdla işlə- 
yənlərin orta aylıq əməkhaqqı  1998-ci ildə 163,2 manat təşkil etmişdi 
ki,  bu  da  1995-ci  ildəki  müvafiq  göstəricidən  83,7 manat  və ya 2,1 
•ləfə  yüksək  idi.  2005-ci  ildə  sənayedə  işləyənlərin  nominal  əmək- 
haqqı 221 manat, tikintidə 301 manat, nəqliyyatda 210,9 manat, ra- 
bitədə 220,2  m anat  təşkil  etmişdi  ki,  bu  da  1995-ci  ildəkindən 2,2 
dəfə yüksək idi. 2005-ci ildə 2000-ci ilə nisbətən əhalinin nominal pul 
gəlirləri 2,7  dəfə,  adam başm a  düşən  pul  gəliri  isə  2,6  dəfə artmışdı 
[23, s.  65].
Görülən  məqsədyönlü tədbirlər  əhalinin  rifahınm  və gəlirlə- 
rinin yüksəlməsinə səbəb olmuşdur. 2009-cu ildə bir işçiyə hesablan- 
mış  orta aylıq  əməkhaqqımn  məbləği  2008-ci  ilə  nisbətən  15,8  faiz 
çox  olmuşdur.  2010-cu  ildə  o rta  aylıq  əməkhaqqınm məbləği  303 
manat olmuşdu. Ümumiyyətlə,  1994-cü illə müqayisədə 2009-cu ildə 
əhali gəlirlərinin həcmi 36 dəfə artaraq 25,6 milyon manatdan 913,4 
milyon m anata çatmışdır [27,s.  26].
İnsanlarm tələbatlarını ödəmək üçün bu gün muxtar respub- 
likada  108  növdə,  319  çeşiddə ərzaq,  184 növdə,  461  çeşiddə qeyri- 
ərzaq olmaqla,  cəmi 292 növdə,  780 çeşiddə məhsul istehsal olunur
129


[15,  2011,  29  yanvar].  Istehsal  olunan  89  növdə  ərzaq,  158  növdə 
qeyri-ərzaq olmaqla, cəmi 247 növdə məhsula olan tələbat tamamilə 
yerli istehsal hesabma ödənilir.
Muxtar respublikada pensiyaçı və müharibə əlillərinin, şəhid 
və aztəminatlı ailələrin sosial-müdafiəsinə diqqət xeyli artırılmışdır.
2000-ci ildə muxtar respublikada 52254 pensiyaçı var idi.  Onlar hər 
cür  diqqət  və  qayğı  ilə əhatə olunmuş,  aztəminatlı və  sosial  müda- 
fiəyə ehtiyacı olan vətəndaşlara da qayğı göstərilmişdir.  Əvvəlki il- 
lərdə  olduğu  kimi,  2009-cu  ildə  də  müharibə  və  hərbi  əlillərdən, 
veteranlardan 50 nəfərinə “Tavriya” markalı avtomobil,  152 nəfərə 
isə müxtəlif sanatoriya və pansionatlara göndəriş verilmişdir. 2009-cu 
ildə ailələrə 3  milyon 447 min m anatdan artıq ünvanlı dövlət sosial 
yardımı ödənilmişdir [27, s. 35]. Beləliklə, muxtar respublikada apa- 
rılan  məqsədyönlü  iqtisadi  və  sosial  siyasət  əhalinin  rifahımn  da- 
vamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır.
M uxtar respublika iqtisadiyyatmda əldə olunmuş sabit artım 
tempi səmərəli məşğulluğun təşkili və yeni iş yerlərinin yaradılması 
üçün də əlverişli mühit formalaşdırmışdır. 2000-2005-ci illər ərzində 
məşğulluq  mərkəzləri  tərəfindən  6915  nəfər işlə təmin  olunmuşdur 
[23, s. 65]. Sonrakı illərdə bu məsələyə daha böyük diqqət yetirilmiş- 
dir. 2006-cı ildə 8044 yeni iş yeri, 2007-ci ildə 5827,2008-ci ildə 6434,
2009-cu  ildə  isə  4742,  2010-cu  ildə  3556  yeni  iş  yerləri  açılmışdır. 
Ümumiyyətlə,  1995-2010-cu illərdə 64 mindən çox yeni iş yeri yara- 
dılmışdır.  Naxçıvan  M uxtar  Respublikası Ali  Məclisi  Sədrinin  30 
may 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar 
Respublikasında Məşğulluq Strategiyasmın həyata keçirilməsi üzrə 
Dövlət Proqramı (2007-2010-cu illər)” müvəfəqiyyətlə yerinə yetiril- 
mişdir.
M uxtar respublika sakinlərinin mənzil-məişət şəraitinin yax- 
şılaşdırılması,  içməli  su ilə təchizatı məsələsinə də xüsusi əhəmiyyət 
verilmişdir. Bu illərdə muxtar respublikanm əhalisi 70 min nəfər art- 
mışdır.  1991-2000-ci illərdə muxtar respublikada  152,9 min kv metr 
mənzil sahəsi tikilmişdi.  2007-ci ildə muxtar respublika əhalisi 66,6 
min kv metr yaşayış evləri inşa etmişdir. 2010-cu ilin altı aymda əha- 
linin  şəxsi  vəsaiti  hesabına  130,5  min  kv metr  yaşayış  sahəsi  istifa- 
dəyə verilmişdir.  Son  illərdə  inzibati,  sosial  və yaşayış  binalarmm
130


təmirinə, yenidən qurulmasına, su, istilik və kanalizasiya sistemləri- 
nin  dəyişdirilməsinə və çəkilməsinə çox böyük diqqət yetirilmişdir. 
2003-cü ildə dövlət, ictimai və mənzil-tikinti kooperativləri mənzil- 
lərinin su kəməri ilə təminatı 94 faiz, mərkəzi istilik sistemi ilə təmi- 
natı  81,1  faiz,  qaz  kəməri  ilə  təminatı  92  faiz,  kanalizasiya  ilə 
təminatı 91,2 faiz olmuşdur.
Naxçıvan  M uxtar  Respublikasmm,  onun  şəhər,  qəsəbə  və 
çoxsaylı kəndlərinin böyük əksəriyyətinin su sistemi tamamilə yeni- 
dən  qurulmuş,  əsaslı  təmir  işləri  görülmüşdür.  Şərur-Naxçıvan  su 
kəməri bərpa edilmiş, Naxçıvan şəhərinə yeni su xətti çəkilmiş, Or- 
dubad şəhərinin su xətti bərpa edilmişdir.  Onlarla kəndə (Nehrəm, 
Sirab, Bənəniyar,  Qarababa, Göydərə, Əlincə, Xoşkeşin, Xanəgah, 
Ərəfsə, Əylis, Düylün və b.) içməli su xətti çəkilmişdir.  1993-2001-ci 
illərdə rayonlarda  32  su nasos  stansiyası tikilmiş,  çoxlu sayda  sub- 
artezian quyuları  qazılmışdır.  Əhalinin içməli  suya və suvarma su- 
yuna  tələbatmı  ödəmək  üçün  son  illərdə  148  nasos  stansiyası 
qurulmuş,  331  subartezian quyusu qazılmışdır.  2000-2005-ci illərdə 
Şərur,  Babək,  Ordubad,  Culfa,  Kəngərli  və  Şahbuz  rayonunun  18 
kəndinə  (Tənənəm,  Qaraxanbəyli,  Çalxanqala,  Qabıllı,  Parağa, 
Dəstə,  Zeyvə,  Aşağı  Yaycı,  Bulqan,  Tumbul,  Qarabağlar,  Yuxarı 
Əylis və s.) içməli su xətləri çəkilmiş, kəhrizlər bərpa edilmişdir. 2009-cu 
il ərzində  14 nasos stansiyası, 22 subartezian quyusu və 22 kəhriz is- 
tifadəyə verilmişdir.
2.9. Ekologiya və yaşıllaşdırma tədbirləri
M uxtar respublikada təbii meşə ehtiyatlarmın az olması, son 
illərdə sənaye potensialmın inkişafı, yeni istehsal müəssisələrinin fəa- 
liyyətə başlaması,  keçən  əsrin  90-ct illərində muxtar  respublikanm 
blokadaya düşməsi nəticəsində yanacağm çatışmaması ucbatmdan 
ağaclarm kütləvi şəkildə qırılması muxtar respublikanm ekologiya- 
sma ciddi ziyan vurdu.  Ümummilli liderimiz Heydər Əliyev Naxçı- 
van  M uxtar  Respublikası  Ali  Məclisinin  Sədri  işləyərkən  təbiətə 
dəyən  ziyanm aradan  qaldırılması  üçün  ardıcıl  tədbirlər müəyyən- 
ləşdirmiş, yaşıllaşdırma aylığınm keçirilməsini taleyüklü məsələ kimi 
irəli sürmüşdür.
131


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə