İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə37/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

bitirən məzunlar arasm da fərqlənmə attestatı olan şagirdbrin sayı- 
nın artmasıdır. 2009-cu ildə orta məktəbi bitirən şagirdlərdən  129-u 
fərqlənmə attestatı almışdırsa, 2010-cu ildə bu göstərici  137-yə çat- 
mışdır.  M uxtar  respublikanm  ümumtəhsil  məktəblərinin  32-dən 
artıq  məzunu  dünyanm nüfuzlu  ali  məktəblərində  təhsil  alır,  gənc 
mütəxəssis kimi yetişirlər.
Son on  beş  il  əzində muxtar respublikamızda yeni təhsil  ob- 
yektlərinin inşası prosesinin yüksək dinamikası ümumilikdə cəmiy- 
yətimizin  tərəqqisi  ilə  bağlı  pozitiv  meylləri  konkret  faktlarla 
xarakterizə etməyə imkan verir.  1995-2010-cu illərdə muxtar respub- 
likamızda ümumilikdə 225  təhsil  ocağı,  o  cümlədən  8  ali təhsil  in- 
frastruktur obyekti, 68374 şagird yerlik 168 orta məktəb,  1835 yerlik 
15 uşaq bağçası, 20 musiqi məktəbi və 14 digər təhsil ocağı tikilərək, 
yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir 
[11,  s.  154].
Məktəblərə, məktəblilərə, onların hərtərəfli inkişafma hər cür 
qayğı  göstərilir.  M əktəb  kitabxanaları  zənginləşdirilir,  məktəblilər 
pulsuz dərsliklərlə təmin olunur. 2005-2009-cu illərdə məktəb kitab- 
xanalarma 1 milyon 13 min 539 nüsxə dərslik, 394 adda 539639 ədəd 
bədii  ədəbiyyat,  1450  ədəd  Azərbaycan  Milli  Ensiklopediyasmm 
xüsusi nəşri, 450 ədəd Naxçıvan Abidələri Ensıklopediyası,  15  fənn 
üzrə  140 adda 74510 ədəd əyani vəsait, 440 ədəd “Naxçıvan xanlığı” 
kitabı  verilmişdir.  M uxtar respublika rəhbərinin  diqqət  və  qayğısı 
sayəsində 2005-ci il avqust ayından ümumtəhsil məktəblərinin I-XI 
sinif şagirdləri  dərsliklərlə pulsuz  təmin edilmişdir.  Sonrakı  illərdə 
də bu iş davam etdirilmişdir.  M uxtar Dövlətin başçısmm təşəbbüsü 
və şəxsi himayəsi sayəsində bir neçə ildir ki,  valideyn himayəsindən 
məhrum  olan  uşaqlara  hədiyyələr  verilir.  A ta  və  ana  nəvazişindən 
məhrum  olan  kimsəsiz  şagirdlər  geyim,  dərslik və  digər ləvazimat- 
larla təmin olunurlar.
Naxçıvan M uxtar Respublikasımn ümumtəhsil məktəblərinin 
vahid  məktəbli  forması  ilə təmin  olunması  muxtar respublika  rəh- 
bərliyinin həmişə diqqət mərkəzində olmuşdur. M uxtar respublika- 
nın  ümumtəhsil  məktəblərinin  pedaqoji  kollektivləri  və  şagirdləri 
uyğun formadan istifadə edirlər.  Bu da öz növbəsində həm təlimdə, 
həm də tərbiyədə müsbət rol oynayır.
162


2005-ci ildən başlayaraq m uxtar respublikada təhsil yarmar- 
kaları  keçirilir.  H əm in  il  keçirilən təhsil  yarm arkasmda  119  nəfər 
gənc mütəxəssis işlə təmin olunmuş və ucqar dağ kəndlərinə göndəriş 
almışdır.  2006-cı  və  2007-ci  illərdə  də  belə yarmarka  keçirilmişdir.
2007-ci il təhsil yarm arkasm a  178 nəfər ixtisaslı mütəxəssis müraciət 
etmiş, bunlardan  144 nəfəri kənd məktəblərində işlə təmin olunmuş- 
lar.
N axçıvan  M uxtar  Respublikasm da  məktəbəqədər  tərbiyə 
müəssisələrinin  geniş  şəbəkəsi  mövcud  olmuşdur.  1995-2010-cu  il- 
lərdə məktəbəqədər müəssisələrin geniş şəbəkəsi yaradılmış, yeni bi- 
nalar  tikilmiş  və  ya  əsaslı  şəkildə  yenidən  qurularaq  istifadəyə 
verilmişdir.  Bu dövrdə  1835 yerlik  15 məktəbəqədər müəssisə istifa- 
dəyə verilmişdir.  M əktəbəqədər müəssisələrin  87  faizi  yenidən qu- 
rulmuşdur.
M uxtar respublikada 44 məktəbdənkənar uşaq müəssisəsi,  o 
cümlədən gənc təbiətçilər,  rəsm,  idman,  şahmat və b.  fəaliyyət gös- 
tərirdi.  O nlarda  çoxlu  sayda  şagird  müxtəlif  m araq  sahələri  üzrə 
qruplara  cəlb  olunm uşdu.  Şahbuz  rayonunda  Uşaq  Yaradıcılıq 
Mərkəzi,  Şahm at  Məktəbi,  Culfa  və  Şərur  rayonlarm da  Şahmat 
məktəbi tikilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur.  Bun- 
lardan  başqa m uxtar  respublikada  Texniki Yaradıcılıq,  Turist-Di- 
yarşünaslıq  və  Ekoloji Tərbiyə Mərkəzlərinin  daha yaxşı  fəaliyyəti 
üçün müvafiq binalar ayrılmış, onlar yüksək səviyyədə təmir edilərək 
şagirdlərin  ixtiyarına  verilmişdir.  M uxtar  respublikada  8  məktəb- 
dənkənar  tədris  müəssisəsi  tikilmiş  və  ya  yenidən  qurulmuşdur. 
Naxçıvan  şəhərindəki  Şahmat  mərkəzində  beynəlxalq  yarışlarm 
keçirilməsi üçün hər cür şərait vardır.  Heydər Əliyev Uşaq-Gənclər 
Yaradıcılıq Mərkəzinin, Naxçıvan Regional Peşə-Tədris Mərkəzinin, 
Tədris  Peşə  Liseyinin  N axçıvan  Regional  M ərkəzinin  binaları 
yenidən  q u ru laraq   istifadəyə  verilmişdir.  2010-cu  ilin  sentyabr 
ayında Culfa şəhərində 2 məktəb,  1 uşaq bağçası və 1 məktəbdənkənar 
müəssisə tikilmiş  və  ya əsaslı  təmirdən  sonra istifadəyə verilmişdir. 
Texniki  Yaradıcılıq  Mərkəzində,  Ekoloji  Tərbiyə  Mərkəzində  və 
Uşaq Yaradıcılıq M ərkəzində hər cür şərait yaradılmışdır.
R espublikam ızda  ümum təhsil  məktəbləri  müəllimlərinin 
həyat səviyyəsi və onlarm  əməyinin qiymətləndirilməsi də dövlətimi-
163


zin  diqqət  mərkəzində  saxlanılmış  və qayğı  göstərilmişdir.  Son  bir 
neçə ildə təhsil işçilərinin əmək haqları bir neçə dəfə artırılmışdır. Ən 
qabaqcıl  50 məktəb  və  100 müəllim ölkə  rəhbəri  tərəfindən  müka- 
fatlandırılmışdır.  Son  üç  ildə  m uxtar  respublikamızdan  9  məktəb 
ölkə Prezidentinin sərəncamı ilə “ İlin ən yaxşı ümumtəhsil məktəbi” 
və  15  müəllim  isə  “Ən  yaxşı  müəllim”  müsabiqəsinin  qalibi  adma 
layiq görülərək mükafatlandırılmışlar.  Son beş ildə m uxtar respub- 
likamızdan  35  nəfərə Azərbaycan  Respublikasmm Əməkdar müəl- 
limi, 45 nəfərə Naxçıvan Muxtar Respublikasınm Əməkdar müəllimi 
fəxri adı verilmiş, 32 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur 
[6,  s.  195-196].
1996-cı ildən orta ixtisas və ali təhsil müəssisələrinin inkişafına 
da diqqət artırılmış, onlarm maddi-texniki bazasmm möhkəmləndi- 
rilməsinə  fikir  verilmişdir.  2004-2005-ci  dərs  ilində  üç  orta  ixtisas 
təhsil  müəssisəsində  1255  nəfər tələbə təhsil  alırdı.  1995-2000-ci  il- 
lərdə bu təhsil müəssisələrində  1500-dən çox ixtisaslı kadr hazırlan- 
mışdır.  Hazırda  m uxtar  respublikada  Naxçıvan  Tibb  Kolleci, 
Naxçıvan  Musiqi  Kolleci  və Naxçıvan  Dövlət  Texniki  Kolleci  fəa- 
liyyət göstərir.  Kolleclərdə müvafiq olaraq 5 ixtisas üzrə 525 tələbə, 
11 ixtisas üzrə 442 tələbə və 8 ixtisas üzrə 323 tələbə təhsil alır.  Ümu- 
miyyətlə, hər üç kollecdə 24 ixtisas üzrə  1295 nəfər tələbə təhsil alır. 
Tələbələrin təlim-tərbiyəsi ilə  185 müəllim məşğul olur.
Son 15 ildə muxtar respublikada ali təhsil müəssisələrinin hə- 
yatında da ciddi dəyişikliklər baş vermişdir.
Özəl  ali  təhsil müəssisələrinin yaranması,  dövlət  ali  məktəb- 
lərində  pullu  təhsil  formasmm  tətbiqi  Naxçıvanda  da  özünü  gös  - 
tərdi.  Ölkə  Prezidentinin  Sərəncamı  ilə  Azərbaycan  Müəllimlər 
İnstitutu və bölgələrdə filialları yaradıldı.  Naxçıvan Müəllimlər İn- 
stitutu da  13 iyun 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun 
filialı  kimi  yaradıldı.  Naxçıvan  M uxtar  Respublikası  Ali  Məclisi 
Sədrinin təşəbbüsü ilə bu filial 2003-cü ildə müstəqil ali məktəbə çev- 
rildi.  İki  ixtisasla  fəaliyyətə  başlayan  Müəllimlər  İnstitutunda  ha- 
zırda  5  ixtisas  üzrə  yüksək  ixtisaslı  kadrlar  hazırlanır.  Naxçıvan 
Müəllimlər İnstitutunun əyani və qiyabi  şöbəsində  721  nəfər tələbə 
təhsil alır. Onlarm təlim-tərbiyəsi ilə 65 nəfər professor-müəllim he- 
yəti məşğul olur.
164


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə