İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə40/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

rilən elmi tədbirlərdə iştirak və çıxış edirlər. Təkcə belə bir faktı qeyd 
etməliyik ki, A M EA  Naxçıvan Bölməsinin əməkdaşlarmdan 101 nə- 
fəri son üç ildə  142 beynəlxalq səviyyəli elmi simpoziumlara qatılmış, 
və maraqlı məruzələrlə çıxış etmişlər [3, 4,  5].  Bu isə elmi əlaqələrin 
genişlənməsinə və elmi potensialm inkişafma müsbət təsir göstərir.
Ümummilli lider Heydər Əliyev həm 70-80-ci illərdə, həm də 
ikinci  dəfə  siyasi  hakimiyyətə  qayıdışından  sonra  həmişə  respubli- 
kada  ziyalılarm  rəğbətləndirilməsinə  diqqət  və  qayğı  göstərmişdir. 
Bu qayğmı Naxçıvanm maarifçi ziyalıları və elm adamları daim hiss 
etmişlər. Naxçıvanm bir qrup elm və təhsil işçisi orden və medallarla 
təltif olunmuş,  yüksək fəxri  adlara layiq görülmüş,  elm və təhsil iş- 
çilərindən 2 nəfəri Azərbaycan Milli Məclisinə,  15  nəfəri isə Naxçı- 
van M uxtar Respublikası Ali Məclisinə deputat seçilmişdir.
Ölkə Prezidenti İlham Əliyevin, Naxçıvan M uxtar Respubli- 
kası Ali Məclisinin Sədri Vasif Talıbovun ziyalılara göstərdiyi diqqət 
və qayğı Azərbaycanm hər yerində, o cümlədən muxtar respublikada 
yeni mərhələdə elmin, milli ziyalılığm inkişafma özünün müsbət tə- 
sirini göstərməkdədir.
3.3. Səhiyyə müəssisələrinin yenidən qurulması
1995-2010-cu  illərdə  m uxtar  respublikada  bütün  sahələr  öz 
dinamik yüksəlişi ilə diqqəti cəlb edir.  Belə sahələrdən biri də səhiyyə 
sahəsidir.  Səhiyyə sisteminin yenidən qurulmasmı, əhalinin sağlam- 
lığınm daha yaxşı təşkilini, bu sahədə yeni texnologiyaların tətbiqini 
və kadr potensialmm hazırlanmasmı özündə əks etdirən dövlət pro- 
qramları m uxtar respublikada uğurla həyata keçirilir.  1996-cı ildən 
başlayaraq m uxtar respublikanm sosial-iqtisadi həyatmda baş verən 
müsbət irəliləyişlər səhiyyə sisteminin fəaliyyətinə də təsir göstərmiş 
və əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq üçün tədbirlər hə- 
yata keçirilmişdi.
M uxtar respublikada 55 xəstəxana, 5 poliklinika, 49 ambula- 
toriya,  123  feldşer-mama məntəqəsi,  8  gigiyena  və epidemiologiya 
mərkəzi,  5 təcili-tibbi yardım köməkçi stansiyası, 62 aptek və aptek 
məntəqəsi  vardır.  Tibbi  xidmət  müəssisələrində  693  nəfərə  qədər 
həkim, 2891  orta tibb işçisi çalışır.  Əhalinin hər  10 min nəfərinə  102
171


xəstəxana çarpayısı,  19 həkim,  80  orta tibb işçisi düşür.  Xəstəxana 
çarpayılarmm  24,4  faizi  kəndlərdə,  75,6  faizi  şəhər  və  rayonlarm  
mərkəzlərindədir.
Naxçıvan M uxtar Respublikasmda 2003-cü ildə 93,9 min nə- 
fərə  am bulator  yardımı  və  çağırış  zamanı yardım  göstərilmişdi  ki, 
bu  da  1990-cı  ilə  nisbətən  47  min  nəfər  çox  idi.  Əhalinin  hər min 
nəfər hesabı ilə bu göstərici müvafıq olaraq 154,4 nəfərdən 254,9 nə- 
fərə qədər artmışdı. Ölkə üzrə əhalinin hər min nəfərinə bu göstərici
109,4 nəfər olmuşdu.
1994-97-ci  illərdə  ABŞ-m  AMOKO  şirkəti  ilə  “Amerikez” 
xeyriyyə cəmiyyəti Naxçıvan M uxtar Respublikasmda yoluxucu xə- 
stəliklərə qarşı planlı “Soyuq zəncir” adlı immunlaşdırma proqramı 
həyata keçirdilər.  İmmunlaşdırma proqramı  sayəsində m uxtar res- 
publikada difteriya, poliomielit, göyöskürək xəstəliklərinin və idarə 
olunan  digər  yoluxucu xəstəliklərin  miqdarı  kəskin  surətdə  azaldı. 
1998-ci ildən vərəm xəstəliyinə qarşı mübarizəni gücləndirmək məq- 
sədilə “AM OKO” neft şirkəti və “Amerikez” xeyriyyə cəmiyyəti va- 
sitəsilə  110 min doza tuberkulin şirəsini Naxçıvana gətirdi.  Bundan 
başqa həmin il Türkiyə Cümhuriyyəti Naxçıvandakı Baş Konsullu- 
ğun vasitəsi ilə 50 min doza tuberkulin,  1999-cu ildə isə 30 min ABŞ 
dolları  dəyərində vərəmə  qarşı  spesifık  dərman preparatları  almdı. 
1998-ci ildə 80 min nəfərdən artıq  1-17 yaşadək uşaqlara tuberkulin 
smağı aparıldı.
1998-ci  ildə  Naxçıvan  M uxtar  Respublikasınm  Şərur  ra- 
yonunda  ilk  dəfə  olaraq  “Əfsanə”  özəl  müayinə  və  diaqnostika 
müəssisəsi açıldı.  1999-cu ilin noyabrmda Naxçıvan şəhərində “Şəfa” 
özəl  sağlamlıq ocağı-xəstəxana fəaliyyətə başladı.
M uxtar respublikada səhiyyənin inkişaf tempi yüksələn xətlə 
getmişdir.  1995-2000-ci  illərdə 21  səhiyyə  müəssisəsi  əsaslı  şəkildə 
təmir edilərək istifadəyə verilmişdir.
Zərifə xanım Əliyeva adma Naxçıvan şəhər poliklinikası, on- 
koloji və nevroloji dispanserlər,  şəhər xəstəxanası əsaslı təmir olun- 
muş, bu müalicə ocaqları müasir diaqnostik və digər avadanlıqlarla 
təmin olunmuşdur. Xəstəxanalar kompleksinə tranzit elektrik xətti 
çəkilmiş,  bütün  xəstəxanalar  mərkəzləşmiş  istilik  sisteminə  qoşul- 
muşdur.
172


Ölkə Prezidenti Heydər Əliyev öz fondundan 700 min manat 
vəsait ayırmış,  ən müasir rentgen aparatı almaraq quraşdırılmışdır. 
Respublika xəstəxanasmda hemodializ aparatı qurulmuş, ultrasəslə 
müayinə kabineti yaradılmışdır.
R ayon mərkəzlərindən Şərur, Culfa, Şahbuz, Kəngərli və Sə- 
dərəkdə Mərkəzi xəstəxanalar tikilmiş və ya yenidən qurulmuş, əsaslı 
təmir  olunmuşdur.  Mərkəzi  xəstəxanalara  ən  müasir ultrasəs  tibbi 
müayinə aparatı, avadanlıqlar, təcili yardım maşmı verilmişdir.
M uxtar respublikanm iri yaşayış yerlərində,  kənd və qəsəbə- 
lərində xəstəxanalar, əksər kəndlərində isə feldşer-mama məntəqələri 
yaradılmışdır.
2001-2005-ci illərdə m uxtar respublikada Özəl Tibb Mərkəzi, 
Gigiyena və Epidemiologiya Mərkəzi, Duzdağ Fizioterapiya Xəstə- 
xanası,  Əlillərin  Bərpa  Mərkəzi,  Ağciyər  Xəstəlikləri  Dispanseri, 
Mərkəzi  U şaq Xəstəxanası,  “İm plant-dent”  Stomatoloji  Klinikası, 
Naxçıvan  Dövlət  Universitetinin  Tibb  fakültəsi  üçün tədris  binası 
və  xəstəxana  tikilmiş  və ya  əsaslı  surətdə  yenidən  qurularaq istifa- 
dəyə verilmişdir.  Ümumiyyətlə,  2000-2005-ci  illərdə 48  səhiyyə ob- 
yekti tikilmiş, 35 səhiyyə obyekti əsaslı təmir olunmuşdur [23, s.  19]. 
Bu  səhiyyə  ocaqları  m üasir  avadanlıqlar,  son  model  aparatlarla 
təmin edilmişdir.
2001-ci ildə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məq- 
sədilə kardioloji,  endokrinoloji,  dəri-zöhrəvi  dispanseri,  göz xəstə- 
xanası tibb şəhərciyə, vərəm əleyhinə dispanser isə yeni təmir edilmiş 
binaya  köçürülmüşdür.  Naxçıvan  M uxtar  Respublikası  Narkoloji 
dispanserinə alkom etr aparatı, Respublika Göz xəstəxanasma oftol- 
moloji m ikroskop  alınmış,  2002-2003-cü  illərdə  yeni  cihaz  və  ava- 
danlıqlarm  alm ması  davam   etdirilmiş,  Respublika  xəstəxanasına 
USM aparatı, 2 dializ,  1  kom pyuter tom oqraf, 2 ədəd rentgen apa- 
ratı alınmış və quraşdırılmış, N aftalanla müalicə şöbəsi yaradılmış- 
dır.  15  ədəd  qazel  tipli  avtom aşınlar  alınmış,  tibb  müəssisələrinə 
verilmişdir.
2005-ci ildə D arıdağ arsenli su müalicəxanası üçün yeni bina 
tikilib  istifadəyə  verilmiş,  avadanlıqlarla  təchiz  edilmişdir.  M uxtar 
respublikanm  tibb  müəssisələrinə  20  ədəd sanitar avtomobili veril- 
mişdir. Ağciyər xəstəlikləri dispanserinə səyyar flüoroterapiya apa-
173


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə