İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə38/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrindən biri 
də Naxçıvan Özəl  Universitetidir.  Bu təhsil müəssisəsi  1994-cü ildə 
Bakı  Özəl Ali  Kollecinin Naxçıvan fılialı kimi  fəaliyyətə başlamış, 
1999-cu ildən isə müstəqillik statusu qazanmışdır.  Universitetdə 900 
nəfər olmaqla  15 ixtisas üzrə bakalavr,  3  ixtisas üzrə magistrlər ha- 
zırlanır.  Professor-müəllim heyətinin tərkibi 72 nəfərdən ibarətdir.
1967-ci  ildən  Azərbaycan  Pedaqoji  İnstitutunun  fılialı  kimi 
yaranan,  1972-ci  ildən  müstəqil  ali  təhsil  müəssisəsinə  çevrilən  və 
1991-ci  ildən  Naxçıvan  Dövlət  Universiteti  adlandırılan  bu  təhsil 
ocağınm  əsl  inkişaf dövrü  1996-cı ildən  sonra  baş  vermişdir.  Vasif 
Talıbov Naxçıvan  M uxtar  Respublikası Ali  Məclisinin  Sədri  seçil- 
dikdən  sonra  bu  ali  təhsil  müəssisəsinin  həyatmda  bir  canlanma 
hiss  olunmuşdur.  1996-cı  ilin  oktyabrm da prof.  İsa  Həbibbəylinin 
universitetin  rektoru  təyin  edilməsi  ilə  bu  ali  təhsil  müəssisəsinin 
gələcək uğurları üçün əsas  yaradılmışdır.  Vasif Talıbovun dəfələrlə 
dövlət  və hökum ət  nümayəndələri ilə  birlikdə  universitetə  gəlməsi, 
problemlərlə tanış  olması,  kollektiv üzvləri  ilə  görüşməsi,  tövsiyyə 
və  tapşırıqlarım  verməsi  universitetin  inkişafım  sürətləndirmişdir. 
Onlarla yeni tədris  korpusları,  1600 yerlik əsas korpus, Tibb fakül- 
təsinin  yerləşdiyi  korpus,  Sosial-İdarəetmə  və  H üquq  fakültəsi, 
Olimpiya-İdman  Kompleksi,  Konservatoriya  binası,  Memarlıq  və 
Mühəndislik  fakültəsi,  Beynəlxalq  M ünasibətlər  və  Xarici  Dillər 
fakültəsi  üçün binalar tikilmiş  və ya yenidən qurularaq əsaslı təmir 
olunmuşdur. Tələbələrin yaşayış və məişət şəraitinin yaxşılaşdırılması 
üçün  462  yerlik  Tələbə  yataqxanası  və  Sosial  Xidmət  Mərkəzi  ən 
yüksək səviyyədə tikilərək və yenidən qurularaq tələbələrin istifadəsinə 
verilmişdir.  Universitetin maddi-texniki bazası möhkəmləndirilmiş, 
yeni-yeni kabinə və laboratoriyalar,  ixtisaslaşdırılmış  otaqlar yara- 
dılmışdır.
Ümummilli lider Heydər Əliyev 4 dəfə Naxçıvan Dövlət Uni- 
versitetində olmuşdur.  Universitetin yaradılması və inkişafı bilava- 
sitə ulu  öndərimizin  adı  ilə  bağlıdır.  Möhkəm  milli  əsaslara malik 
olan  universitet  respublikam ızda  ən  qabaqcıl  ali  təhsil  müəssisələ- 
rindən  birinə  çevrilmişdir.  Ölkəmizin  elmi-pedaqoji  ictimaiyyəti 
Naxçıvan Dövlət Universitetini “klassik universitet”, “Azərbaycanm 
Oksfordu”  adlandırırlar.
165


1995-ci ildə universitetdə 2354 nəfər tələbə təhsil alır, onlarm 
təlim-tərbiyəsi  ilə  197  müəllim  məşğul  olurdusa,  hazırda  universi- 
tetdə 4317  nəfər tələbə  bakalavr və m agistratura pilləsində  oxuyur 
və 356 nəfər professor-müəllim heyəti çalışır. Tələbələr  12 fakültədə, 
46 ixtisas üzrə təhsil alırlar [13,  s.  10].
Naxçıvan  Dövlət  Universiteti Azərbaycanm  dövlət  ali  mək- 
təbləri ailəsində kampusu olan, şəhərciyə çevrilən tək universitetdir. 
Universitetin  108  hektarlıq ərazisində  13  tədris  korpusu,  Elektron 
Kitabxana, Kliniki xəstəxana, Botanika bağı, Konservatoriya, Olim- 
piya tipli idman mərkəzi,  futbol  stadionları,  kabel televiziyası və  s. 
yeni nəslin hazırlanmasına uğurla xidmət edir. A vropa universitet- 
lərinə,  dünya  təhsil  sisteminə  inteqrasiya  olunan  Naxçıvan  Dövlət 
Universitetinin beynəlxalq əlaqələri yüksək səviyyədədir, 30-dan çox 
ali təhsil müəssisəsi ilə əməkdaşlıq protokolu imzalamışdır.
Ümumiyyətlə, muxtar respublikada 2 dövlət,  1  özəl ali təhsil 
müəssisəsi fəaliyyət göstərir. Hazırda ali təhsil müəssisələrində 66 ix- 
tisas üzrə 5938 tələbə təhsil alır ki, onlarm təlim-tərbiyəsi ilə 488 pro- 
fessor-müəllim heyəti məşğul olur.
Naxçıvan M uxtar Respublikasmm ali və orta ixtisas məktəblə- 
rində 534 professor-müəllim heyəti, o cümlədən 2 akademik, 4 müxbir 
üzv, 21  elmlər doktoru,  178 elmlər namizədi fəaliyyət göstərir.
Bütövlükdə, Naxçıvan M uxtar Respublikasmda yeni ali mək- 
təblərin yaranması və universitet  quruculuğunun sürətlə inkişaf et- 
dirilməsi  burada  yüksək  ixtisaslı,  milli  və bəşəri  dəyərləri  vəhdətdə 
daşıyan, geniş dünyagörüşə malik mütəxəssislərin, yeni elmi nəsillə- 
rin yetişib formalaşmasına ciddi təkan verir.
3.2. Elmin inkişafı
90-cı  illərin  ortalarm da  ölkə  iqtisadiyyatm da  baş  verən 
müsbət irəliləyişlər elm sahəsində mühüm dəyişikliklərin baş vermə- 
sinə səbəb oldu. Elmə dövlət qayğısı artdı. Alimlərin əməkhaqqı ar- 
tırıldı.  Bu  dövrdə Naxçıvan  M uxtar  Respublikasmda bir  sıra  elmi 
müəssisələr fəaliyyət  göstərirdi.  Naxçıvan  Regional  Elmi  Mərkəzi, 
Naxçıvan  Kompleks  Zona  Təcrübə  Stansiyası,  N axçıvan  “A raz” 
Elm İstehsalat Birliyi, Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Stansiyası,
166


Elm və Texnika Mərkəzi, Şamaxı Astrofizika Rəsədxanasınm Bata- 
bat Stansiyası və b.  M uxtar respublikanm elmi idarə və müəssisələ- 
rində fundamental elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparılmış, 
faydalı elmi nəticələr əldə edilmişdir.
N axçıvan  M uxtar Respublikası Ali Məclisinin  Sədri Yasif 
Talıbovun təşəbbüsü və rəhbərliyi ilə  1996-cı ildə ”Uluslararası qay- 
naqlarda Naxçıvan” beynəlxalq simpoziumunun keçirilməsi Naxçı- 
vanda  elmi  müəssisələrin  fəaliyyətini  canlandırdı,  Naxçıvanm 
hərtərəfli və elmi cəhətdən öyrənilməsinə təkan verdi. Sonrakı illərdə 
də beynəlxalq səviyyəli simpozium və konfranslar keçirildi.  “Naxçı- 
vanda  ilk  məktəbin  yaranması  və maarifçilik hərəkatmm  inkişafı” 
(1997),  “U luslararası  Dədə  Q orqud  simpoziumu”  (1998,  “Van 
Yüzüncü il” Universiteti ilə birlikdə),  “Yaxm tariximizdə Naxçıvan 
və Qars” (1999, Qars Qafqaz Universiteti ilə birlikdə), “Naxçıvanda 
kiçik  biznesin və  sahibkarlığm  inkişafı”  (2000,  ABŞ-m  Perdu  Uni- 
versiteti ilə birlikdə),  “Naxçıvan M uxtar Respublikasmm təbii ehti- 
yatları və onlardan istifadənin  səmərəli yolları”  (2001, Azərbaycan 
Respublikasmm Elm və Texnika Komitəsi ilə birlikdə) kimi beynəl- 
xalq  simpozium  və  konfranslar  elmin müxtəlif problemlərinə həsr 
edilmiş,  elmi  əlaqələrin  genişlənməsinə  səbəb  olmuşdur.  Naxçıvan 
M uxtar  Respublikası  Ali  Məclisinin  Sədri Vasif Talıbovun  elmin, 
təhsilin və mədəniyyətin inkişafma üstün münasibəti və həmin isti- 
qamətdə  regionda  apardığı  fədakar iş  müəyyən olunmuş  dövlət  si- 
yasətinin uğurla həyata keçirilməsinə səbəb olmuşdur.
Ali  Məclisin  Sədri  Naxçıvanda  elmi  qurumlarm  statusunun 
artırılması,  Naxçıvanm hərtərəfli  öyrənilməsi üçün yeni elmi müəs- 
sisənin  yaradılm ası  ilə  bağlı  ölkə  prezidentinə  müraciət  etmişdir. 
M üraciət  və təklif təqdir  olunmuş  və Azərbaycan  Respublikasmın 
Prezidenti  Heydər  Əliyevin  7  avqust  2002-ci  il  tarixli  Sərəncamı  ilə 
AMEA Naxçıvan Bölməsi yaradılmışdır [2, s.  6-7].  Bu bölmənin ya- 
radılması  strateji  məqsədlərə hesablanmış  və m uxtar respublikada 
elmin daha da inkişaf etməsinə geniş imkanlar açmışdır.
Naxçıvan M uxtar Respublikasında fəaliyyət göstərən Naxçı- 
van Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan 
Özəl  Universitetinin professor-müəllim  heyətinin üzvləri də Naxçı- 
vanda elmin inkişafında,  elmi kadrlarm  hazırlanmasında yaxından
167


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə