İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə36/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

Ü Ç Ü N C Ü  FƏSİL
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 
MƏDƏNİ İNKİŞAFI
3.1  Təhsil sahəsindəki dəyişikliklər
1995-2010-cu ilb r ərzində m uxtar respublikanm mədəni inki- 
şafında lohsilin, elmin, səhiyyənin, mədəniyyətin inkişafı çox yüksək 
səviyyəyə  çatmış,  hər  bir  sahədə  çox böyük uğurlar  qazamlmışdır. 
Ali  Məclis  Sədrinin  bu  sahələrə  çox  böyük  diqqət  yetirməsi,  qay- 
ğısma  qalması,  təşkilatçılıq  fəaliyyətində  bu  sahələri  prioritet  sahə 
hesab  etməsi  onlarm  üstün  inkişafmı  təmin  etmişdir.  On  beş  il  ər- 
zində bu cür inkişafa, yüksəlişə, yeniləşməyə nail olmaq çox çətindir. 
Lakin bu uğurlar faktdır, bunlar Naxçıvanm keçdiyi misilsiz inkişaf 
yoludur.  Bu yolun bələdçisi misilsiz dövlət xadimi Heydər Əliyevin 
idarəetmə məktəbini  keçmiş,  onun  dövlətçilik xəttinin  incəliklərini 
mənimsəmiş, m uxtar respublikam dərindən tanıyan, potensialmı və 
problemlərini  yaxşı  bilən,  təşəbbüskar,  coşğun  enerjili,  aydm pro- 
qramlı Vasif Talıbovdur. Ümummilli liderin Naxçıvanla bağlı arzu- 
larmı  yüksək  səviyyədə  gerçəkləşdirən,  ulu  öndərin  ideya  və 
əməllərinə sonadək sadiq qalan Vasif Talıbov səmərəli fəaliyyəti, təş- 
kilatçılıq bacarığı ilə Naxçıvanda heyrətləndirici dəyişikliklər yarat- 
mışdır.
Naxçıvan M uxtar Respublikasmm hərtərətli və sürətli inkişa- 
fmda təhsilin xüsusi yeri vardır.  M uxtar Dövlətin rəhbəri diyarı irəli 
aparmaq,  modernləşdirmək  üçün  məqsədyönlü,  irimiqyaslı,  ardıcıl 
təhsil  siyasəti  aparmışdır.  İlk növbədə təhsil  müəssisələri  üçün  yeni 
binalar tikilməyə başlanılmış, təmir olunmuş və maddi-texniki bazası 
möhkəmləndirilmişdir.  M uxtar respublikada yeni məktəblərin tikil- 
məsi,  onlarm  texniki  və  kadr  təminatımn  yaxşılaşdırılması,  təhsil 
müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları və pul- 
suz dərsliklərlə təmin edilməsi  sahəsində ardıcıl iş aparılmışdır.
159


Müstoqilliyin  ilk  on  ili  orzində  muxtar  respublikada  40 yeni 
orta ümumtohsil moktəbi tikilmiş,  19 məktəb binası isə əsaslı şəkildə 
yenidon  qurulmuşdur  [17,  s.  76-77].  2000-2005-ci  illərdə  isə  tikilən 
moktoblorin sayı 59, şagird yerlərinin sayı  17770 nəfər olmuşdur [24, 
s. 19]. Sonrakı illərdə moktəb tikintisi davam etdirilmişdir.  168 mək- 
tob binası tikilmiş və əsaslı təmir olunmuşdur.
2003-cü  ildə  muxtar  respublikada  232  gündüz  ümumtəhsil 
məktəbi  fəaliyyət  göstərirdi  ki,  bunun  da  tərkibində  10  ibtidai,  19 
əsas,  202  orta təhsil  və  1  xüsusi məktəb  var idi.  Şagirdlərin  sayı isə 
72179-a çatırdı [6, s.  106-107].
Muxtar  respublikanm  ümumtəhsil  məktəblərində  çalışan 
müəllimlərin sayı da ilbəil artmışdı.  Belə ki,  1990-cı ildə 7200,2003-cü 
ildə 8687, 2005-ci ildə isə 8496 nəfər olmuşdur ki, onlarm da 93 faizi 
ali təhsilli idi.
90-cı  ilin  əvvəllərindən  başlayaraq  m uxtar  respublikanm 
ümumtəhsil məktəbləri sistemində müəyyən dəyişikliklər baş verdi, 
liseylər,  gimnaziyalar,  kolleclər yaradıldı.  Naxçıvan  şəhərində  özəl 
“Türkiyə  oğlanlar”  Kolleci  (1992),  Ordubadda  “Qız liseyi”  (1993), 
Şərurda  “İqtisad  liseyi”  (1994)  yaradılmışdır.  Naxçıvan  şəhərində 
“Xanım  qızlar”  Kolleci  (1992),  Babək  rayonunun  Zeynəddin  kən- 
dində kənd təsərrüfatı təmayüllü məktəb-müəssisə kompleksi (1993), 
C.Naxçıvanski  adına Hərbi  Liseyin Naxçıvan fılialı fəaliyyətə baş- 
ladı  (1998).  2005-ci  ildə Naxçıvan  Hərbi  Liseyinə  onun yaradıcısı 
Heydər Əliyevin adı verildi.  750 yerlik hərbi lisey kompleksi bütün 
müasir tələblərə cavab verən sinif otaqlarma,  laboratoriyalara,  ka- 
binələrə,  kitabxana və idman  kompleksinə malikdir.  Filial  kimi  56 
nəfər kursantla fəaliyyətə başlayan Hərbi Liseydə indi 641  nəfər şa- 
gird  təhsil  alır.  Kursantlarm  təlim-tərbiyəsi  ilə  62  nəfər  müəllim 
məşğul olur [6,  s.  210].
Muxtar respublikamızda təhsilin məzmunca yeniləşdirilməsi 
və keyfıyyətə nail olunması, təhsil müəssisələrinin maddi-texniki və 
tədris bazasının möhkəmləndirilməsi, təhsil sahəsində müxtəlif proq- 
ramların həyata keçirilməsi istiqamətində fəal iş aparılır və nəticədə 
zəngin biliyə, hərtərəfli intellektual səviyyəyə malik, fiziki və mənəvi 
cəhətdən sağlam gənclər yetişir. Azərbaycan Respublikasmm Prezi- 
denti  İlham  Əliyevin  10  iyun  2008-ci  il  tarixli  Sərəncamı  ilə təsdiq
160


olunmuş,  “2008-2012-ci  ilbrda Azərbaycan  Respublikasında  tohsil 
sisteminin informasiyalaşdırılması üzrə Dövlot Proqramı” ölkomizdə 
yeni  texnologiyalardan  istifadə  olunmaqla  tohsilin  informasiya 
mühitinin  yaradılması  işində  çox  mühüm  rol  oynamaqdadır.  Ali 
Məclis Sədrinin qayğısı ilə ümumtəhsil məktəblərinə 2781  ədod kom- 
pyuter verilmişdir. Bu isə 18 şagirdin  1  kompyuterlə tomin olunması 
deməkdir.  Kompyuterlərin  2193-ü və ya  78,9  faizi  interneto  qoşul- 
muşdur.  197 məktəbdə 255 ədəd elektron lövhədən istifadə edilir [22, 
2011,29 yanvar]. Bunlar muxtar respublikada yeni informasiya tex- 
nologiyalarmdan  istifadə  olunmaqla təhsilin  keyfıyyətinin yüksəl- 
dilməsinə dövlət qayğısınm parlaq ifadəsidir.
Təhsildə keyfıyyot dəyişiklikləri hər il artmaqda davam edir. 
Bunlar ali məktəblərə qəbulda yüksək bal toplayan abituriyentlərin 
saymda özünü göstərir. 2004-cü ildə tələbə admı qazananlarm 64 nə- 
fəri,  2005-ci  ildə  87,  2006-cı ildə  135,  2007-ci  ildə  160,  2008-ci  ildə 
219,2009-cu ildə 232 nəfər 500-dən yuxarı bal toplamışdırsa, 2010-cu 
ildə 500-700 intervalmda yüksək nəticə göstorən abituriyentlərin sayı 
artaraq 280-ə çatmışdır. 2010-cu ildə yüksək bal toplayan tələbələr- 
dən 9 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.
Orta məktəblərdə tədrisin əsas göstəricisi məzunlarm ali mək- 
təblərə  qəbulu  ilə müəyyən  edilir.  Müxtəlif illərin  göstəricilərinin 
müqayisəli  təhlili  Naxçıvan  M uxtar  Respublikasınm  təhsil  siste- 
mində ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verdiyini gös- 
tərir. 2004-2005-ci tədris ilində 5409 nəfər məzun olmuş, bunlar 3074 
nəfər  ali məktəblərə  sənəd  vermiş  (56,8  faiz),  1024 nəfəri  qəbul  ol- 
muşdur (33,3  faiz).  2006-cı ildə  3312  abituriyentdən  1110  (35  faiz),
2007-ci ildə 3099-dan  1183  (38 faiz) tələbə admı qazanmışdır. 2008- 
ci ildə muxtar respublikanm ümumtəhsil məktəblərinin 4714 məzu- 
nundan 3216 nəfəri (68 faiz) ali məktəblərə sənəd vermiş və onlardan 
1270 nəfəri (35,6 faiz) ali məktəblərə qəbul olunmuşdur. 2009-cu ildə 
4390  məzundan  3230 nəfəri  (73,6 faiz)  ali  məktəblərə  sənod  vermiş 
və onlardan 1348 nəfəri (41,7 faiz) qəbul olmuşdur [6, s.  161]. 2010-cu 
ildə isə 4321  məzundan  3293  nəfəri  (76,2 faiz) ali moktəbləro sənəd 
vermiş  və  1622  nəfəri  (49  faiz) tələbə adına  layiq  görülmüşdür  [22, 
2010, 20 avqust].
Təhsildə keyfıyyət dəyişikliyinin bir göstəricisi də məktoblori
161


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə