NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏKİ
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN QORUNMASI
VƏ PA SPORTLAŞDIRILM ASIİŞİNİN TƏŞKİLİ
HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Azərbaycanm Naxçıvan M uxtar Respublikası zəngin tarixə
malikdir. Burada əldə olunan maddi-mədəniyyət nümunələri Naxçı-
van ərazisində qədim daş dövründən başlayaraq bu yurdun ilkin si-
vilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir.
Azərbaycan xalqınm ümummilli lideri Heydər Əliyev demişdir:
”Naxçıvan Azərbaycan xalqınm tarixini əks etdirən abidələri özündə
cəmləşdirən bir diyardır”. Tədqiqatlar göstərir ki, hələ eramızdan
əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımız yaşamış və yaratmışlar.
Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abi-
dələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür.
Qədim Naxçıvan torpağı antik, orta əsrlər və müasir dövr
maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə - ilk insanlarm
yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniy-
yəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri,
xatirə memarlığmın ən mükəmməl nümunələri olan türbələrlə, digər
tarixi abidələrlə zəngindir. Bu abidələr əcdadlarımızm təsərrüfat, ic-
timai və mənəvi həyatmı, adət-ənənələrini və incəsənətini öyrənmək
üçün qiymətli mənbədir.
Muxtar respublika ərazisindəki Qazma, Əshabi-Kəhf və Kilit
mağaraları, Batabat yaylağmda, Naxçıvançay və Əlincəçay vadilə-
rində, Haçadağm cənub ətəyində aşkar olunan tarixi abidələr daş
dövrü mədəniyyətinin qalıqlarmı yaşatmaqdadır. IV minilliyin sonu
- II minilliklərdə Naxçıvan ərazisində Oğlanqala, Çalxanqala, Go-
vurqala kimi qala-şəhər məntəqələri yaranmışdır.
Naxçıvanm daş dövrü abidələri içərisində ən məşhuru Əshabi-
Kəhfdir. Eradan əvvəl III minilliyə aid edilən bu abidə ziyarətgahdır.
Qədim tariximizin yadigarı olan, xalqımızm bir sıra inamlarmı
240
özündə yaşadan bu abidə barədə müqəddəs dini kitablarda bəhs
edilməsi, ”Q uran”da ayrıca surənin olması onun daha əvvəllər də
tanm masmm sübutudur.
Naxçıvan ən qədim abidələrindən biri də Gəmiqaya qayaüstü
rəsmləridir. E radan əvvəl IV-I minilliyə aid olan bu abidə Azərbay-
can xalqınm qədim tarixini və mədəniyyətini özündə yaşadır. Qa-
yaüstü rəsmlərlə və simvolik işarələrlə zəngin olan Gəmiqaya abidəsi
qədim əcdadlarımızm bədii təfəkkürünü, adət-ənənələrini, estetik-
fəlsəfı baxışlarmı və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli
təsvirlər qalereyasıdır.
Naxçıvan qədim və orta əsr memarlıq abidələri ilə də zəngindir.
X II əsrdə qüdrətli Azərbaycan atabəyləri dövlətinin paytaxtı olan
Naxçıvan əzəmətli bir şəhər, ölkəmizin siyasi, iqtisadi, mədəniyyət
və sənətkarlıq mərkəzlərindən idi. Burada memarlıq sənəti yüksək
səviyyəyə çatmış, Azərbaycan memarlığmm özünəməxsus orijinal
sənət üslubu yaranmışdır. Bu üslub sonralar geniş yayılaraq “Nax-
çıvan memarlıq məktəbi” adı ilə tariximizə daxil olmuşdur. Bu mək-
təb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud
Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafız Naxçıvani kimi dahi memar-
lar, sənətkarlar vermişdir.
Azərbaycanda orta əsr xatirə memarlığmm ən geniş yayılmış tipi
olan qülləvari türbələrin yaradılmasmda naxçıvanlı memarlarm
böyük xidmətləri olmuşdur. Memar Əcəmi Əbubəkr oğlu Naxçıvani-
nin X II əsrin ikinci yarısmda Naxçıvanda ucaltdığı Yusif Küseyir oğlu
və Möminə Xatm türbələri orta əsrlər mədəniyyətinin insan xatirəsini
monumental ölçülərlə əbədiləşdirən ən uğurlu nümunələridir. Haqlı
olaraq bu dövrü monumental sənət yaradıcılığmm, Azərbaycan mə-
dəniyyətinin qızıl dövrü adlandırırlar. Əcəmi Naxçıvani öz əsərlərində
təkcə bədii təfəkkürün dərinliyini və təkrarolunmazlığmı deyil, eləcə
də geniş riyazi biliyə əsaslanan mühəndislik dühası göstərmiş, XII əsr
Azərbaycan elminin tükənməz imkanlarmı nümayış etdirmişdir.
Tədqiqatlar göstərir ki, X II əsrdən başlayaraq Naxçıvanda 3-4
mərtəbəli yaşayış evləri, əsilzadə sarayları, məscidlər, zəngin tərti-
batlı ham am lar inşa olunurdu. Buradakı qədim dövrlərə və orta əsr-
lərə aid yaşayış məskənləri, siklop tikililəri, qalalar, istehkamlar,
memarlıq abidələri inşaat materiallarmm və tikinti texnikasmm zən-
241
ginliyi ilə diqqəti cəlb edir.
Bu qiymətli abidə və tikililərdə Yusif Küseyr oğlu (1162) və
Möminə Xatm (1186-1187) türbələrini, Gülüstan türbəsini (XII-XIII
əsrlər), Q arabağlar memarlıq kompleksini (XlII-XIVəsrlər), Xa-
nəgah (XIII-XV əsrlər), Buzxana (XVI əsr), X an evi (XVIII əsr),
İmamzadə kompleksi (XVIII əsr), Şərq hamamı (XVIII-XIX əsrlər),
Zaviyyə mədrəsəsi (XVIII-XIX əsrlər), Cümə məscidi (XIX əsr) və
sair tarixi memarlıq abidələrini göstərmək olar.
Qədim Azərbaycanm Naxçıvan ərazisinə gəlmiş Övliyə Çələbi, Ta-
variye, Şarden, Dübuye de-Monpere, Moryer, Robert Ker Perter kimi
Şərq və Avropa tarixçiləri, coğrafiyaşünaslar, səyyahlar, missionerlər bu
qədim diyarda tikilmiş abidələr, mədəniyyət ocaqlan haqqmda qiymətli
məlumatlar, xatirələr qoyub getmişlər. Məşhur sənətşünas M.V.Alpanov
yazırdı ki, Firdovsi və Nizami kimi Şərqin ölməz klassiklərinin əsərlə-
rində duyduğumuz bəşəri təravəti biz “Naxçıvan abidələrində görürük”.
Görkəmli türkoloq Murad Acı isə tarixi və mədəni abidələrlə zəngin olan
Naxçıvan diyarmı “İkinci Altay” adlandırmışdır.
Ötən dövrlərdə tarixi abidlərimizə münasibət birmənalı
olmamış, bu abidələr zamanm ağır sınağı qarşısmda qalmış, bir
qismi dağılıb sıradan çıxmışdır.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gə-
lişi tariximizin canlı nümunəsi olan arxeoloji tapmtılara, abidələrə
münasibəti dəyişmiş, onlarm yad təsirlərdən qorunması, mühafizəsi
və bərpası işi diqqət mərkəzində saxlanmışdır.
Möhtərəm Heydər Əliyev tərəfindən Azərbaycan Milli Elmlər
Akademiyası Naxçıvan bölməsinin təşkil edilməsi Naxçıvan tarixi-
nin və maddi-mədəniyyət nümunələrinin öyrənilməsinə göstərilən
dövlət qayğısınm daha bir ifadəsidir. Ümummilli liderimiz bu elmi
müəssisənin təşkili ilə əlaqədar Naxçıvanda keçirdiyi müşavirədə de-
mişdir: “Naxçıvan ərazisində həddindən çox dünya miqyaslı tarixi-
memarlıq abidələri var. Baxmayaraq ki, onlara yüz illərlə heç qayğı
da göstərilməyibdir, hətta müxtəlif proseslər zamanı, bəzən müha-
ribələrlə, yaxud da ki, başqa hadisələrlə əlaqədar onlarm uçurdul-
ması, dağıdılması halları olubdur. Amma bu tarixi-memarlıq
abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan
xalqmın tarixini, mədəniyyətini, adət-ənənlərini göstərən abidələrdir.
242
Dostları ilə paylaş: |