İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə38/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   34   35   36   37   38   39   40   41   ...   136

                                                                                                                                                      

112 


 

O xeyli dayandı. Balaca dostunu sınayıcı nəzərlə süzdü. - Əşrəf, bilirsən nə

var,  gəl  əməlli-başlı  dost  olaq.  Sən  yaman  xoşuma  gəlirsən.  Gəl  mənə

qardaş ol. Razısanmı, hə?  

Əşrəf sevinclə:  

- Razıyam. İki qardaş idik, indi olduq üç. 



Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar 

yorulmuşdu.  Faytonçunun  cidd-cəhdinə  baxmayaraq,  yerişlərinə  haram 

qatmaq  istəmirdilər.  Havada  şaqqıldayan  qamçının  səsini  eşitdikdə  azca 

hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə

də  yerişlərini  yavaşıdırdılar.  Faytonçu  da  yorulmuşdu.  Görünür,  uzun  və

kimsəsiz  yol  onu  da  taqətdən  salmışdı.  Ancaq  həvəsdən  düşmür,  necə

olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi. 

Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr 

edirdi.  O,  ayağını-ayağının  üstünə  aşıraraq,  yanpörtü  əyləşmişdi.  Xırdaca 

gözlərini  qıyıb  boz  təpələrə,  lap  uzaqdan  güclə  görünən  Kürün  sahilinə

səpələnmiş  kənd  evlərinə,  düzənliyə  dağılmış  mal-qaraya  tamaşa  edirdi. 

Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, 

yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan 

sonra üzü aşağı, Kürə doğru süründü. 

Faytonçu  darıxdı.  Uzun  yolun  yorğunluğunu  unutmaq  üçün  söhbət 

etmək,  maraqlı  bir  əhvalata  qulaq  asmaq  istədi.  Elə  buna  göra  də  dönüb, 

apardığı sərnişinə baxdı. O isə gözlərini qıyıb, dinməz-söyləməz oturmuşdu. 

Fayton tərpəndikcə astaca yırğalanırdı. Deyəsən mürgüləyirdi. 

Gün şaxımışdı. Saralıb-solmağa başlayan çöllərdəki sirkanların arasında 

gizlənən cırcıramalar qərib-qərib oxuyurdular. Yolun ortasında özünü günə

verən koramallar səs eşitdikdə sürünüb qalınlıqda gözdən itirdilər. Yol isə

uzanır, düzənliyi bir xətt kimi kəsib üfüqə doğru gedirdi. "Zalım oğlu zalım 

elə  bil  ağzına su  alıb", - deyə  öz-özünə söylənən  faytonçu  birdən qamçını

havada  şaqqıldatdı.  "Hey-hey,  a  başınıza  dönüm,  əlli  tərpənin,  axşama  az 

qalır". Atlar qəfil hücumdan diksinib irəli atıldılar. Fayton bərk silkələndi. 

Fikirdən ayrılan müsafir gozlərini açıb, faytonçunun kürəyinə baxdı. Onun 

Şapkasının  altından  çıxan  sarışın  saçları  boynunun  dalında  qıvrılmışdı. 

Dərisinin qırışlarına qonan tozu tər islatmışdı. 

  



                                                                                                                                                      

113 


 

- Hava istidir, atları çox qovmayın. 

Faytonçu  müştərisinin  səsini  eşidib  geri  döndü,  üfüqə  doğru  əyilən  

günəşi göstərdi: 

- Gecikərik. 

- Eybi yoxdur, onsuz da bu gün Tiflisə çata bilməyəcəyik. 

- Bəs harada gecələyəcəyik? Mən bilən, bu yollarda karvansara yoxdur. 

- Kəndlərin birinə dönərik. 

- Qorxmursunuz? 

- Kimdən? 

- Müsəlmanlardan. 

Sərnişinin qaşları çatıldı. 

- Onlardan bir pislik görmüsən? 

- Bəs niyə qorxursan? 

- Nə bilim, deyirlər bizi görməyə gözləri yoxdur. 

- Bizi, yəni kimi? 

- Rusları. 

- Boş sözdür! 

Faytonçu sərnişinin qəzəbləndiyini hiss edib ehtiyatlandı. "Deyəsən bir 

az  artıq-əskik  danışdım.  Gərək  əvvəlcə  kim  olduğunu  öyrənəydim.    Bəlkə

elə  özü  də  müsəlmandır.  Onun  üçün  hirsləndi.  Sir-sifətindən  oxşamır. 

Müsəlmanlar  bunun  kimi  üzlərinin  yarısını  qırxdırıb,    çənələrində  saqqal 

qoymurlar.  Eh,  bir  də  indiki  adamları  seçmək  çox    çətin  olur. 

Müsəlmanların oxumuşları da qiyafələrini dəyişirlər". 

O, atlara bir-iki qamçı çəkdikdən sonra geri qanrıldı. 

- Bağışlayın, cənab, adınızı da bilmirəm... 

- Aleksey Osipoviç. 

- Demək, russunuz. 

- Bəli. Necə məgər? 

- Mən lap qorxuya düşdüm. Dedim, belkə müsəlmansınız. 

- Müsəlman olanda nə olar? 

- Heç. Deyəsən bir az artıq-əskik danışdım. 

- Sizdə taqsır yoxdur. 

Onlar susdular. Faytonçu belə bir adamla söhbətin tutmayacağını  yəqin 

edib,  cilovları  dartışdırdı.  Aleksey  Osipoviç  isə  faytonun  arxasına  

söykənib, gözünü səmadakı ağ buludlara zillədi... 




                                                                                                                                                      

114 


 

"Bu  nə  şübhədir?  Nə  üçün  insanlar  bir-birindən  qorxub  hürkürlər? 

Məgər  müsəlman  olmaq  ingilis,  yaxud  rus  olmaqdan  pisdirmi?  Bütün  

isanları Allah yaratmayıbmı? Onlar hamısı təbiətin övladı deyilmi? Bəs bu 

ayrı-seçkilik nə deməkdir? Kim insanlar arasında ögey-doğmalıq salıb? Axı

nə üçün səhərdən axşama qədər bir parça çörək üçün yollarda fayton sürən 

bu rus kəndlisi tanımadığı xalq haqqında belə danışır? Bu işlərdə müqəssir 

kimdir? Kim insanların beyninə bu zəhəri yeritmişdir? Bizim dərdimiz çox 

böyükdür.  Bu  cür  axmaq  fikirlər  nəticəsində  yerli  xalqlar  bizə  şübhə  ilə

baxırlar.  Elə  ziyalılarımızda  da  taqsır  çoxdur.  Onların  içində  ağalıq 

iddiasına  düşənlər,  yerliləri  öz  evlərində  rahat  dolanmağa  qoymaq 

istəməyənlər azdırmı? Elə bizim seminariyada belələri yoxdurmu?" 

Aleksey  Osipoviç  hələ  dörd  il  əvvəl  Qori  seminariyasının  pedaqoji 

şurasında  olan  mübahisəni  xatırladı.  Seminariyanın  direktoru  Dmitri 

Semyonov (Uşinskinin tələbəsi və görkəmli pedaqoqdur (1834-1902), 1878-

ci  ildən  1883-cü  ilə  qədər  Qori  seminariyasının  direktoru  olub)  müsəlman 

şöbəsinin  açılması  məsələsini  irəli  sürmüşdü.  Şurada  böyük  mübahisə

qalxmışdı. Yeni şöbənin açılmasına qəti etiraz edənlər var idi. Semyonovun 

müəllimləri  sakit  etdikdən  sonra  dediyi  sözlər  Aleksey  Osipoviçin  indi  də

yadındadır. 

- Cənablar, bir fikir irəli sürəndə əvvəlcə ağıl və məntiqə müraciət etmək 

lazımdır.  Əsrin,  zamanın  tələbini  unutmaq  olmaz.  İndi  əlahəzrət 

imperatorun  özü  də  tələbələrinin  savadlanmasını  istəyir.  Seminariyaların 

açılması haqqında atamız çarın özü fərman vermişdir. Bizim borcumuz isə

deyilənləri yerinə yetirməkdir. 

-  Fərmanda  müsəlman  şöbəsinin  açılması  barədə  qeydin  olmamasını

cənabınızın xatirinə salsam, qəbahət etmərəm. 

-  Diqqətinizə  qarşı  minnətdaram,  cənab,  -  deyə  Semyonov  atmacaya 

sakit cavab verdi. Yerli şəraiti öyrənmək və əlahəzrətə kömək etmək bizim 

borcumuzdur.  Bir  də,  unutmayın  ki,  Qafqaz  müsəlmanları  da  böyük  rus 

imperiyasının  tələbələridir.  Atamız  çarın  tələbələri  arasında  ayrı-seçkilik 

salmaq  özü  qəbahətdir.  Bizim  borcumuz  onların  savadlanmasına  kömək 

etməkdir. 

-  Onların  rus-tatar  məktəblərində  oxumaları  kifayətdir.  Yerlilərdən 

müəllim hazırlamağa nə ehtiyac var?! 

- Bəs sizin dediyiniz məktəblərdə kim dərs deyəcək? 

- Biz özümüz. 

- Nə vaxta qədər? 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə