38
Hündürlüyünə görə botiklər alçaq (26 sm-ə qədər) və hündür (26 sm-dən 36
sm-ə qədər) olurlar.
Burnunun formasına görə botiklər enli, ensiz, girdə və yarımgirdə, dabanın
hündürlüyünə görə isə alçaq, orta və hündür dabanlı istehsal edilir.
Üz materialında ancaq rezindən istifadə olunan botiklər isə yapışqan və
formayasalma üsulları ilə istehsal edilir.
Qadın botikləri kişi botiklərindən fərqli olaraq yalnız qara rəngdə deyil, əlvan
rənglərdə də buraxılır. Qara və qəhvəyi rəngli bütöv rezin botiklər laklanmış, boz və
ağ rəngli botiklər isə laklanmış və laklanmamış halda istehsal edilir. Bu ayaqqabıların
səthi əksər hallarda naxışlı olur.
Uzunboğaz və yarımuzunboğaz qaloşların üzü bütöv rezindən laklanmış halda
buraxılır. Onların istehsalı üçün yapışqan və formayasalma üsullarından istifadə edilir.
Onlar qara və rəngli, alçaq, orta və hündür formalaşmış qoyma dabanlı, trikotaj,
pambıq yaxud yarımyun, sarja, bamazi astarlı, qoyma istiləşdirilmiş içlikli və içliksiz
olur. Uzunboğaz qaloşun hündürlüyü 26-36 sm, yarımuzunboğaz qaloşun hündürlüyü
isə 15-24 sm-dir.
Uzunboğaz çəkmələr formayasalma və yapışqan üsulu ilə laklanmış halda,
formalaşmış dabanlı istehsal edilir. Uzunboğaz qaloş və yarımuzunboğaz qaloşdan
fərqli olaraq onlar yalnız qara rəngdə və alçaq dabanlı buraxılırlar. Uzunboğaz
çəkmələrin astarı TDS parçadan, trikotaj corabdan və polotnodan olur.
Botinkaların üzü yun və istiləşdirilmiş pambıq parçadan və bütöv rezindən olur.
Bütöv rezin üzlü ayaqqabılar əksər hallarda formayasalma üsulu ilə, bəzən isə
yapışqan üsulu ilə istehsal edilir.
Botinkalar müxtəlif növdə biçilir: qaytanlı, çarpaz bağlanan, kəmərcik toqqalı,
klapanlı basma düymə, qoyma içlikli və bəzəkli. Botinkanın bəzi növləri xarici
görünüşünə görə tamamilə botika oxşardır. Lakin ondan təyinatına görə (botinka
bilavasitə ayağa geyilir) və dabanına (formaya salınmış qoyma daban) tipinə görə
fərqlənir.
39
Parça üzlü tufli yay mövsümündə gündəlik geymək üçün işlədilir. Belə
tuflilərin üzü müxtəlif rəngli pambıq parça – zamşa, velveton, yarımbarxat, reps və s.
parçalardan, astarı alabəzək və basma naxışlı parçadan, altı və dabanı müxtəlif növ
rezinlərdən (məsaməli, məsaməsiz və gönəbənzər) hazırlanır. Altlıq və daban üzrə
qazan vulkanizasiyası və formalaşma üsulları ilə yapışdırılır. Tufli “lodoçka”,
“konvert”, biçimli, müxtəlif bəzəkli və bağlamalı olur. Qadın üçün, həmçinin az
miqdarda bütöv rezin tufli və üzəri laklanmış yarımbotinka istehsal edilir. Oğlan
ayaqqabılarının çeşidinə qalon, botik, uzunboğaz qaloş, yarımuzunboğaz qaloş,
botinka daxildir.
Qaloşlar xırda, dilli və dilsiz, yapışqan və ştamplanma üsulları ilə yarımhündür
və hündür halda buraxılır.
Botik üzü yun parçadan, astarı yun baykadan və rezin kənarlı hazırlanır. Onlar
hərəkət etməyən metal toqqa ilə bağlanır.
Uzunboğaz qaloş və yarımuzunboğaz qaloş laklanmış halda istehsal edilir,
onlar bilavasitə ayağa geymək üçündür.
Qız ayaqqabıları – qaloş, botik, uzunboğaz və yarımuzunboğaz qaloşdan
ibarətdir.
Qaloş xırda (adi) dilli və dilsiz buraxılır. Yarımhündür qaloş keçə ayaqqabı ilə
və ya bilavasitə ayağa geyilmək üçündür.
Botik bütöv rezinli yaxud parça üzlü olub, alçaq yaxud orta dabanlı hazırlanır.
Gön ayaqqabı ilə yaxud bilavasitə ayağa geyilmək üçün.
Uzunboğaz qaloş və yarımuzunboğaz qaloş qara və əlvan rəngli rezindən və
polivinilxloriddən laklanmış halda hazırlanır.
Uşaq ayaqqabısı – qaloş, botik, uzunboğaz qaloş və yarımuzunboğaz qaloşdan
ibarətdir. Ayaqqabı rəngin müxtəlifliyinə görə və xarakterinə görə fərqlənir. Qaloş
xırda (adi) dilli, dilsiz və yarımhündür, botiklər isə bütöv rezin və parça üzlü istehsal
edilir. Uzunboğaz və yarımuzunboğaz qaloşlar relef, bardyur, fiqurlu qunc, quş və
heyvanları təsvir edən üstdən qoyma rezin bəzək kimi bəzəyici elementləri ilə
fərqlənirlər.
40
Rezin idman ayaqqabıları. Son illərdə idman ayaqqabıları istehsalı sürətlə
artmış və rezin ayaqqabının istehsalının ümumi həcminin 20 faizini təşkil edir.
Rezin idman ayaqqabıları idman hərəkətlərini və oyunlarını yerinə yetirərkən
ayağın rahatlığını təmin edir. O, çox yüngül və elastiki olur. Başqa idman ayaqqa-
bıları ayağı zədələmədən, sürüşmədən qoruyur və s. Bu isə hər növ idman ayaq-
qabısının xüsusi konstruksiyaya malik olması ilə əlaqədardır. Bu ayaqqabılar üçün
xarici tərtibatın yığcam olması, bir qayda olaraq, bəzəyinin olmaması xarakterikdir.
İdman ayaqqabıların çox növü parça üzə malikdir. Bəzi növləri bütöv rezindən
istehsal edilir. Bu ayaqqabı yapışqan və formayasalma üsullarla hazırlanır: axırıncı
üsul daha çox tətbiq edilir.
Rezin idman ayaqqabıların növləri: basketbol, futbol və turist botinkası, tennis
yarımbotinkası, ümumi təyinatlı idman tuflisi, tennis, sandalindən ibarətdir.
Basketbol botinkası üzü üçqat kirza parçadan,rifli (kələ-kötür) altlıqdan, hamar
yaxud rifli rezin kənarlı hazırlanır. Onların geyilmə üçün (ayağa travmadan qorumaq
üçün) rezin yan gücləndiriciləri, məsaməli rezindən qoyma içliyi, daxili dabandalısı
olur. Cins-yaş təyinatına görə botinkalar kişi, qadın, oğlan, qız və uşaqlar üçün: üz
konstruksiyasına görə bütöv və “konvert” biçimli, istehsal üsuluna görə isə yapışqan
və formayasalma olur.
Rezindən olan istehsalat ayaqqabıları. Bu ayaqqabılar balıqçı və meşə
sənayesinin, kimya zavodlarının şaxta və başqa istehsal sahələri fəhlələri üçün olur.
Bunlara xüsusi tələblər verilir. Onlar su keçirməməli, dielektrik xassəli, turşu və
qələvilərin təsirinə davamlı və s. olmamalıdırlar. Belə ayaqqabılar xüsusi spesifik
konstruksiyalı olur və zəruri hallarda xüsusi tərkibli rezindən hazırlanır. Rezin
istehsalat ayaqqabılarına fəhlə, balıqçı, mədən, şaxtayadavamlı və istiləşdirici
uzunboğaz çəkmələr, dieleketrik qaloşlar və cuni daxildir.
Rezin ayaqqabıların fason və modelləri. Rezin ayaqqabıların fasonu, buru-
nun forması və dabanının forma vı hündürlüyü ilə, modeli isə zaqatovkanın forması,
ölçüsü, hissələrin qarşılıqlı yerləşməsi, üz materialının növü və rəngi, bağlanma tipi
və bəzəndirilmə xarakteri ilə təyin edilir.
Dostları ilə paylaş: |