|
İxtisasın şifri və adı: 060406 – statiSTİka kurs: III qrup: 2772 Elmi rəhbər: İqtisad üzrə fəlsəfə doktoru Yusifov Y. X. Magistr proqramının rəhbəri: Dos. V. E. Teymurova Kafedra müdiri: Prof. S. M. Yaqubov baki 2016 m ü n d ə r I c a t
|
səhifə | 18/32 | tarix | 27.12.2023 | ölçüsü | 0,8 Mb. | | #163853 |
| ibad faridaQaçaqmalçılıq
Gömrük qanunvericiliyinin hər hansı pozuntuları qaçaqmalçılıq hesab olunur (qadağan olunmuş malların keçirilməsi, bir malın digər mal adı altında keçirilməsi, malların dəyərinin aşağı göstərilməsi və s.)
Qeydiyyata alınmamış ixrac və idxal mallarının həcmini ehtiyatlar və istifadə olunmuş malların fərqi kimi müəyyən etmək olar:
İstehsal
İdxal (gömrük xidmətində qeydə alınmış)
Ehtiyatların yekunu
Daxili bazarda satış
İxrac
İstifadənin yekunu
Qeydiyyata alınmamış idxal
Qaçaqmalçılıq malların ticarət buraxılışı aşağıdakı düstur ilə hesablanır:
Burada Qb - qaçaqmalçılıq malların ticarət buraxılışı;
İq – idxal olunmuş qaçaqmalçılıq malların dəyəri;
Te – ticarət əlavəsinin nisbəti.
Qeyri-qanuni proqram təminatının, audio - video disklərin surətlərin hazırlanması
Proqram təminatı, audio və video materialların surətlərinin şəxsi istifadə və ya satmaq məqsədilə hazırlanmasını fərqləndirmək lazımdır. Şəxsi istifadə üçün çıxarılmış audio və video surətləri qeyri-qanuni deyil. Proqram təminatının şəxsi istifadə üçün surətinin çıxarılması qeyri-qanuni olsa da maliyyə əməliyyatı olmamağından MHS-də bu fəaliyyət nəzərə alınmamalıdır. Həmin qaydalar əvəzi ödənilmədən kompüter proqramların, musiqi və filmlərin internetdən köçürülməsinə də aid edilir.
MHS-də yalnız satışı müəllif hüquqları ilə qorunan və böyük həcmdə materialların qeyri-qanuni sürətlərin çıxarılması nəzərə alınmalıdır.
Bu fəaliyyətin buraxılışı aşağıdakı düstur ilə hesablanmalıdır:
Burada Bs – sürəti çıxarılmış malların buraxılışı;
S – satılmış malların miqdarı;
Qb – malın bazar qiyməti.
Əlavə dəyər ümumi buraxılışın və aralıq istehlakın fərqi kimi müəyyən edilir.
Dostları ilə paylaş: |
|
|