|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqolaraq bu fürsət müddətində dəstəmaz alıb namaz qılmalıdır. Namaz əsnasında xaric olan
olaraq bu fürsət müddətində dəstəmaz alıb namaz qılmalıdır. Namaz əsnasında xaric olan
bövl və ğait üçün dəstəmazını təzələməsi lazım deyil.
Məsələ 308:
Bövl və ya ğaiti dəstəmaz və namazın bir hissəsi üçün belə fürsət olmayacaq
şəkildə ardıcıl xaric olan şəxsin bir neçə namazı üçün bir dəstəmaz kifayətdir. Amma əgər
yuxu kimi ayrı bir səbəbdən dəstəmazı pozulsa, yaxud bövl və ğaiti təbii şəkildə xaric olsa,
bir dəstəmaz bir neçə namaz üçün kifayət etməz. Amma hər namaz üçün bir dəstəmaz
alması daha yaxşıdır. Lakin unudulmuş səcdə və təşəhhüdün qəzası ilə ehtiyat namazı üçün
ayrı bir dəstəmaz alması lazım deyil.
Məsələ 309:
Bövl və ya ğaiti ardıcıl olaraq çıxan şəxsin dəstəmazdan sonra dərhal namaz
qılması lazım (vacib) deyil: Amma daha yaxşı olar ki, dərhal qalsın.
Məsələ 310:
Bövl və ya ğaiti ardıcıl xaric olan kimsənin namazdan başqa vaxtda olsa belə,
dəstəmaz aldıqdan sonra Qur`anın yazılarına toxunması caizdir.
Məsələ 311:
Bövlü damla-damla tökülən şəxs namaz üçün içində pambıq və ya başqa bir
şey olub bövlünün başqa yerlərə yetişməsinin qarşısını alan bir şeylə özünü qorumalıdır.
Vacib ehtiyat olaraq namazdan əvvəl nəcis olan bövl məxrəcini ayrıca yumalıdır. Həmçinin
ğaitinin xaricə çıxmasının qarşısını ala bilməyən şəxs mümkün olduğu təqdirdə namaz
müddətində ğaitin başqa yerlərə sirayət etməsinin qarşısını almalıdır. Vacib ehtiyat odur
ki, əgər əziyyəti yoxdursa, hər namaz üçün ğaitin məhəllini yusun.
Məsələ 312:
Bövl və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin mümkün
olduğu təqdirdə namaz müddətində məsrəfi belə vacib edirsə, bövl və ya ğaitin xaricə
çıxmasının qarşısını alması yaxşıdır. Hətta əgər onun xəstəliyi asanlıqla aradan qaldırıla
bilirsə, özünü müalicə etdirməlidir.
Məsələ 312:
Bövl və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin, xəstəliyi
zamanında vəzifəsinə uyğun olaraq qılmış olduğu namazlarını sağaldıqdan sonra qəza
etməsi vacib deyil. Amma namaz vaxtı keçməmişdən qabaq sağalsa, lazım ehtiyat olaraq o
vaxtda qılmış olduğu namazı yenidən qılmalıdır.
Məsələ 313:
Yel çıxmasının qarşısını ala bilməyən şəxs, bövl və ya ğaitinin qarşısını ala
bilməyən şəxsin vəzifəsinə uyğun əməl etməlidir.
DƏSTƏMAZ ALINMASI VACİB OLAN ƏMƏLLƏR
Məsələ 315:
Altı şey üçün dəstəmaz almaq vacibdir:
1. Meyyit namazından başqa, sair vacibi namazlar üçün; müstəhəbbi namazlarda isə
dəstəmaz, namazın səhih olması üçün şərtdir.
2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında bövl etmək kimi
dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səhv səcdəsi üçün dəstəmaz almaq vacib
deyil.
3. Həcc və ümrə əməllərindən olan Kə`bə evinin vacib təvafı üçün.
4. Dəstəmaz alacağına dair nəzir, əhd etmiş və ya and içmişdirsə.
5. Məsələn; Qur`ani-Şərifi öpəcəyinə nəzir etmişdirsə.
6. Nəcisə bulaşmış Qur`anı suya çəkmək və ya onu (Qur`anı) hörmətsizlik olan yerdən
(tualet və onun kimi yerlərdən) çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Qur`anın
yazısına vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddətinə qədər Qur`ana
hörmətsizlik olarsa, gərək dəstəmaz almadan Qur`anı bu kimi yerlərdən çıxarsın və ya
əgər nəcis olmuş olsa, suya çəksin.
Məsələ 316:
Qur`anın yazılarına toxunmaq, yə`ni bədənin hər hansı bir yerini Qur`anın
yazılarına vurmaq dəstəmazsız şəxsə haramdır. Amma fars dilinə və ya başqa dillərə
tərcümə edilmiş Qur`ana toxunmağın eybi yoxdur.
Məsələ 317:
Uşaqların və dəlilərin Qur`an yazısına toxunmasının qarşısını almaq vacib
deyildir. Amma onların toxunması Qur`ana qarşı hörmətsizlikdirsə, qarşısı alınmalıdır.
Məsələ 318:
Dəstəmazı olmayan şəxsin hansı dildə yazıldığından asılı olmayaraq, Allah-
təalanın adına və Ona xas olan sifətlərini bildirən sözlərə toxunması vacib ehtiyat olaraq
haramdır. Yaxşı olar ki, Həzrət Peyğəmbərin (s), İmamların (ə) və Həzrət Zəhranın (s.ə)
mübarək adlarına da dəstəmazsız toxunmasın.
Məsələ 319:
Dəstəmazı hər vaxt alsa, istər namazın vaxtı yetişməmişdən əvvəl, istər ona
yaxın, istər fasilə ilə yaxud vaxt daxil olandan sonra əgər qürbət qəsdilə alsa səhihdir.
Vacib, yaxud müstəhəbb niyyəti etmək də lazım (vacib) deyil. Hətta əgər səhvən vacib
niyyəti edərsə və sonradan vacib olmaması mə`lum olarsa, dəstəmaz səhihdir.
Məsələ 320:
Vaxtın yetişdiyinə yəqin edən şəxs əgər vacib dəstəmaz niyyəti ilə dəstəmaz
alsa və sonra vaxtın yetişmədiyini anlasa, dəstəmaz səhihdir.
Məsələ 321:
Dəstəmazı olan şəxsin hər namaz üçün yenidən dəstəmaz alması da
müstəhəbbdir. Fəqihlərdən bə`zisi buyurmuşdur ki, cənazə namazı qılmaq, qəbiristan
əhlini ziyarət etmək, məscidə və İmamların (ə) hərəmlərinə getmək, yanında Qur`an
gəzdirmək, Qur`an oxumaq və yazmaq, onun haşiyəsinə toxunmaq və eləcə də yatmaq
üçün dəstəmaz almaq müstəhəbbdir. Amma bu işlər üçün dəstəmaz almağın müstəhəbb
olması sübuta yetməyib. Amma əgər müstəhəbb olması ehtimalı ilə dəstəmaz alsa, səhihdir
və dəstəmazla yerinə yetirilməli olan hər bir işi görə bilər. Misal üçün, o dəstəmazla namaz
qıla bilər.
DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR
Məsələ 322:
Yeddi şey dəstəmazı batil edir:
1. Bövl (sidik). Zahirən insandan, bövldən sonra və istibradan əvvəl xaric olan bələl
(nəmlik) də bövl hökmündədir.
2. Ğait (nəcis).
3. Mə`də və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel.
4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi
hal, dəstəmazı batil etməz.
5. Əqli aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi.
Dostları ilə paylaş: |
|
|