|
![](/i/favi32.png) İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq) Hər iki əlin içini tük bitən yerdən başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin
2) Hər iki əlin içini tük bitən yerdən başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin
onun iki tərəfinə, burnunun yuxarısına, vacib ehtiyata əsasən; və ehtiyat müstəhəbb odur
ki, əlləri qaşların üstünə çəksin.
3) Sol əlin içini, tamam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin
arxasına çəkmək. Vacib ehtiyat odur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin.
Lazımdır ki, dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyətlə, qürbət qəsdi ilə yerinə
yetirsin.
Məsələ 691: Təyəmmümün – istər dəstəmaz əvəzi olsun, istərsə qüsl əvəzi, bu tərtiblə əmələ
gətirilməsi ehtiyat müstəhəbbdir: Bir dəfə əlləri yerə vursun, sonra alnına və əllərinin
arxasına çəksin. Sonra əlini yenə də yerə vursun və əllərinin arxasına çəksin.
TƏYƏMMÜMÜN HÖKMLƏRI
Məsələ 692: İstər qəsdən, istərsə məsələni bilməməkdən və ya unudaraq, alının və ya əllərin
arxasının azacıq bir miqdarı belə məsh edilməzsə, təyəmmüm batildir. Amma çox diqqət
yetirmək də lazım deyildir. «Alının və əllərinin arxasının tamamilə məsh edilmişdir»
deyilərsə, kifayətdir.
Məsələ 693: Əgər əllərinin arxasına tamamilə məsh etdiyinə yəqin olmasa, buna əmin
olması üçün biləyin üstündən bir miqdarı da məsh etməlidir. Amma barmaqlarının arasına
məsh etməsi lazım deyildir.
Məsələ 694: Alına və əllərin arxasını, ehtiyata əsasən yuxarıdan aşağıya doğru məsh etməli
və təyəmmüm işlərini ardıcıl olaraq yerinə yetirməlidir. Əgər onların arasında
«təyəmmüm edir» deyilməyəcək qədər fasilə verərsə, təyəmmümü batildir.
Məsələ 695: Niyyət zamanı təyəmmümün qüsl əvəzi və ya dəstəmaz əvəzi olmasını müəyyən
etməsi lazım deyil. Amma iki təyəmmüm etməsi lazım olan yerlərdə, onun hər birini tə`yin
etməlidir. Əgər üzərinə bir təyəmmüm vacib olsa və hal-hazırkı vəzifəsinə əməl etmək
qəsdilə təyəmmüm edərsə, onu müəyyən etməkdə səhv etsə belə, təyəmmümü səhihdir.
Məsələ 696: Təyəmmüm edərkən yaxşı olmağına baxmayaraq, alının və əllərin içi və
arxasının pak olması lazım deyil.
Məsələ 697: İnsan əllərinə məsh çəkən vaxtda gərək üzüyünü barmağından çıxarsın. Əgər
alında və ya əllərin içində və arxasında maneə olsa, məsələn, bir şey onlara yapışmış olsa,
gərək onu aradan qaldırsın.
Məsələ 698: Əgər alın və ya əllərin arxası yara olsa və ona bağladığı parçanı aça bilməsə,
gərək əlini onun üstünə çəksin. Habelə əgər əlin içi yaradırsa və ona bağladığı parça və ya
bu kimi şeyi aça bilməsə, gərək əli həmən parça ilə təyəmmüm səhih olan şeyə vursun,
sonra alına və əllərinin üstünə çəksin. Amma əgər onun bir hissəsi açıq olsa, o qədəri yerə
vurub, elə onunla məsh etməsi kifayətdir.
Məsələ 699: Əgər alın və əlin arxası adi qaydada tüklü olsa eybi yoxdur. Amma əgər başın
tükü, alnın üzərinə düşsə, onu yana vurmalıdır.
Məsələ 700: Əgər insan, alnında, əllərinin içində və ya arxasında bir maneə olduğuna
ehtimal versə və onun bu ehtimalı camaatın nəzərində doğru bir ehtimal olarsa, maneə
olmadığına əmin oluncaya qədər araşdırmalıdır.
Məsələ 701: Əgər vəzifəsi təyəmmüm etmək olduğu halda, təklikdə təyəmmüm edə bilməsə,
başqa birisindən yardım diləməlidir. Bu zaman yardımçı onun əllərini təyəmmümün səhih
olduğu bir şeyə vurub, onun alnına və əllərinin üstünə qoymalıdır ki, mümkün olduğu
təqdirdə onun özü hər iki əllərinin içini alnına və əllərinin arxasına çəksin. Əgər bu
mümkün deyilsə, naib onun öz əli ilə ona təyəmmüm verməlidir. Əgər bu da mümkün
deyilsə, naib öz əlini təyəmmümün səhih olduğu şeyə vurub, onun alnına və əllərinin
arxasına çəkməlidir. Bu iki təqdirdə, lazım-ehtiyat olaraq hər ikisi də təyəmmümün niyyəti
etməlidir. Amma birinci surətdə, mükəlləfin öz niyyəti kifayətdir.
Məsələ 702: Təyəmmüm əsnasında, təyəmmümün bir qismini unudub-unutmadığında şəkk
edərsə, onun məhəlli keçmişdirsə, şəkkinə e`tina etməməlidir. Əgər məhəlli keçməmişdirsə,
o bölümü yerinə yetirməlidir.
Məsələ 703: Sol əlini məsh etdikdən sonra, təyəmmümü düzgün edib-etmədiyində şəkk
edərsə, təyəmmümü səhihdir. Amma əgər şəkk, sol əlinin məshində olarsa, onu məsh
etməlidir. Əgər ürfün nəzərincə, artıq təyəmmümdən çıxmış hesab olunursa, məsələn;
təharətli olmağın şərt olduğu bir əmələ başlamışdırsa, yaxud ardıcıllıq pozulmuş olarsa,
onu məsh etməsi lazım deyil.
Məsələ 704: Vəzifəsi təyəmmüm olan şəxs, namazın tamam vaxtında üzrünün aradan
gedəcəyindən ümidsiz olsa, yaxud tə`xirə salarsa vaxt daxilində təyəmmüm edə
bilməyəcəyinə ehtimal versə, namaz vaxtından əvvəl təyəmmüm edə bilər. Əgər başqa bir
vacib, yaxud müstəhəbb iş üçün təyəmmüm etsə və namaz vaxtına qədər üzrü qalsa, həmən
təyəmmümlə namaz qıla bilər.
Məsələ 705: Vəzifəsi təyəmmüm olan şəxs, əgər vaxtın axırına qədər üzrünün qalacağını
bilsə, yaxud onun aradan getməsindən ümidsiz olsa, geniş vaxtda təyəmmümlə namaz qıla
bilər. Amma əgər vaxtın sonuna qədər üzrünün aradan gedəcəyini bilərsə, gözləyib
dəstəmaz və ya qüsl ilə namaz qılmalıdır. Hətta əgər vaxtın sonuna qədər üzrünün aradan
getməsindən ümidini kəsməmişdirsə, ümidi kəsilməyincəyə qədər təyəmmümlə namaz qıla
bilməz. Amma əgər tez təyəmmümlə namaz qılmadıqda vaxtın axırına qədər hətta
təyəmmümlə belə, namaz qıla bilməməsinə ehtimal versə, (əvvəl vaxtda) təyəmmümlə qıla
bilər.
Məsələ 706: Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs, əgər üzrünün aradan getməsindən
ümidini kəsmişdirsə, qəza namazlarını təyəmmümlə qıla bilər. Amma üzrü aradan
getdikdən sonra, o namazları dəstəmaz və ya qüsl ilə yenidən qılması ehtiyat vacibdir. Əgər
üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, lazım-ehtiyat olaraq, qəza
namazlarını təyəmmümlə qıla bilməz.
Məsələ 707: Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs, gecə və gündüz nafilələri kimi,
müəyyən vaxtları olan müstəhəbb namazları təyəmmümlə qıla bilər. Amma onların
vaxtlarının sonuna qədər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, lazım-
ehtiyat olaraq onları, vaxtlarının əvvəlində yerinə yetirməməlidir. Amma müəyyən vaxtları
olmayan namazları isə hər bir halda təyəmmümlə qıla bilər.
Məsələ 708: Ehtiyat üzrə cəbirə qüslü və təyəmmüm edən şəxs, əgər qüsl və təyəmmümdən
sonra namaz qılsa və namazdan sonra kiçik hədəs baş verərsə, məsələn; bövl edərsə,
sonrakı namazlar üçün dəstəmaz almalıdır. Belə ki, əgər hədəs namazdan əvvəl baş
verərsə, o namaz üçün də dəstəmaz almalıdır.
Dostları ilə paylaş: |
|
|