Jrunal XIII


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   2   3   4   5   6   7   8   9   ...   19

­  2 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Müzəffər Ağazadə

Əməkdar hüquqşünas

SON AMNİSTİYA AKTLARININ FƏRQLİ

XÜSUSİYYƏTLƏRİ

Amnistiya sözü yunancadan tərcümədə “unutmaq”, “bağışlamaq” mənasını verir. Amnistiya

cinayət hadisəsi törətmiş şəxslər barəsində dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbirdir.

Verilməsi  dövlətin müstəsna  səlahiyyətinə  aid  olan  amnistiya  aktı  bir  qayda  olaraq  ölkədə

iqtisadi, sosial sahədə əldə olunan görkəmli nailiyyətlər, beynəlxalq aləmdə tarixi əhəmiyyət kəsb

edən əlamətdar hadisələrlə bağlı dövlətin ali nümayəndəli orqanı və ya dövlət başçısı tərəfindən

qəbul  olunur.  Görkəmli  dövlət  və  ictimai  xadimlərin  yubileyləri  şərəfinə  amnistiya  aktlarının

verilməsi hallarına da təsadüf edilir.

Azərbaycan  Respublikası  Konstitusiyasının  95‐ci  maddəsinə  əsasən  ölkəmizdə  amnistiya

aktlarının qəbulu Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətinə aid edilmişdir.

Respublikamızın keçmiş SSRİ‐nin tərkibində olduğu 69 il ərzində Sovetlər İttifaqında cəmi 12

dəfə (1938‐ci ildə 2 dəfə, 1944, 1945, 1953, 1967, 1972, 1975(2), 1979, 1982 və 1985‐ci illərdə)

amnistiya aktı qəbul edilmişdisə, müstəqillik əldə etdiyimiz 25 il ərzində qəbul olunan amnistiya

aktlarının sayı 14‐ə çatmışdır. Bu amnistiya aktlarının tətbiqi sayəsində cinayət hadisəsi törədən

minlərlə şəxs cinayət məsuliyyətindən, məhkəmə hökmü ilə təyin olunan cəzaları çəkməkdən tam

və ya qismən azad olunmuş, yaxud onlara təyin olunan cəzanın müddəti azadılmış yaxud cəzanın

növü  dəyişdirilməklə  yüngüləşdirilmişdir.  Bir  sıra  hallarda  amnistiya  tətbiq  olunan  şəxslərin

məhkumluqları üzərlərindən götürülmüşdür.

Müstəqillik illərində Azərbaycanda qəbul edilən amnistiya aktları aşağıdakılardır:

1. Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə Azərbaycan

Respublikasının Dövlət Müstəqilliyinin elan edilməsi münasibətilə amnistiya verilməsi haqqında ­

6 noyabr 1991­ci il tarixli Qanun,

2. Azərbaycan Demokratik Respublikasının 74 illiyi münasibətilə amnistiya verilməsi haqqında

­ 15 iyul 1992­ci il tarixli Qanun,

3.  Azərbaycan  Respublikasının  Gəncə  şəhərində  1993‐cü  il  4‐10  iyun  hadisələrində iştirak

etmiş, şəxslərə amnistiya verilməsi haqqında ­ 9 iyun 1993‐cü il tarixli Qanun.

4. Azərbaycan Respublikası günü münasibətilə amnistiya haqqında ­ 22 may 1996‐cı il tarixli

Qərar,


5. Hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibətilə amnistiya

haqqında ‐ 17 oktyabr 1997‐ci il tarixli Qərar,

6. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi münasibətilə amnistiya haqqında ­ 12 may 1998­ci

il tarixli Qərar,

7. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə amnistiya haqqında ­ 29 dekabr

1998‐ci il tarixli Qərar,

8. Avropa Şurasının 50 illiyi münasibətilə amnistiya haqqında ­ 10 dekabr 1999­cu il tarixli

Qərar,


9.  Azərbaycan  Respublikasının  Avropa Şurasının  üzvlüyünə  qəbul  edilməsi  münasibətilə

amnistiya haqqında ‐ 01 fevral 2001‐ci il tarixli Qərar,



Mühasibələr və mövqelər


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XIII nömrə

­  3 ­

10. İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiya

haqqında ­ 06 may 2003‐cü il tarixli Qərar,

11. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya

haqqında – 08 may 2007‐ci il tarixli Qərar,

12. Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında ­ 17 mart 2009­cu il tarixli

Qərar,


13.  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  90  illik  yubileyi  munasibətilə

amnistiya elan edilməsi haqqında ­ 07 may 2013‐cü il tarixli Qərar,

14. 28 may‐Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında ­ 20 may 2016‐cı

il tarixli Qərar.

Amnistiya aktları ölkə Konstitusiyasına, qüvvədə olan cinayət, cinayət‐prosessual və cinayət‐

icra  qanunvericiliklərinin  tələblərinə  uyğun  qaydada qəbul  və  tətbiq  olunur.  Bu  aktlarda

amnistiyanın  təsiri  altına  düşən  şəxslərin  dairəsi,  tətbiqi qaydaları,  amnistiyanı  tətbiq  etməli

orqanlar, onların səlahiyyət dairəsi, icra müddəti kimi hallar öz əksini tapır. Amnistiya aktlarında

həmçinin  bu  aktların  tətbiqini  məhdudlaşdıran  hallar  sadalanır.  Belə  məhdudiyyətlər  adətən

törədilən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi ilə bağlı olur və amnistiya elan olunan vaxtda

dövlətin  cinayət‐cəza  siyasətinin  mahiyyətini,  hansı  ictimai‐təhlükəli  əməllərə qarşı mübarizəyə

daha çox üstünlük verməsini özündə əks etdirir. Bir qayda olaraq ağır və ya xüsusilə ağır cinayət

hadisələri törədən, habelə cəzaçəkmə müəssisələrində cəza çəkərkən qəsdən cinayət törədənlər,

habelə əvvəllər amnistiya və ya əfvetmə aktlarına əsasən cəzaçəkmə müəssisələrində azadlıqdan

məhrumetmə  cəzasını  çəkməkdən  azad  olunmuş  və  yenidən  qəsdən  cinayət  törətmiş  şəxslər

haqqında amnistiya aktlarının tətbiqi məhdudaşdırılır.

Cinayət‐hüquq nəzəriyyəsinə görə amnistiya müddətsizdir, cinayət məsuliyyətinə cəlb etmə

vaxtından asılı olmayaraq amnistiya aktı qüvvəyə minənədək cinayət törətmiş bütün şəxslər



haqqında tətbiq  olunmalıdır(Burada  və  bundan  sonra  cinayət  törətmiş  şəxslər  dedikdə  yalnız

əməlləri amnistiya aktının təsiri altına düşən şəxslər nəzərdə tutulur). Həm də amnistiya aktları

nəinki məhkəmədə baxılmaqda olan işlər üzrə təqsirləndirilən şəxs qismində keçən şəxslər, yaxud

cəza  çəkmədə  olan  məhkumlar  barəsində,  həmçinin təhqiqat,  ibtidadai  istintaq  orqanlarının



icraatlarındakı materiallar və işlər üzrə keçən şəxslər barəsində də tətbiq olunmalıdır.

Konstitusiyanın 149‐cu maddəsinə və Cinayət Məcəlləsinin (CM‐nin) 10‐cu maddəsinə əsasən

şəxsin  hüquqi  vəziyyətini  yaxşılaşdıran,  məsuliyyətini  yüngülləşdirən  normativ  hüquqi  aktların

geriyə  qüvvəsi  vardır.  Amnistiya  aktları  cinayət  törətmiş  şəxslərin  vəziyyətini  yaxşılaşdırmağa

xidmət  etdiyindən  dövlət  adından  qəbul  edilən  bu  akt  nəinki  indiki  vaxtda,  eləcə  də gələcək

zamanda baş verən hallara da şamil edilməlidir. (Məsələn, məhkumun əməlinin yuxarı instansiya

məhkəmələri tərəfindən sonradan cinayət qanununun daha yüngül cəza nəzərdə tutulan maddəsinə

tövsif edilməsi halları).

Amnistiyanın  tətbiq  edilməsi  imperativ  xarakter  daşıyır,  onu  tətbiq  edən  orqanın,  vəzifəli

şəxsin, hətta haqqında amnistiya tətbiq edilən şəxsin iradəsindən asılı olmadan tətbiq olunmalıdır.

Bu  məsələdə  yalnız  bir  halda  istisnalığa  yol  verilir.  Bu  da  ondan  ibarətdir  ki,  haqqında  cinayət

xarakterli  material  və  ya  cinayət  işi  olan  şəxs  təhqiqat,  yaxud  ibtidai  istintaq  dövründə,  habelə

məhkəmədə  işə  baxılanadək  özü  barəsində  amnisiya  tətbiq  olunmasına  etiraz  edərsə  bu  əsasla

material üzrə cinayət işi başlanması rədd edilə, yaxud cinayət işinin icraatına xitam verilə bilməz.

Belə hallarda Cinayət‐Prosessual Məcəllə (CPM) ilə müəyyən edilən normalara uyğun olaraq icraat

davam etdirilməli və hökmün çıxarılması ilə başa çatdırılmalıdır. Məhkəmə araşdırılması gedişində

şəxsin təqsirli olması sübuta yetərsə iş üzrə ittiham hökmü çıxarılmaqla o, amnistiyaya uyğun olaraq

cəzadan azad edilməlidir (CM‐nin 44.2.2‐ci maddəsi). Qalan bütün hallarda təhqiqat, ibtidai istintaq

orqanları və məhkəmələrin icraatlarında olan material üzrə cinayət işi başlanması rədd edilməli,

yaxud şəxs haqqında cinayət təqibinə xitam verilməlidir.



Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə