Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   2   3   4   5   6   7   8   9   ...   19

­  11 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Pənah Məmmədov

Vəkil

MƏHKƏMƏ PRESEDENTİ HÜQUQUN

MƏNBƏYİ KİMİ

Hüququn  mənbəyi  dedikdə,  hüquq  normalarının  təsbiti  və  ifadə  üsulları  və  ya  hüquq

normalarının  təsbit  olunduğu  rəsmi  dövlət  sənədləri  başa  düşülür.  Hüquq  sistemlərinə

mənsubluqdan  asılı  olaraq  dünya  dövlətlərinin  qanunvericiliyində  hüququn  mənbəyinin  tərkibi

fərqli  qaydada  müəyyən  edilmişdir.  Belə  ki,  Anqlo‐Sakson  hüquq  sisteminə  daxil  olan  ölkələrin

(məs: İngiltərə, ABŞ və s.) qanunvericiliyində normativ hüquqi aktlarla yanaşı məhkəmə presedenti

də  hüququn  mənbəyi  kimi  qəbul  edildiyi  halda,  Roman‐German  hüquq  sisteminə  daxil  olan

ölkələrin, o cümlədən Respublikamızın qanunvericiliyində məhkəmə presedenti hüququn mənbəyi

kimi qəbul edilmir.

 Məhkəmə presedenti dedikdə, məhkəmənin konkret iş üzrə əvvəllər çıxardığı qərarının oxşar

işlərin həlli zamanı hüquq norması qüvvəsinə malik olması başa düşülür. Məhkəmə presedentinin

hüququn  mənbəyi  kimi  qəbul  edilib‐edilməməsi  hüquq ədəbiyyatlarında  bu  məsələ  ətrafında

mübahisələr doğurmuşdur. Müəlliflərin əksər hissəsi məhkəmə presedentinin hüququn mənbəyi

kimi  qəbul  edilməsinin  əleyhinə,  çox  az  bir  hissəsi  isə  bu  məsələnin  lehinə  çıxış  etmişlər.  Biz

məhkəmə presedentinin hüququn mənbəyi kimi qəbul edilməsinin tərəfdarıyıq.

 Məhkəmə presedentini hüququn mənbəyi kimi qəbul etməyən müəlliflər fikirlərini məhkəmə

qərarlarında  hüquq  normasının  yaradılmaması,  habelə  hüquq  normalarının  tətbiqi  dairəsinin

məhdudlaşdırılmaması və ya genişləndirilməməsi ilə əlaqələndirirlər. Biz məhkəmə presedentinin

hüququn mənbəyi kimi qəbul edilməməsinin yuxarıda göstərilən səbəblərlə əlaqələndirilməsini

aşağıdakı arqumentlərlə düzgün hesab etmirik:



Birincisi, ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında

konkret olaraq hüquq norması yaradılmışdır. Buna misal olaraq:

a) 1971‐ci  il  redaksiyalı  Azərbaycan  Respublikası  Əmək  Qanunları  Məcəlləsinin  38‐ci

maddəsinin  b)  bəndində (qüvvədə  olan  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin    70‐ci

maddəsinin b) bəndində) işçilərin sayı və ştatlarının ixtisar edilməsi işəgötürənin təşəbbüsü ilə

əmək  müqaviləsinə  xitam  verilməsinin  əsaslarından  biri  kimi  qəbul  edilmişdir.  İşəgötürən  bu

hüququnu reallaşdırarkən 1971‐ci il redaksiyalı Əmək Qanunları Məcəlləsinin 40‐1‐ci maddəsində

(qüvvədə  olan  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin  78.2‐ci  maddəsində)  göstərilir  ki,

işçilərin sayı və ya ştatı ixtisar edilərkən işçilərin ixtisas dərəcəsi eyni olduqda işdə saxlanmağa

üstünlük hüququ olan şəxslər nəzərə alınır. Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və

xitamını  nizama  salan əmək  qanunvericiliyinin  tətbiqinin  məhkəmə  təcrübəsi  haqqında”

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun 23  dekabr        1993‐cü  il  5  saylı  qərarının

(1994‐cü il 20 may tarixli 5 saylı qərarla edilmiş dəyişikliklərlə) 16‐cı bəndində işçilərin ixtisarı

zamanı əmək  stajının  az  olması  ilə  əlaqədar  istehsalat  təcrübəsi    olmayan    işçilərlə  əmək

müqaviləsinə  1971‐ci  il  redaksiyalı  Əmək  Qanunları  Məcəlləsinin  38‐ci  maddəsinin  b)  bəndi

(hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək  Məcəlləsinin 70‐ci  maddəsinin  b)  bəndi)




(hazırda  qüvvədə  olan  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin  70‐ci  maddəsinin  b)  bəndi)

əsasında  xitam  verilməsi  yolverilməz  hesab  edilmişdir.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi

Plenumunun  adı  çəkilən  qərarında  müəyyən  edilən  bu  halın  Əmək  Qanunları  Məcəlləsinin  38‐ci

maddəsinin  b)  bəndində  (hazırda  qüvvədə  olan  Əmək  Məcəlləsinin  70‐ci  maddəsinin  b)  bəndi)

nəzərdə  tutulmaması  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  tərəfindən  hüquq  normasının

yaradılması nəticəsinə gəlməyə əsas verir.

b) Azərbaycan Respublikasının 01 sentyabr 2000‐ci il tarixdən qüvvədə olan Mülki Prosessual

Məcəlləsində  və  “Məhkəmə  qərarlarının  icrası  haqqında”  08  mart  2002‐ci  il  tarixli  Azərbaycan

Respublikası  Qanununda  apellyasiya  instansiya  məhkəmələri  tərə  findən  birinci  instansiya

məhkəmələrinin qətnamələri ləğv və ya dəyişdirilərkən, kasassiya instansiya məhkəməsi tərəfindən

isə  apellyasiya  instansiya  məhkəmələrinin  qətnamələri  dəyişdirilərkən  ləğv  və  ya  dəyişdirilən

məhkəmə qətnamələrinin icra edilməsi üçün icra vərəqələrinin hansı məhkəmə tərəfindən veriləcəyi

ilə  bağlı  qayda    müəyyən  edilməmişdir.  Yuxarıda  göstərilən  bu  hal  qanunvericilik  qaydasında

tənzimlənmədiyindən  icra  vərəqələrinin  verilməsi  ilə  bağlı  məsələlər  ya  birinci  instansiya,  ya  da

yuxarı instansiya məhkəmələri tərəfindən həll edilir. Bu sahədə məhkəmə təcrübəsində yaranmış

müxtəlifliliyin aradan qaldırılması və vahid məhkəmə təcrübəsinin yaradılmasının ən uğurlu variantı

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  “İcra  vərəqəsinin  verilməsi  və  icrası  ilə

əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” 14 yanvar 2003‐cü il tarixli 1 №‐li qərarının

1­ci bəndində yaradılmış aşağıdakı hüquq normalarında öz əksini tapmışdır:

‐    apellyasiya  instansiya  məhkəmələri  birinci  instansiya  məhkəməsinin  qətnamələrini

dəyişdirmədən saxladıqda bu barədə çıxarılan qətnamənin surəti və icra vərəqinin verilməsi üçün

zəruri olan digər məlumatlar gecikdirilmədən birinci instansiya məhkəməsinə göndərilir və birinci

instansiya məhkəməsi həmin qətnaməyə əsasən icra vərəqələri verir.

‐ apellyasiya instansiya məhkəmələri birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib

yeni  qətnamə  çıxardıqda  və  ya  qətnaməni  dəyişdirdikdə,  icra  vərəqələri  apellyasiya  instansiya

məhkəmələri tərəfindən verilməlidir.

‐  aşağı  instansiya  məhkəməsinin  qətnaməsi  apellyasiya  instansiya  məhkəmələri  tərəfindən

qismən ləğv edildikdə və ya hissə ilə ləğv edilib iş üzrə həmin hissədə yeni qətnamə qəbul edildikdə

icra  vərəqi  qətnaməni  ləğv  etmiş  məhkəmə  tərəfindən  verilir  və  bu  halda  icra  vərəqələri  həm

qətnamənin  qüvvədə  qalmış  hissəsinə,  həm  də  ləğv  edilmiş  və  ya  yeni  qətnamə  qəbul  edilmiş

hissəsində verilir.

‐ Azərbaycan Respublikası MPM‐nin 417.0.2‐ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali

Məhkəməsi apellyasiya instansiya məhkəmələrinin qətnaməsini dəyişdirdiyi hallarda, iş üzrə icra

vərəqələri vermək zərurəti yaranarsa, həmin qərarlar üzrə icra vərəqəsini Ali Məhkəmə verir.



İkincisi,  ona  görə  ki,  məhkəmələr  hüquqi  mübahisəni  qanunun  mübahisə  predmetinə  uyğun

konkret  maddəsi  əsasında,  bu  olmadıqda  isə  müvafiq  ardıcıllıqla  qanunun  və  ya  hüququn

anologiyasını tətbiq etməklə həll etməsi və həmçinin, məhkəmənin hüquq yaradan deyil, hüquq tətbiq

edən orqan olması fikrimizcə, məhkəmə qərarlarında hüquq normasının yaradılmasını aşağıdakılara

əsasən heç də istisna etmir:

1.  Azərbaycan  Respublikasının  CM‐də  yerləşdirilən  sadə  dispozisiyalı  cinayətlərin,  bəzi

cinayətlərin  dispozisiyasına  daxil  edilən  qiymətləndirici  xarakter  daşıyan əlamətlərin  və  cinayət

tərkibinə  daxil  edilən  bəzi  ifadələrin,  eləcə  də  qanunvericiliyin  digər  sahələrində  işlədilən  bəzi

ifadələrin məzmunu qanunvericilik qaydasında açıqlanmadığından onların tövsifi və ya məzmunun

müəyyən  edilməsi  hakimin  hüquqi  düşüncəsinə  buraxılır.  Hakimlərin  qarşısında  yaranan  bu

çətinliklərin aradan qaldırılmasının ən uğurlu variantı kimi inandırıcılığına və peşəkarlıq nümunəsi

olmasına  görə  fərqlənən  yuxarı  instansiya  məhkəmələrinin,  xüsusən  də  Ali  Məhkəmənin  konkret

işlər üzrə çıxardığı qərarlarında verilən izahların rolu danılmazdır. Bu isə məhkəmə presedentini

hüququn mənbəyi kimi qəbul edilməsinin zəruriliyini bir daha təsdiq edir.

2.  Məhkəmə  presedenti  institututunda  məhkəmənin  konkret  iş  üzrə  əvvəllər  çıxardığı

qərarlarına sonradan oxşar işlərin həlli zamanı hüquq norması  qüvvəsinin   verilməsi.   Azərbaycan



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XIII nömrə

­  12 ­




Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə