26
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VIII nömrə
Ïðè íàðóøåíèè îãðàíè÷åíèé è çàïðåòîâ îáâèíÿåìûì, ñîäåðæàùèìñÿ ïîä äîìàøíèì
àðåñòîì, ìåðà ïðåñå÷åíèÿ ìîæåò áûòü èçìåíåíà íà àðåñò.
Ìåðà ïðåñå÷åíèÿ äîìàøíèé àðåñò ñòàëà ïðîìåæóòî÷íîé ìåæäó àðåñòîì è ìåðàìè
ïðåñå÷åíèÿ, íå ñâÿçàííûìè ñ ëèøåíèåì ñâîáîäû. Òàêèì îáðàçîì, ìåðà ïðåñå÷åíèÿ, íå
ñâÿçàííàÿ ñ çàêëþ÷åíèåì ïîä ñòðàæó äîìàøíèé àðåñò ëèêâèäèðîâàëà îáðàçîâàâøèéñÿ
ìåæäó ýòèìè ìåðàìè ïðåñå÷åíèÿ áîëüøîé ðàçðûâ (2, 14).
ÑÏÈÑÎÊ ÈÑÏÎËÜÇÎÂÀÍÍÎÉ ËÈÒÅÐÀÒÓÐÛ
1)
Abbasova F.M. Cinayət prosesi (ümumi hissə). Zərdabi LTD MMC, Bakı, 2015, c.349
2)
Êàáèëîâà Ñ. À., Çàìàí Ø. Õ. Äîìàøíèé àðåñò êàê ìåðà ïðåñå÷åíèÿ â îòå÷åñòâåííîì è
çàðóáåæíîì çàêîíîäàòåëüñòâå Ðîññèéñêèé ñëåäîâàòåëü, ¹2, 2004, c.1218
3)
Îâ÷èííèêîâ Þ. Ã. Îñîáåííîñòè èçáðàíèÿ è ïðèìåíåíèÿ ìåð ïðåñå÷åíèÿ â âèäå äîìàøíåãî
àðåñòà. Ñëåäîâàòåëü, ¹ 3, 2004, c.3441
4)
Îâ÷èííèêîâ Þ. Ã., Çàãâîçäêèí Í. Í. Îáñòîÿòåëüñòâà, ó÷èòûâàåìûå ïðè èçáðàíèè
äîìàøíåãî àðåñòà â óãîëîâíîì ñóäîïðîèçâîäñòâå Ðîññèè Ñëåäîâàòåëü, ¹ 2, 2004, c.5965
5)
Ñàâ÷óê Ò.À. Äîìàøíèé àðåñò êàê ìåðà ïðåñå÷åíèÿ.  êí.: Ýôôåêòèâíîñòü óãîëîâíîé
þñòèöèè â êîíòåêñòå âåðõîâåíñòâà ïðàâà. Ì, 2004
Òêà÷¸âà Í. Â.
Ìåðû ïðåñå÷åíèÿ, íå ñâÿçàííûå ñ çàêëþ÷åíèåì ïîä ñòðàæó, â óãîëîâíîì ïðîöåññå
Ðîññèè
. ×åëÿáèíñê, èçäâî ÞÓðÃÓ, 2004.
27
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VIII nömrə
Toğrul Quluzadə
Hüquqşünas
AZƏRBAYCANIN VYANA BEYNƏLXALQ ALĞI‐SATQI
MÜQAVİLƏSİ KOVENSİYASINA (CISG) ÜZV
OLMASININ ÜSTÜNLÜKLƏRİ
Bildiyiniz kimi, Vyana Beynalxaq Alğı‐Satqı Müqaviləsi Konvensiyası 1980‐ci ildə BMT‐nin
Beynalxalq Ticarət Hüququ Komissiyası (UNCITRAL) tərəfindən hazırlanıb qəbul edilmişdir. Bu
məqalədə yuxarıda adıçəkilən Konvensiyaya üzv olmanın üstünlüklərindən danışılacaq. İlk öncə
bu Konvensiyanın qəbul edilməsinin tarixinə və onun əhatə etdiyi predmetə qısaca nəzər yetirək.
Tarix və predmet
Bu Konvensiyanın ilk hazırlanma tarixi 1930‐cu ilə təsadüf edir. Vyana Konvensiyasının ilk versiyası
Romada Millətlər Cəmiyyətinin Yığıncağında hazırlanmışdır. Lakin, ikinci dünya müharibəsinin baş
qaldırması bu lahiyənin uğurla başa çatmasına imkan verməmişdir.
İkinci dünya müharibəsindən sonra holland höküməti 21 ölkənin iclasını cağıraraq Beynalxalq
Alğı‐Satqı Müqaviləsi üzrə hüquq normalarını vahid bir Konvensiyada birləşdirməyə cəhd etmişdir.
Lakin, kifayət sayda ölkələr tərəfindən ratifikasiya olunmadığı üçün bu Konvensiya qəbul
edilməmişdir.
Nəhayət ki, 1980‐ci ildə BTM‐nin Beynalxalq Ticarət Komissiyası bu konvensiyanın tam və dolğun
variantını hazırlamışdır və bu Konvensiya tələb olunan sayda ratifikasiya olunduqdan sonra qəbul
edilərək qüvvəyə minmişdir.
Bu Konvensiyanın predmetinə gəldikdə isə, Konvensiya Beynalxalq Alğı‐Satqı Müqavilələrindən
irəli gələn münasibətləri daha dolğun tənzimlənməsi üçün butün lazımı hüquq normalarını özündə
cəmləyir. Konvensiyada müxtəlif hüquq normalarına; beynalxalq xüsusi hüquq, beynalxalq ümumi
hüquq, müqavilə hüququ, prosessual hüquq normaları müddəalarına rast gəlinir. Bu Konvensiyanın
qəbulu beynalxalq ticarətdə, beynalxalq alğı‐satqı münasibətlərində bir çox hüquqi və ticari
müstəvidə rast gəlinən problemləri aradan qaldırmışdır.
Konvensiyaya üzv olmağın üstünlükləri
Bu Konvensiya beynalxalq ticarət aləmində sadələşdirilmiş hüquq normalarının yaradılması üçün
cox uğurlu bir addımdır. Birmənalı olaraq Konvensiyada öz əksini tapmış hüquq normalarının sadə
dildə yazılmasını ön plana çəkmək lazımdır. Hüquq normalarının sadə dildə yazılması sahibkarlar
və ya işgüzar adamlar üçün beynalxalq sahibkarlıq fəaliyyəti ilə daha asan və səmərəli məşğul
olmağa imkan verir. Çünki, Konvensiya hüquq normaları beynalxalq ticarətdə istifadə olunan işgüzar
adətlərə uyğun hazırlanmışdır (Məsələn, İNCOTERMS və s.). Həmçinin, müqavilə tərəfləri üçün
vahid beynalxalq ticarətdə rast gəlinən terminalogiyadan istifadə olunması da müqavilə şərtlərinin
daha tez və düzgün tərtib olunmasına imkan yaradır.
28
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VIII nömrə
Beynalxalq ticarətdə tərəflər arasında hüqüq münasibətləri birbaşa olaraq bu Konvensiyada öz
əksini tapmış hüquq normaları vasitəsilə tənzimlənməsi bir sıra hüquqi problemleri, xüsusilə
beynalxalq xüsusi hüquq sahəsində əmələ gələn problemləri aradan qaldırır. Yəni, bildiyimiz kimi,
tərəflər beynalxalq alğı‐satqı müqaviləsi bağlayarkən hər tərəf müqaviləyə öz ölkəsinin
qanunvericiliyin tətbiq olunmasını üstün tutur və təbii ki, bu tərəflər arasında mübahisələrə səbəb
olur. Lakin, artıq bu Konvensiya normalarının tətbiqi bu cür müqavilələrdə neytral hüquq
normaların (bu Konvensiya) razılaşdırılması üçün imkan yaradır ki, bu da öz növbəsində bu cür
yaranmış problemleri aradan qaldırır. Bu və digər səbəblərdən tərəflər üçün müqavilədən irəli gələn
hüquqlarını hər hansı digər bilmədikləri ölkənin qanunvericiliyinin deyil, bu Konvensiyanın tətbiqi
ilə daha aydın şəkildə başa düşüb şərh etmək imkanı verir. Bundan başqa, Konvensiyanın 6‐cı
maddəsinə görə tərəflərə müqavilədə bu Konvensiyanın hüquq normalarını istisna etmək hüququ
da verilir ki, bu Konvensiyanın üzv olan ölkələrin tərəfləri üçün daha bir üstünlükdür. Deməli,
Konvensiyaya üzv olan ölkələr Konvensiya hüquq normalarının onların bağladığı müqavilələrə
tətbiq olnub‐olunmamasını seçə bilərlər. Bu Konvensiya beynalxalq ticarət aləmində tez‐tez rast
gəlinən praktik problemlərin aradan qaldırılması üçün də cox faydalıdır. Məsələn, Konvensiyaya
görə öhdəliklər yerinə yetirilmədikdə bir tərəf digər tərəfə onlara məxsus olan malların
saxlanılmasını tələb edə bilər ki, bir cox ölkələrin qanunvericiliyində bu məsələyə heç toxunulmur
və tərəflər arasında belə bir mübahisə yarandıqda həmin seçilmiş ölkənin qanunvericiliyi susur və
ya qeyri‐bərabər şərtlər təklif edir. Beynalxalq ticarətdə arbitraj hüququnun da rolu danılmazdır.
Yəni, tərəflər beynalxalq alğı‐satqı müqaviləsi üzrə öhdəliklər götürdükdə, bu öhdəliklərin yerinə
yetirilməməsi üçün və ya hər hansı mübahisə zamanı neytral arbitraj məhkəməsinə müraciət etməyi
qərarlaşdırırlar. Təbii ki, beynalxalq arbitraj məhkəməsi üçün bu konvensiya normalarını tətbiq
etməklə beynalxaq alğı‐satqı müqaviləsindən irəli gələn mübahisəni həll etmək daha asan və
məqsədəuyğundur. Konvensiya 6 rəsmi dildə yazılmışdır (İngilis, Fransız, Rus, Ərəb və İspan) ki,
razılaşdırılmış müqavilə müddəalarının həm tərəflər, həm beynalxalq arbitraj məhkəməsi, həm də
müvafiq yerli məhkəmələr tərəfindən daha dolğun və tam şərh edilməsi üçün çox əlverişli imkan
yaradır.
Nəticə
Beleliklə, bu Konvensiyaya üzv olan olkələrin sahibkarları üçün lazımsız ticari xərclərin
azaldılmasına və hüquqi problemlərin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təkan vermiş
olur. Bu Konvensiya artiq dünyanın 83 ölkəsi tərəfindən ratifikasiya edilib müvafiq yerli
qanunvericiliyə inkorporasiya olunmuşdur. Azərbaycan da bu konvensiyaya üzv olmaqla digər
ölkələrdən bu hüquq sahəsi üzrə geri qalmadığını nümayiş etdirə bilər. Yuxarıda göstərilənləri
nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, bu Konvensiyaya üzv olmaqla Azərbaycan sahibkarların
beynalxalq sakibkarlıq fəaliyyəti ilə daha səmərəli məşğul olmasında və bu tip münasibətlərdən
irəli gələn mübahisələrdə özlərini hüquqi çərçivədə daha dolğun beynalxalq hüquq normaları ilə
sıgortalamasında, həm də bu sahə üzrə qanunvericiliyin təkmilləşdirillməsində əhəmiyyətli addım
atmış olardı.
İstifadə olunmuş ədəbiyyat:
1) CISG 1980 http://www.uncitral.org/uncitral/en/uncitral_texts/sale_goods/1980CISG.html
2) Baasch A. C. Uniform Application of the International Sales Law: Understanding Uniformity, the
Global Jurisconsultorium and Examination and Notification Provisions of the CISG, Kluwer Law
International, 2007 pp.130
3) Cook, V.S., 1997. CISG: From the Perspective of the Practitioner. JL & Com., 17, p.343.
4) Schwenzer, I. and Hachem, P. The CISGsuccesses and pitfalls. The American Journal of
Comparative Law, pp. 457478.