98
hərəkətlərin koordinasiyasını təmin edir: Əməkdaşları qarşıya qoyulan məqsədlə
tanış edir. Zəruri olan resurslarla onları məmulatlandırır və konstruktiv tənqid üçün
şərait yaradır: Əməkdaşlara «Müəssisənin qarşısına qoyulmuş məqsədə çatması elə
əməkdaşların özlərinin şəxsi məqsədlərinə çatmasıdır» devizinin aşlanmasının:
nəticələrin qiymətləndirilməsinə və onlara daimi nəzarətin həyata keçirilməsinə
şərait yaradır.
Onu da qeyd etmək lazımdır ki, strateji planlaşdırmanın uzun dövr üçün
nəzərdə tutulmasına baxmayaraq, onu uzunmüddətli planlaşdırma ilə heç cür
qarışdırmaq, yəni eyniləşdirmək olmaz. Çünki, burada əsas kimi, vaxt (zaman)
horuzontu (üfiqi) deyil, planın məzmunu götürülür.
Strateji planlaşdırma çərçivəsində əsasən aşağıdakı momentlər müəyyən
edilir. 1. Müəssisənin bilavasitə işləyəcəyi məhsullar xidmətlər, bazarlar və onların
seqmentləri, eləcədə miqdar və keyfiyyət məqsədləri təsdiq edilir. 2.
Marketinqin strategiyası qeyd edilir: yəni bazar partiyalarına münasibətlər üzrə
davranış prinsipləri və marketinq konpleksi üçün «baş xətt» müəyyən edilir.
3. Strateji plana uyğun olaraq resursların təşkilat strukturları üzrə bölgü həyata
keçirilir.
Marketinq proqraması daha dolğun və dəqiq planlaşdırılır: Marketinq
instrumentlərinin istifadəsi və onların «Marketinq-miks» çərçivəsində
kombinələşdirilməsi planlaşdırılır.
Dostları ilə paylaş: