Vəziyyətin təhlili. Marketinqin planlaşdırılmasının əsas və başlanğıc
punktu-müəssisənin cari və gələcək vəziyyətinin təhlilidir. Onun nəticələrindən
asılı olaraq məqsəd və müvəffəqiyyətə nail olmaq üçün strategiya seçilir.
3. Marketinqin məqsəd və strategiyasının planlaşdırılması
Məlum olduğu kimi, məqsədli strateji planlaşdırma bazarın və tədqiqi
zamanı alınmış məlumatlara əsaslanır. E.Dixtlə və X.Xerşgenə görə, marketinqin
məqsədinin planlaşdırılmasına həm də müəssisənin fəlsəfəsi və mədəniyyəti də
təsir edir.
downloaded from KitabYurdu.org
99
Məqsəd dedikdə arzu olunan gələcəyin reallıq vəziyyəti başa düşülür.
Məqsədi müəyyən edərkən məzmun, həcm və vaxt üzrə dəqiq formalaşmaya ciddi
diqqət yetirmək zəruridir. Bundan əlavə, məqsədə ayrılıqda, yəni təcrid edilmiş
halda yox, ona həmişə qarşılıqlı əlaqədə olan bir varlıq və ya bir hadisə kimi
baxmaq lazımdır.
Şəkil 1. Marketinqin məqsədinin planlaşdırılmasına təsir edən amillər.
Məqsədlər arasındakı olan əlaqənin növlərini aşağıdakı kimi göstərmək olar.
1. Məqsədli ziddiyyət: «Məqsəd 1»-ə çatmaq «Məqsəd 2-ə» çatmağı çətinləşdirir.
2. Komplementar (bir-birini tamamlayıcı) əlaqə (məqsəd 1-ə çatmaq «Məqsəd 2-yə
çatmağı asanlaşdırır; məsələn, müəssisənin imici və satış həcmi).
3. İndifferentlik (qayğısızlıq, laqeyidlik); bir məqsədə çatmaq digərinə çatmağa heç
bir maneə göstərmir, yəni biri-digərinə qarşı laqeyid olur.
Marketinqin məqsədini müəyyən edərkən ilk növbədə aşağıdakılar nəzərə
alınmalıdır: Əməliyyatlar üzrə formalaşdırma: məqsəd konfiliklərində
kompromislərə nail olunması; məqsədin müəyyənləşdirilməsində əməkdaşların
iştirakı və s.
Marketinqin məqsədləri müəssisənin məqsədləri ilə bilavasitə əlaqədar
olmaqla onun reallaşdırılmasına yönəldilir.
Məqsəd 2
Дахили
шяраит
Вязийятин
тящлили
Хариъи
шяраит
Мцяссисяни
н
фялсяфяси
вя
мядяниййят
и
Мцяссисяни
н
ресурслары
Ямяк
Малиййя
Материал
Техноложи
Мягсядин
планлашдырыл
масы
Стратеэийанын
ишлянмяси
Базар:
Истещлакчыла
р
Малэюндярянл
яр рягибляр
диэяр
партнйорлар