102
Şəkil 4. Müəssisənin məqsədlərinin marketinqin məqsədləri ilə qarşılıqlı əlaqəsi
5. Marketinq strategiyalarını müəyyənləşdirmək
Planın bu mərhələsində marketinq xadimi qarşıya qoyulmuş məqsəd və
vəzifələrə çatmaq üçün marketinq strategiyalarını müəyyənləşdirməlidir.
Marketinq strategiyası firmanın məqsədli bazarlar, marketinq konpleksi və çəkilən
xərclərin səviyyəsi ilə əlaqədar vəzifə və məqsədlərin həlli üçün səmərəli
qərarlardan ibarətdir.
Marketinq strategiyası firmanın əsas qüvvələrini asanlıqla rəqabət edə
biləcəyi və bazar payını artıra biləcəyi bazar seqmentlərində cəmləşdirməlidir.
Seçilmiş hər məqsədli bazar seqmenti üçün ayrıca marketinq strategiyası
hazırlanmalıdır. Marketinq strategiyaları bu bazar seqmentlərində yeni əmtəələr,
qiymətlər, bölgü kanalları və stimullaşdırma konpleks tədbirləri ilə əlaqədar qərar
alternativlərindən ibarət olmalıdır. Məsələn, Toyoto firması Amerikada bu şəkildə
bir strategiyanın tətbiqini qərarlaşdırmışdır. Firma məqsədli bazar seqmenti olaraq
keyfiyyətli bir avtomobili yüksək qiymətdən almağa razı olan orta və yüksək gəlirli
amerikalıları seçmişdir. Bu bazara təklif olunacaq avtomobil yanacağı daha çox
qənaət edə bilən yüksək keyfiyyətli biri olmalıdır. Geniş bölgü kanallarından
istifadə olunacaqdır. Avtomobillər müştərilərə rəqib markalı avtomobillərə nəzərə
yüksək qiymətdən satılacaqdır. Geniş reklam konpaniyasından və digər
stimullaşdırma vasitələrindən istifadə olunacaqdır və s.
Dostları ilə paylaş: