Kafedra : aqrar menecment V


 Bazar iqtisadiyyatı sistemində marketinqin yeri



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə14/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   10   11   12   13   14   15   16   17   ...   123
kitabyurdu org marketinqin-esaslari

2. Bazar iqtisadiyyatı sistemində marketinqin yeri.  
 
 
Müasir  dövrdə  müstəqil  dövlətimizin  qarşısında  duran  ən  başlıca  problem 
ölkənin  iqtisadi-sosial  inkişafını  təmin  etməyə  imkan  verən  iqtisadi  sistemi 
formalaşdırmaqdır. Belə bir iqtisadi sistemin tərkibində bazar iqtisadi sistemi əsas 
yer tutur.  
 
Uzun müddət inzibati-amirlik iqtisadi sistemindən yaşamış və indi digərinə, 
yəni  müasir  bazar  iqtisadi  sisteminə  keçid  indiki  dövrdə  iqtisadi-sosial 
inkişafımızın  əsas  məzmununu  təşkil  etməklə  yanaşı,  bir  çox  vacib  problemlərin 
həllini də tələb edir.  
 
Onuda qeyd etmək lazımdır ki, ölkəmiz XX əsrdə iki dəfə keçid dövründə: 
1920-ci  ilin  28  mayında  kapitalizmdən  (bazar  iqtisadi  sistemindən)  sosializmə 
(inzibati-amirlik iqtisadi sisteminə) 1991-ci ilin 18 oktyabrında isə əksinə, inzibati 
amirlik  iqtisadi  sistemindən  müasir  bazar  iqisadi  sisteminə  keçid  dövrü  ilə 
qarşılaşmışdır.  Bu  keçid  dövrlərinin  hər  birinin  özünə  məxsus  xüsusiyyətləri 
vardır.  
 
Odur  ki, nəzərdən qaçırmaq  olmaz  ki, indiki keçid  dövrü bir  tərəfdən lokal 
xarakterlidirsə, digər tərəfdən qlobal xarakter daşıyır. Eyni zamanda uzun müddət 
downloaded from KitabYurdu.org


 
16 
ərzində  çətin  bir  yol  keçən  bazar  iqtisadi  sistemin  də  özünün  bir  çox  çətinlikləri 
vardır.  
 
Bununla yanaşı qeyd etmək lazımdır ki, bazar münasibətlərinin inkişafı üçün 
əsas,  həlledici  və  müəyyənedici  şərt  bazar  subyektlərinin  iqtisadi  və  siyasi 
cəhətdən tam azad olmalarıdır. Eyni zamanda bazar özü də iqtisadi azadlıq, sərbəst 
seçmə və rəqabət bərabərliyi tələb edir.  
 
Bazar  iqtisadiyyatı  şəraitində  sahibkarlıq  fəaliyyəti  bir  çox  anlayışlar  və 
terminlərlə bilavasitə əlaqədardır. Onlarında əsasını «biznes fəaliyyəti» təşkil edir. 
«Sahibkarlıq»  və  «biznes»  anlayışlarını  birləşdirən  müəyyən  ümumi  cəhətlər 
olsada,  hər  hansı  konkret  bir  işin  görülməsi,  sövdələşmənin  reallaşdırılması  kimi 
çıxış  edən  biznes  fəaliyyətindən  fərqli  olaraq,  daimi  yeniliklərlə  səciyələnən 
sahibkarlıq fəaliyyəti bazar iqtisadi sistemində fasiləsiz bir proses olmaqla yanaşı, 
onun mövcud olmasının və inkişafının da əsas şərtdir.  
 
Göründüyü kimi, bazar iqtisadi sistemi-Əmtəə təsərrüfatı və bazar qanunları 
üzrə inkişaf edən iqtisadiyyatdır.  
 
Məlum  olduğu  kimi,  hər  bir  sinifli  cəmiyyətin  özünə  məxsus  iqtisadiyyatı 
olur və onlar da bir-birindən əsaslı dərəcədə fərqlənirlər.  
 
Yuxarıda qeyd edildiyi kimi, marketinq-ehtiyatların və tələbatların bilavasitə 
mübadilə  yolu  ilə  ödənilməsinə  istiqamətləndirilmiş  insan  fəaliyyətinin  növü 
olduğu üçün, o, bu və  ya digər dərəcədə bazarla bilavasitə bağlıdır. Başqa sözlə, 
marketinq  insan  ehtiyaclarının  və  tələbatlarının  ödənilməsi  məqsədi  ilə 
mübadilənin baş verməsi üçün bazarda aparılan məqsədyönlü işdir, fəaliyyətdir.  
 
Digər  tərəfdən  isə  hər  bir  müəssisənin  marketinq  fəaliyyəti  praktiki  olaraq 
onun bazarla olan qarşılıqlı əlaqələrinin bütün tərəflərini əhatə edir.  
 
Siyasi  müstəqilliyini  əldə  edən  ölkəmizin  bazar  iqtisadi  sisteminə  keçməsi 
ilə  əlaqədar  olaraq,  təsərrüfat,  subyektlərinin  idarəedilməsi  sferasında  da  ciddi-
sosial dəyişikliklər edilməsi zərurəti qarşıya çıxmışdır.  
 
Belə ki, tezliklə bazar münasibətlərinə (azad iqtisadi sistemə) keçmək və bu 
əsasda  ölkəmizin  iqtisadi  müstəqilliyini  təmin  etmək  tələb  olunur.  Sahibkarlığın 
downloaded from KitabYurdu.org


 
17 
bütün  sahələrində  fəaliyyət  göstərən  müəssisələrimiz  özünün  elmi  cəhətdən 
əsaslandırılmasını və həllini tələb edən bir çox problemlərlə üzləşmişdir.  
 
Azərbaycanda sahibkarlığın inkişafı hələlik sıçrayışlı xarakter daşıyır və bir 
çox çətinliklərlə müşayət edilir.  
 
Bazar  iqtisadiyyatının  əsas,  həlledici,  aparıcı,  istiqamətləndirici  və 
hərəkətverici  qüvvəsi  hesab  edilən  sahibkarlıq  fəaliyyətinin  ölkəmizdə 
formalaşmasının  xüsusiyyətlərinə,  inkişafının  formalarına  və  istiqamətlərinin 
aparılmasına xüsusi diqqət yetirməlidir. Bu isə heç də sözdə deyildiyi kimi, o qədər 
də asan iş deyil.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə