Kafedra : aqrar menecment V


İqtisadi  inkişaf  səviyyəsi



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə12/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   8   9   10   11   12   13   14   15   ...   123
kitabyurdu org marketinqin-esaslari

İqtisadi  inkişaf  səviyyəsi
  –  Müəyyən  dövr  (vaxt)  ərzində  ölkənin  istehsal 
sahələrinin mövcud vəziyyətidir. Bu adambaşına məcmu ictimai məhsul, milli gəlir 
və  maddi  nemətlər  istehsalı;  ictimai  istehsalın  tərkibi,  quruluşu,  əhalinin 
məşğulluğunun kəmiyyət və keyfiyyət səviyyəsi; təbii resurslardan istifadə edilmə 
səviyyəsi; istehsalın təşkili və iqtisadi səmərəliliyi ilə xarakterizə edilir.  
 
İqtisadiyyat  və  siyasət
  –  insanlar  arasında  maddi  nemətlərin  istehsalı, 
bölgüsü,  mübadiləsi  və  istehlakı  ilə  əlaqədar  meydana  gələn  istehsal 
münasibətləridir.  İqtisadi  münasibətlər  bütün  digər  ictimai  münasibətləri 
müəyyənləşdirilir, onların bəzisi kimi xarakterizə edir.  
 
İqtisadiyyat 
– İnsanların öz tələbatlarını, arzu və istəklərini ödəmək (təmin 
etmək)  məqsədilə,  qıt  və  məhdud  resurslardan  səmərəli  və  qənaətlə  istifadə 
etməyin  optimal  yollarının,  metodlarının,  metodlarının  və  üsullarının  seçilməsini 
öyrənən  ictimai  elm  sahəsi,  aid  edildiyi  cəmiyyətin  iqtisadi  quruluşunu,  onun 
bazisini  səciyələndirən  ictimai-istehsal  münasibətlərinin  məcmusudur.  Buradan 
göründüyü  kimi,  iqtisad  elminin  predmetini  pul,  yaxud  sərvət  deyil,  bilavasitə 
insanlar  təşkil  edir.  Belə  ki,  iqtisadiyyatın  əsasını  istehsal  vasitələri  üzərində 
mülkiyyət  təşkil  edir.  (kapitalizmdə-bazar  iqtisadi  sistemdə  xüsusi  mülkiyyət, 
bəzilərində-sosializmdə isə ictimai, ümumxalq mülkiyyəti).  
 
Deməli  əgər  söhbət  hansı  iqtisadiyyatdan  gedirsə  də,  bu  zaman  həmin 
istehsalın  xarakterizası  verilməlidir.  İqtisadiyyatın  inkişaf  xüsusiyyətləri  və 
qanunauyğunluqları  məhsuldar  qüvvələrin    inkişafı  səviyyəsi  və  istehsal 
münasibətlərinin xarakteri ilə müəyyən olunur. Məsələn, bazar iqtisadiyyatı xüsusi 
kapitala əsaslanan inhisar birliyi məcmusunu əks etdirir.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə