Kafedra : aqrar menecment V



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə46/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   42   43   44   45   46   47   48   49   ...   123
kitabyurdu org marketinqin-esaslari

Məhsulun təsnifatı.  
 
 
Bütün  növ  məhsullar  özlərinin  faktiki  istifadə  edilməsi  sahələrinə  görə 
təsnifləşdirilir.  Bütün  bu  növ  sənaye  məhsulları  öz  iqtisadi  təyinatlarına  (istifadə 
edilmə xarakterinə) görə isə o, iki böyük qrupa bölünür: 
a)
 istehsal-texniki təyinatlı 
məhsullar  (buna  «A»  qrupu  da  deyilir.  Buraya  maşın-mexanizmlər,  avadanlıqlar, 
xammal, materiallar, yanacaq və s. daxildir. «A» qrupunun əsas kütləsi ağır sənaye 
metal  və  yanacaq,  elektrik  enerjisi  və  müxtəlif  kimyəvi  məhsullar,  maşın  və 
avadanlıqlar, tikinti materialları və s. verilir. Ağır sənayenin ürəyi maşınqayırma, 
kimya  sənayesi  və  energetika  hesab  edilir.  Başqa  sözlə,  bu  qrupa  əsasən  istehsal 
vasitələri yaradan sahələr (energetika, neft-qaz və kömür çıxarılması, metalurgiya, 
maşınqayırma, kimya sənayesi və s.) aid edilir.
 b)
 qeyri-istehsal sahəsində istifadə 
edilən  məhsullar  yəni  istehlak  şeyləri  (buna  «B»  qrupu  deyirlər).  Buraya:  ərzaq 
məhsulları,  paltar,  ayaqqabı,  mədəni-məişət  malları  və  digər  istehlak  məhsulları 
daxildir.  İstehlak  şeylərinin  əsas  hissəsi  yüngül  və  yeyinti  sənaye  sahələrində 
yaradılır.  
 
Məhsulların  «A»  və  «B»  qruplarına  bölünməsi,  onların  faktiki  istifadə 
edilməsi sahələrinə görədir. Belə ki, eyni bir məhsul «A» və yaxud «B» qrupuna 
düşə  bilir.  Məsələn,  elektrik  enerjisi;  əgər  bu  istehsal  məqsədi  üçün  istifadə 
edilərsə  «A»  qrupuna,  məişət  məqsədi  ilə  (yaşayış  və  mədəni-məişət  binalarının 
işıqlandırılması  və  ya  qızdırılması  üçün)  istifadə  olunursada,  «B»  qrupuna  aid 
edilir və s.  

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə