Kafedra : aqrar menecment V


Marketinq nəzəriyyəsində məhsula konkret tələbatın ödənilməsi vasitəsi



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə44/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   40   41   42   43   44   45   46   47   ...   123
kitabyurdu org marketinqin-esaslari

Marketinq nəzəriyyəsində məhsula konkret tələbatın ödənilməsi vasitəsi 
kimi baxılır. Məhsul marketinq kompleksinin əsas elementidir
. Çünki yalnız o, 
insanın real ehtiyacını və tələbatını ödəyə bilər. Marketinq isə hər bir istehsalçıya 
real  ehtiyacı  və  tələbatı  dəqiq  müəyyən  etməkdə,  onun  səmərəli  və  münasib 
qaydada  ödənilməsi  məqsədilə  müəssisədə  zəruri  məhsulların  istehsalının  təşkili 
işində  əməli  köməklik  götürə  bilər.  Bu  isə  müəssisədə  məhsul  siyasətinin 
reallaşdırılması  yolu  ilə  həyata  keçirilir.  Məhsul  siyasətində  aşağıdakı  tədbirlərin 
icrasına  ciddi  diqqət  yetirilməsi  tövsiyyə  edilir:  istehsal  edilən  məhsulların 
madifikasiyasına;  yeni  məhsul  növlərinin  işlənməsinə;  köhnəlmiş  məhsulların 
istehsaldan  çıxarılmasına;  istehsal  edilən  məhsulların  optimal  nomenklaturasının 
downloaded from KitabYurdu.org


 
41 
müəyyən edilməsinə; buraxılan məhsulların ən yaxşı çeşidinə; məhsul nişanlarının 
məqsədəuyğunluğunun  müəyyən  edilməsinə  və  istifadə  edilmə  imkanlarının 
aydınlaşdırılmasına;  zəruri  olan  qablaşdırmanın  yaradılmasına  və  məhsulların 
markalanmasının həyata keçirilməsinə; servis xidmətinin təşkilinə və s.  
 
Əgər  marketinq  tədbirlərinin  əsas  fəallığı  bilavasitə  məhsulun  üzərinə 
düşürsə  də,  onda  biz  «məhsula  yönəldilmiş  marketinq  strategiyası»  haqqında  da 
danışa  bilərək.  Belə  ki,  marketinq  strategiyasını  ayrı-ayrı  məhsullara,  onların 
qruplarına  və  yaxud  da  bütün  çeşidlərinə  də  aid  etmək  olar.  Bununla  yüksək 
keyfiyyətli məhsulun yaşını amillərlə ölçmək mümkündür.  
 
Məhsul  bir  çox  ədəbiyyatlarda  «əmtəə»  ilə  bərabər  tutulur,  yəni 
eyniləşdirilir.  Bizim  fikrimizcə,  bununla  razılaşmaq  çətindir.  Çünki  məhsul 
əmtəəyə  nisbətən  daha  geniş  və  ətraflı  anlayışdır,  məfhumdur.  Belə  ki,  istehsal 
edilmiş hər hansı bir «məhsul» heç də həmişə əmtəə ola bilməz. Amma hər bir növ 
əmtəə  ilk  əvvəl  məhsuldur,  xidmətdir.  Klassik  iqtisadi  nəzəriyyəsi  elmində 
əmtəəyə  verilmiş  tərifə  nəzər  salaq.
  Əmtəə
-insanların  öz  istehlakları  üçün  deyil, 
bazar (satış, mübadilə) üçün istehsal etdikləri məhsuldur (məlumatdır, xidmətdir). 
Başqa  sözlə,  tələbatı  yaxud  ehtiyacı  ödəyə  bilən,  alınması,  istifadəsi  və  yaxud 
istehlakı bazara təklif olunan hər bir şeydir.  
 
Göründüyü  kimi,  əmtəə-insanların  (eləcə  də  müəssisələrin,  firmaların, 
şirkətlərin və s.) öz istehlakları üçün deyil, bilavasitə bazar (satış mübadilə) üçün 
istehsal etdikləri məhsuldur, məlumatdır, xidmətdir və ideyadır. Odur ki, marketinq 
sistemində  əmtəənin  məhsulla  bərabər  tutulması  və  eyniləşdirilməsi,  bizim 
fikrimizcə,  düzgün  deyil.  Çünki,  əksər  hallarda  hər  bir  sahibkar  məhsul  istehsal 
edəndə heç də həmişə onun hamısını bazar üçün nəzərdə tutmur. Çox vaxtlar elə 
olur ki, istehsal edilmiş məhsulun çox hissəsini sahibkar özünün xüsusi ehtiyacları 
üçün istehsal edir. Yəni, beləliklə məhsulun bir hissəsi bazara çıxarılmır. Odur ki, 
marketinq  sistemində  məhsul  əvəzinə  əmtəə  (məhsulun  bir  hissəsi)  anlayışının 
işlədilməsi,  heç  də  geniş  təkrar  istehsalı  prosesinin  iqtisadi-sosial  mahiyyətinə 
uyğun  gəlmir,  yəni  onun  mahiyyətini  tam  açmır.  Bu  baxımdan  biz  marketinq 
fəaliyyətində «əmtəə» yox, «məhsul» anlayışının işlədilməsinə daha çox tərəfdarıq.  
downloaded from KitabYurdu.org


 
42 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə