Kafedra : aqrar menecment V


Sənaye  təyinatlı  məhsulların  təsnifləşdirilməsi



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə52/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   48   49   50   51   52   53   54   55   ...   123
kitabyurdu org marketinqin-esaslari

Sənaye  təyinatlı  məhsulların  təsnifləşdirilməsi
.  Bu  məhsullar  3  qrupa 
bölünür: 
a)
  materiallar  və  hisslər.  Buraya:  xammal,  yarımfabrikatlar  və  maşın  və 
avadanlıqlar  hissləri  daxildir. 
b)
  əsas  əmlak  (stasionar  qrupları,  köməkçi 
avadanlıqları  və  s.); 
v)
  köməkçi  materiallar  və  xidmətlər  (köməkçi  materiallar, 
işgüzar xidmətlər və s.).  
 
Məhsulun keyfiyyəti və onun göstəriciləri.  
 
downloaded from KitabYurdu.org


 
46 
 
Bütün  istehlak  xassələri  kompleksini  özündə  cəmləşdirən  əsas  göstərici-
məhsulun keyfiyyətidir.  
 
Məhsulun  keyfiyyəti  ilə  birbaşa  əlaqədar  olan  iqtisadi,  texniki,  təşkilati, 
idarəetmə,  nəzarət  və  s.  məsələlərin  izahına  keçməzdən  əvvəl,  məhsulun  özünü 
xarakterizə  edən  bəzi  kateqoriya,  anlayış  və  terminlərlə  ümumi-nəzəri  baxımdan 
diqqət yetirilməsi yaxşı olardı.  
 
Aydındır  ki,  bizi  əhatə  edən  həyatda  sonsuz  sayda  müxtəlif  formada, 
quruluşda  və  məzmunda  predmet  və  hadisələr  mövcuddur.  Onların  da  hamısının 
həm  bir-birinə  uyğun,  həm  də  fərqli  cəhətləri  vardır.  Məsələn,  metalın  bir  çox 
növlərinin  (qızılın,  poladın,  platinin  və  s.)  olduğu  hamıya  yaxşı  məlumdur. 
Bunların  hər  biri  metalın  növü  kimi  həm  ümumi  cəhətləri,  həm  də  bir-birindən 
kəsgin  fərqlənən  xüsusiyyətlərə  malikdir.  Belə  ki,  onların  atom  çəkiləri,  elektrik 
keçirmə  qabiliyyəti,  istilik  keçirmə  xüsusiyyətləri,  kövrəkliyi,  sərtliyi,  elastikliyi, 
korroziyaya davamlılığı və s. xassələri müxtəlifdir. Başqa sözlə, onlar bir-birindən 
həm fiziki, həm də kimyəvi xüsusiyyətlərinə görə kəsgin fərqlənirlər.  
 
Bütün  bunlar  isə  onların  hər  birinin  ayrılıqda,  yəni  yalnız  onların  özlərinə 
məxsus olan xassələrinin olması ilə izah olunur. Məhz bu baxımdan da predmet və 
hadisələrin bütün xüsusiyyətləri və xassələrin məcmuna onların keyfiyyəti deyilir.  
 
Tarixi mənbələrdən aydın olur ki, keyfiyyət anlayışı hələ bəşər cəmiyyətinin 
yarandığı  ilk  anlardan  başlayaraq  daim  amillərin  diqqətini  özünə  cəlb  etmişdir. 
Belə ki, məşhur yunan filosofu Platon (e.ə. 427-347-ci illər) keyfiyyəti məhsulun 
mükəmməllik  dərəcəsi,  Aristotel  (e.ə.  385-322-ci  illər)  onu  bir  cismin  müəyyən 
xüsusiyyətlərinə  görə,  eyni  növdən  olan  digər  cisimlərin  fərqlənməsi,  klassik 
alman  fəlsəfəsinin  nümayəndəsi  Hegel  (1770-1831-ci  illər)  keyfiyyəti  predmetin 
özü,  onu  təşkil  edən  cəhət,  onsuz  predmetin  mövcud  olması  kimi 
qiymətləndirmişlər.  
 
Odur  ki,  məhsulun  iqtisadi-sosial  mahiyyətinə,  məzmuna,  məqsədinə  və 
vəzifələrinə bir qədər yaxından nəzər salaq.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə