Kafedra : aqrar menecment V



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə53/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   49   50   51   52   53   54   55   56   ...   123
kitabyurdu org marketinqin-esaslari

Məhsulun  keyfiyyəti 
-    məhsulun  yenilik  səviyyəsini,  etibarlığını, 
uzunömürlüyünü,  davamlılığını,  texniki-iqtisadi  cəhətdən  sərfəliyini,  arqonomik, 
downloaded from KitabYurdu.org


 
47 
estetik, ekoloji və başqa istehlak xassələrini özündə tam əks etdirən, öz təyinatına 
görə  istifadəsi  zamanı  ona  ictimai  istehsal  münasibətləri  sistemində  qoyulmuş 
tələbatı  ödəmək  qabiliyyəti  verən  xassələrin  məcmusudur.  Başqa  sözlə,  bu, 
cəmiyyətin  müəyyən  tələbatını  ödəmək  üçün  məhsulun  yararlılıq  xassələrinin 
məcmusudur. Deməli, predmet öz keyfiyyəti ilə mövcuddur.  
 
Qeyd  edilənlərdən  göründüyü  kimi,  məhsulun  keyfiyyəti  xüsusi  əhəmiyyət 
kəsb  edir.  Bu,  bazar  iqtisadiyyatı  sisteminə  keçid  şəraitində  xüsusilə  qiymətlidir. 
Belə  ki,  onun  yüksəldilməsi  əlavə  məhsul  həcmi  deməkdir.  Bazar  iqtisadiyyatı 
şəraitində ağırlıq mərkəzi keyfiyyət və səmərəlilik məsələlərinin həllinə yönəldilir. 
İndi  məhsul  buraxılışına  kəmiyyətcə  artırmaq  bizi  qane  edə  bilməz.  Bizə 
keyfiyyətcə  daha  yüksək  məhsullar  lazımdır,  özü  də  buna  ən  az  canlı  və 
maddiləşmiş  əmək  sərf  etməklə  nail  olmaq  lazımdır.  Bu  isə  səmərəliliyi 
yüksəltməyin  ən  başlıca  amilidir.  Məhsulun  keyfiyyəti  Elmi  Texniki  Tərəqqinin 
inkişafı  şəraitindən,  istehsal  texnologiyasının  səviyyəsindən,  texnoloji  proseslərin 
mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsindən, onun fasiləsizliyindən, 
ilkin  materialların  keyfiyyətindən,  əməyin  enerji  ilə  silahlanma  dərəcəsindən, 
əməyin  elmi  təşkilindən,  istehsalın  ümumi  mədəni  səviyyəsindən,  istehsalda 
texniki  təhlükəsizlik  və  əməyin  mühafizəsi  tələblərinə  əməl  edilməsindən  və  s. 
amillərdən asılıdır.  
 
Bazar  iqtisadiyyatı  sistemi  yolu  ilə  getdiyimiz  bir  şəraitdə  səmərəliliyin 
yüksəldilməsi bilavasitə məhsulun və bütün işimizin keyfiyyətindən asılıdır. Çünki 
yüksək  əməyə  və  maddi  ehtiyat  mənbələrinə  qənaət  etmək,  ixracat  imkanlarının 
daha  da  artması,  son  nəticədə  isə  cəmiyyətin  tələbatının  daha  yaxşı  və  dolğun 
ödənilməsidir.  Məlumdur  ki,  yüksək  keyfiyyətlə  hazırlanmış  məmulat  ondan 
istifadə edilməsinə, onun təmirinə xeyli az qüvvə və vəsait sərf olunmasına şərait 
yaradır.  Beləliklə  də  onun  verdiyi  fayda  çox  olur.  Məhz  buna  görə  də,  müəssisə 
rəhbərliyi  ETT-nin  sürətləndirmək,  məhsulun  keyfiyyətini  yüksəltmək,  istehsalın 
təşkili  və  mədəniyyəti  səviyyəsini  durmadan  yaxşılaşdırmaq  vəzifələrinin  yerinə 
yetirilməsinə  daim  çalışmalı,  işlərin  elmi-texniki  yaradıcılığını  hər  vasitə  isə 
genişləndirməlidir.  Eləcə  də,  müəssisədə  ixtiraçılıq  və  səmərələşdirmə  işlərinin 
downloaded from KitabYurdu.org


 
48 
genişləndirilməsinə,  təcrübə  mübadiləsinin  təşkil  edilməsinə,  keyfiyyətə  daimi 
baxışların  genişlənməsinə,  keyfiyyət  qruplarının  yaradılmasına,  məhsulun 
keyfiyyətinin yüksəldilməsində işçilərin yaradıcı iştirakının mütərəqqi formalarının 
tətbiq edilməsinə, texnoloji, patent və lisenziya məlumatlarının tətbiq edilməsinə, 
texnoloji, patent və lisenziya məlumatlarının mühafizəsinin təmin edilməsinə və s. 
ciddi diqqət yetirilməlidir.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə