Kafedra : aqrar menecment V


Marketinq tədqiqinin informasiya təminatı



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə41/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   37   38   39   40   41   42   43   44   ...   123
kitabyurdu org marketinqin-esaslari

Marketinq tədqiqinin informasiya təminatı  
 
 
Müasir  bazar  iqtisadiyyatı  sistemi  dövründə  yalnız  o  müəssisə 
müvəffəqiyyətlə  fəaliyyət  göstərə  bilir  ki,  onun  rəhbərliyi  və  mütəxəssisləri 
sahibkarlıq  fəaliyyətinin  bütün  istiqamətləri  üzrə  kifayət  qədər  tam,  həqiqi  və 
vaxtında  verilmiş  informasiyaya  malik  olsun.  Odur  ki,  bu  məsələyə  müəssisə 
rəhbərliyi  daim  ciddi  diqqət  yetirməlidir.  Mütəxəssislərin  qənaətinə  görə  bu 
problemin  həlli  aşağıdakı  materiallardan  istifadə  etməklə  marketinq  informasiya 
sisteminin yaradılması yolu ilə mümkündür. 1. Müəssisənin məhsul satışı həcmini, 
tədarükatını,  xərclərinə  və  material  resurslarını  miqdar  göstəricilərini,  həm  də 
dövriyyə  vəsitələrinin  hərəkətinə,  debitor  və  kreditor  borclarına  dair  məlumatları 
özündə əks etdirən daxili hesabatlar.  
 
2. Sahibkarlıq mühitində baş verən bütün hadisələrə dair ətraflı və tam xarici 
informasiyalar. 3. Müəssisə qarşısında duran əsas məsələlərin həllini təmin edəcək 
zəruri informasiyanı əldə etmək məqsədilə marketinq tədqiqatlarının aparılması. 4. 
İdarəedici  qərarların  qəbul  edilməsi  üzrə  konkret  təklifləri  özündə  əks  etdirən 
marketinq informasiyalarının təhlili nəticələri.  
 
Müəssisə  informasiya  bazasının  yaradarkən  müxtəlif    idarələrin  və 
təşkilatların  uyğun  statistik  materiallarından,  elmi-tədqiqat  laboratoriyalarının 
institutlarının  və  təşkilatların,  həm  də  ali  məktəblərin  hesabatlarından  istifadə 
etmək  yaxşı  nəticələr  verir.  Bunlardan  əlavə,  sənaye  və  ticarət  müəssisələri 
arasında  olan  yazışmalara diqqət  yetirmək,  birjaların,  aksionların  (hərracların)  və 
downloaded from KitabYurdu.org


 
39 
torpaqların  materiallarını  öyrənmək,  eləcə  də  bazarlardakı  real  vəziyyətlərlə 
yaxından tanış olmaq məqsədilə xüsusi müşahidələrin aparılması da yaxşı nəticələr 
verir.  

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə