Kafedra : aqrar menecment V



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə37/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   33   34   35   36   37   38   39   40   ...   123
kitabyurdu org marketinqin-esaslari

Bazarın  tədqiqi
-  Səmərəli  idarəetmə  haqqında  dəqiq  qərar  qəbul  edilməsi 
üçün tələb haqqında informasiya almaq üsuludur, vasitəsidir. Deməli, ilk növbədə 
«tələb»  haqqında  geniş  və  dolğun  informasiyalar  toplanılmalı,  sistemləşdirilməli, 
təhlillər  aparılmalı,  nəticələr  çıxarılmalı  və  konkret  qərar  qəbul  olunmalıdır.  İlk 
baxışdan  adi  görünən  bu  məsələlərin  kompleks  halda,  yəni  bir-biri  ilə  qarşılıqlı 
əlaqədə  və  üzvü  vəhdət  halında  öyrənilməsi  o  qədər  də  asan  iş  deyil. 
İnformasiyanın  yığılması  dedikdə,  bazarı,  məhsulları,  istehlakçıları,  reklamı, 
rəqibləri və s. tam əhatə edən məlumatların əldə edilməsi başa düşülür.  
 
İqtisadi  ədəbiyyatlarda  marketinq  tədqiqatlarını  apararkən  aşağıdakı 
məsələlərin  öyrənilməsi  nəzərdə  tutulur;  ticarətin  hüquqi  aspektlərinin  tədqiqi 
(hüquqi  normalar,  lazım  gəldikdə  məsləhət  verə  biləcək  hüquqi  idarələr  və  s.); 
əmtəənin öyrənilməsi (yeniliyi və rəqabət qabiliyyətliliyi, qanunçuluq normalarına 
uyğunluğu,  alıcıların  tələblərini  ödəmə  qabiliyyəti,  satışdan  sonrakı  servis 
xidmətinə  ehtiyatın  olması,  reklama  tələbat  və  s.);  bazarın  öyrənilməsi  (coğrafi 
vəziyyəti,  bazarın  tutumu  və  satış  həcmi,  əmtəə  struktru,  konyuktura,  inkişaf 
meylləri,  yəni  proqnoz  və  s);  alıcıların  öyrənilməsi  (müştərilərin  xarakteristikası, 
alışa həvəsləndirmə motivləri, bazarın seqmentləşdirilməsi, alqı üsulu və alqı vaxtı, 
ödənilməyən  tələbat  və  s.);  rəqiblərin  öyrənilməsi  (bazarın  çox  hissəsini 
mənimsəmiş əsas rəqiblər və s.).  
 
Marketinq  tədqiqatlarının  aparılmasının  əsas  prinsiplərinə  aşağıdakılar 
daxildir: 
Sistemlik, 
komplekslik, 
obyektivlik, 
qənaətçilik,  müntəzəmlik, 
operativlik,  dəqiqlik  və  ciddilik.  Bu  prinsiplərin  həm  ayrılıqda,  həm  də  birlikdə 
götürdükdə, bu yüksək keyfiyyətli marketinq tədqiqatı aparmağa və elmi cəhətdən 
əsaslandırılmış idarəetmə qərarlarının qəbul edilməsinə imkan verir.  
 
Bütün tədqiqat işlərində olduğu kimi, marketinq tədqiqatları da müəyyən bir 
iş  planı  üzrə  aparılmalıdır.  Marketinqə  aid  olan  mənbələrdən  bunun  aşağıdakı 
ardıcıl  üzrə  aparılması  tövsiyə  edilir;  marketinq  tədqiqatlarının  məqsədi 
müəyyənləşdirilməli və bu elmi cəhətdən əsaslandırılmalıdır; tədqiqat işinin planı 
downloaded from KitabYurdu.org


 
35 
tərtib  edilməli  və  təsdiqlənməlidir;  işin  lazımı  səviyyədə  yerinə  yetirilməsi  üçün 
vacib  olan  informasiyanın  dəqiqləşdirilməsi  və  onun  toplanması;  yığılan 
informasiyaların  qruplaşdırılması,  sistemləşdirilməsi  və  onların  təhlili;  təhlilin 
əsasında çıxarılan nəticələrin, təklif və elmi tövsiyələrin hazırlanması; işin gedişinə 
və  nəticələrinə  dair  elmi  hesabatların  tərtibi,  müzakirəsi,  təsdiqi  və  əlaqədar 
bölmələrə təqdim edilməsi; tədqiqat işinin yekunlarının tətbiq edilməsi nəticəsində 
müəssisənin  təsərrüfat  fəaliyyətində  baş  verə  biləcək  səmərəlilik  dərəcəsinin 
qiymətləndirilməsi və s.  
 
Hər  bir  tədqiqat  işinin  metodları  olduğu  kimi,  marketinq  tədqiqiqin  də 
özünün  metodları  sistemi  vardır.  Buraya  aşağıdakılar  daxildir.  Ümumi  elmi 
metodlar  (sistemli  təhlil,  kompleksli  yanaşma,  proqramlı-məqsədli  planlaşdırma); 
analitik 
proqnozlaşdırma  metodları,  iqtisadi-riyazi  modelləşdirmə,  xətti 
proqramlaşdırma,  şəbəkəli  planlaşdırma,  kütləvi  xidmət  nəzəriyyəsi,  ehtimal 
nəzəriyyəsi,  ekspertiza);  elmin  müxtəlif  sahələri  (psixologiya,  sosiologiya, 
ekologiya, estetika, antopologiya, dizayn) baxımından metodiki yanaşmalar.  
 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil: 2. Marketinq tədqiqatlarının aparılmasının əsas prinsipləri.  
 
 
 
 
 
 
 
1. Системлилик 
2. Комплексизлик 
Маркетинг  
тядгигатларыны
н ясас 
принсипляри 
8. Ъиддилик  
7. Дягиглик   
3. Обйективлик   
4. Гянаятчилик    
6. Оперативлик    
5. Мцнтязямлик     
downloaded from KitabYurdu.org


 
36 
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə