Kafedra : aqrar menecment V


Müəssisənin daxili mühiti



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə34/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   30   31   32   33   34   35   36   37   ...   123
kitabyurdu org marketinqin-esaslari

 
Müəssisənin daxili mühiti. 
  
 
1. Müəssisə sahibi və hissə sənədi sahibləri və ya payçılar. Müəssisə sahibi 
və  hissədarlar  müəssisədən  bir  çox  şeylər  gözləyirlər.  Hər  şeydən  əvvəl  onlar 
müəssisəyə qoyduqları sərmayənin ən çox qazanc gətirməsini güdürlər. Buna görə 
onlar  müəssisənin  qazancla  işlənməsinə  çalışırlar,  bazarın  vəziyyətini  nəzərə 
almaqla, istehsaldakı dəyişikliklərə üstünlük verirlər. Müəssisədə qazanclı deyilsə 
hissədarlar hissə paylarını geri götürürlər. Sahibkarlıq isə müəssisə ziyanlıdırsa bu 
zaman onun profilini dəyişir, satır və ya onun fəaliyyətini dayandırırlar.  
 
2.  Müəssisədə  çalışanlar.  Müəssisədə  işləyənlər  hər  şeydən  əvvəl  sərf 
etdikləri  əməyin  əvəzində  əmək  haqqı  almaq  haqda  düşünürlər.  Bununla  bərabər 
downloaded from KitabYurdu.org


 
30 
sosial  müdafiə  məsələləri  və  hüquqlarının  qorunmasını,  işinin  daimi  olmasını  və 
eyni işə görə müxtəlif adamlara bərabər haqların verilməsi, gördüyü işin nisbətən 
asan  və  təmiz  şəraitdə  aparılması,  iş  yerində  müəyyən  hörmət  və  ehtirama  sahib 
olması  və  olub  keçənlərdən  xəbərdar  olması  haqda  düşünürlər.  Belə  istəkləri 
lazımınca ödənildikdə onlar bir az da səmərəli və məhsuldar işləyirlər. Əks halda, 
onların məhsuldarlığı düşür və bu müəssisənin fəaliyyətinə pis təsir göstərir.  
 
3.  İdarəedicilər.  Haqqında  söhbət  aparanlar  peşəkar  idarəedicilər  olmaqla 
yanaşı,  onlar  da  müəssisəyə  iş  və  əmək  haqqı  baxımından  bağlıdırlar.  Bundan 
başqa,  işlərinə  uyğun  olaraq  dolanmağa  yetə  bilən  bir  maaş  və  əlavələr  də 
istəyirlər. Eyni zamanda öz sahələri üzrə müstəqillik, sahibkarların onların işlərinə 
müdaxilə  etməmələrini  istəyirlər.  Onlar  hüquq  və  vəzifələrini  hansı  çərçivədə 
aparacaqları ilə maraqlanırlar.  
 
 
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə