Kafedra : aqrar menecment V


Marketinq tədqiqatları – bazar mühitinin öyrənilməsi vasitəsidir



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə36/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   32   33   34   35   36   37   38   39   ...   123
kitabyurdu org marketinqin-esaslari

Marketinq tədqiqatları – bazar mühitinin öyrənilməsi vasitəsidir  
 
downloaded from KitabYurdu.org


 
32 
 
Müəssisələrin  sahibkarlıq  fəaliyyətində  istehlakçıların  məhsullara  olan 
potensial (real, həqiqi) tələblərinin ödənilməsi zəruriliyi ilə bilavasitə bağlı olan bir 
çox  problemləri  qarşıya  çıxır.  Onların  həllinə isə  yalnız  marketinq  tədqiqatlarının 
köməyi ilə nail olmaq mümkündür.  
 
Marketinq  tədqiqatları  dedikdə
  –  Əsasən  problemlərin  məqsədyönlü 
öyrənilməsi,  tədqiq  edilməsi,  bunların  əsasında  isə  həmin  məsələlərin  kompleks 
həllini  təmin  edə  biləcək  təkliflər  sisteminin  işlənməsi  və  tətbiqi  başa  düşülür. 
Göstərilən problemlər isə adətən əmtəələrin satışı prosesində qarşıya çıxır. Odur ki, 
marketinqə  aid  olan  bir  çox  iqtisadi  ədəbiyyatlarda  marketinq  tədqiqatlarının 
vəzifələrinə:  bazarı,  istehlakçıları,  rəqibləri,  təklifləri,  əmtəələri,  qiymətləri, 
əmtəələrin hərəkətinin səmərəli siyasətini və s. öyrənmək daxil edilir.  
 
Marketinq tədqiqatlarına başlamazdan əvvəl müəssisə tam əmin olmalıdır ki, 
bu, müəssisəyə istehlakçıların real tələblərinin tam ödənilməsi hesabına sahibkarlıq 
fəaliyyəti  nəticələri  (gəlirləri)  yaxşılaşdırmaq  üçün  çox  zəruridir.  Başqa  sözlə, 
istehlakçıların ehtiyaclarını və potensial tələblərini dəqiq müəyyən etmək, problem 
üzrə  qəbul  edilən  qərarların  əhəmiyyətini  nəzərə  alaraq,  onların  tam  ödənilməsi 
yolu  ilə  sahibkarlıq  fəaliyyətinin  səmərəliliyini  təmin  etmək  üçün  münasib 
təklifləri vermək vacibdir. Əgər  marketinq tədqiqatlarının bütün prosesləri dəqiq, 
düzgün  və  kompleks  halda  planlaşdırılıbsa,  bu  zaman  verilmiş  təkliflər 
əsaslandırılmış və həqiqətdə də onların reallaşdırılması yaxşı nəticələr verəcəkdir. 
Adətən  iqtisadi  ədəbiyyatlarda  marketinq  tədqiqatlarının  6  əsas  mərhələsini  qeyd 
edirlər.  
 
Bu, bazarın kompleks öyrənilməsi; Əmtəələrin marketinqinə bilavasitə təsir 
göstərən  bütün  amillərin  kompleks  halda  elmi  təhlilidir.  Başqa  sözlə,  əmtəələrin 
istehsalçılarından  onun  aılıcılarına  (istehlakçılarına)  çatdırılması  və  satışı  ilə 
birbaşa  əlaqədar  olan  problemlərin  həlli  zamanı  qarşıya  çıxan  bütün  obyektiv 
amillərin yığılması, qeydə alınması və təhlili prosesidir.  
 
Marketinq tədqiqatları özündə aşağıdakı istiqamətləri birləşdirir: bazarın 
tədqiqi; satışın tədqiqi; əmtəələrin istehlak dəyərinin tədqiqi; iqtisadi təhlil və 
səbəblər üzrə təhlil.   
downloaded from KitabYurdu.org


 
33 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil: 1. Marketinq tədqiqatları prosesi  
 
 
Məlum olduğu kimi, müəssisə özünün təsərrüfat fəaliyyətini fasiləsiz həyata 
keçirir.  Yəni  müəssisə  daimi  işləyir,  fəaliyyət  göstərir  və  məhsul  istehsal  edir. 
Məhz  buna  görə  də,  marketinq  tədqiqatları  da  vaxtaşırı  deyil,  müntəzəm 
aparılmalıdır. Başqa sözlə, istehsal satış prosesləri fasiləsiz olduğu üçün marketinq 
tədqiqatları da fasiləsiz aparılmalıdır. Belə ki, hər bir istehlakçı müəssisə istehsal-
satış  fəaliyyətinin  bilavasitə  bazara  istiqamətləndirilməlidir.  Bu  işdə  o,  «bazar-
plan»  prinsipi  əldə  əsas  tutaraq,  öz  fəaliyyətini  bazarın  daim  dəyişən  mühitinə 
uyğunlaşdırmağa çalışmalı və bu məqsədlə proqnozlaşdırma  metod və üsullardan 
Базар проблемляринин мцяййян едилмяси  
Тядгигат планынын ишлянмяси  
Мялуматларын топланмасы  
Топланмыш мялуматларын тящлили вя интеграсийасы   
Топланмыш мялуматларын тящлили вя интеграсийасы   
Нятиъялярин цмумиляшдирилмяси, щесабатын 
щазырланмасы вя тядгиг едилмяси    
Маркетинг гярарларынын гябул едилмяси    
downloaded from KitabYurdu.org


 
34 
geniş  istifadə  etməlidir.  Odur  ki,  marketinq  sistemi  kompleksinin  əsas 
elementlərindən biri bazarın kompleks tədqiqidir.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə