Kafedra : aqrar menecment V


Marketinq tədqiqatlarının aparılması qaydası və onun məqsədi



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə38/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   34   35   36   37   38   39   40   41   ...   123
kitabyurdu org marketinqin-esaslari

Marketinq tədqiqatlarının aparılması qaydası və onun məqsədi.    
 
 
Müəssisə  tərəfindən  əmtəə,  yaxud  əmtəə  qrupları  üzrə  marketinq 
proqramının və planlarının tərtib edilməsində ilk və əsas mərhələdir. Müəssisənin 
təsərrüfat fəaliyyətinin normal getməsini təmin etmək məqsədilə, bazarın işləməsi 
və  fəaliyyət  göstərilməsinin  real  vəziyyəti  hərtərəfli  tədqiq  edilir  və  alınmış 
nəticələrdən müəssisədə istifadə edilir. Bazarın kompleks tədqiqi ətraflı və dolğun 
məlumatların  alınmasına  imkan  verir.  Bu  da  yeni  məhsul  növlərinin  işlənib 
hazırlanması  ilə  əlaqədar  olaraq,  kommersiya  riskini  azaldır,  istehsalın  konkret 
istehlakçılara yönəldilməsini və s. təmin edir. Onun əsas elementləri aşağıdakılar: 
Əmtəənin  istehlak  dəyəri  və  keyfiyyətinin,  eləcə  də  onun  bazarın  tələblərinə 
uyğunluğunun,  əmtəənin  rəqabət  qabiliyyətinin,  qabqarmanın  keyfiyyətinin  və  s. 
öyrənilməsi; bazarın tutumunun və xarakteristikasının təhlili, konkret əmtəə növü 
üzrə bazarın ölçülərinin və onun reallaşdırıla bilmə imkanlarının, bazarın məkan-
zaman  və  əmtəə  nöqteyi-nəzərindən  vəziyyətinin  müəyyən  edilməsi;  əmtəə 
satışının  əsas  forma  və  metodlarının  öyrənilməsi,  satış  norması  və  bölgü 
kanallarının müəyyən edilməsi, əmtəənin gətirilməsi üzrə olan xərclərin və anbar 
sahələrinin yerləşdirilməsinin qiymətləndirilməsi, reklamın öyrənilməsi və s.  
 
İxrac  (eksport)  bazarının  tədqiqinə  və  ciddi  fikir  verilməlidir.  Çunki,  bu 
bazarın  kompleks  tədqiqinin  əsas  elementi  hesab  edilir.  Tədqiqat  işinin  axırında 
bazarın  proqnozu  tərtib  edilməli,  qərar  çıxarılmasında  istifadə  edilmək  üçün 
müəssisə rəhbərliyinə verilməlidir.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə