Kafedra : aqrar menecment V



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə40/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   36   37   38   39   40   41   42   43   ...   123
kitabyurdu org marketinqin-esaslari

İstehlakçıların  tədqiqi.
  Marketoloqun  işində  əsas  yeri  müəssisənin  bazar 
üzrə olan tərəf müqabillərlə (istehsakçılar, rəqiblər, malgöndərənlər və ticarətçilər) 
münasibətləri  təşkil  edir.  Konkret  əlaqələrin  əhəmiyyətliliyi  müəssisənin  sahə 
mənsubiyyətindən asılıdır.  
 
İstehlakçı
-özünün  istehsal  və  ya  şəxsi  ehtiyaclarını  ödəmək  məqsədilə, 
məhsuldan istifadə edən müəssisə, yaxud vətəndaşdır.  
 
Satışın tədqiqi 
-  bazarın hərtərəfli, kompleks qaydada öyrənilməsinin əsas 
istiqamətidir.  Satışın  tədqiqi  sistemində  onun  forma  və  metodları,  satışın  hər  bir 
kanalının  rolu  və  səmərəliliyi  aydınlaşdırılır,  satış  xərclərinin  miqdarı,  anbar  və 
digər xidmət binalarının yerləşdirilməsi sistemi müəyyənləşdirilir və s.  
 
Satışın tədqiqində  ənənəvi,  eləcə də  yeni satış  formalarının və  kanallarının 
axtarılıb tapılmasının təkmilləşdirilməsi üzrə işlər aparılır və tövsiyyələr hazırlanır. 
Satış  sferasının  tədqiqində  reklamların  təşkili  və  tələbatın  formalaşması 
problemlərinə də xüsusi diqqət yetirməlidir. Əmtəələrin reallaşdırılmasında bölgü 
kanalları  müstəsna  rola  malikdir.  Belə  ki,  bölgü  siyasətinin  formalaşmasında, 
əmtəələrin  məqsədli  potensial  alıcılara  (istehlakçılara)  çatdırılmasında,  yəni 
əmtəələrin  irəlilədilməsində  bu  kanalların  əhəmiyyəti  əvəzedilməzdir.  Bununla 
yanaşı, məhsulların bölgü kanallarının düzgün və optimal variantda seçilməsi, həll 
edilməsi  və  idarə  edilməsi  çox  mürəkkəb  problemlərdən  hesab  edilir.  Çünki,  bu, 
yəni seçilmiş «bölgü kanalı» bilavasitə marketinq sferasında olan digər məsələlərin 
həllinə təsir edir. Məhz buna görə də, ümumiyyətlə, satış siyasətinin formalaşması, 
o cümlədən də «bölgü kanallarının» seçilməsi prosesi marketinq kompleksinin əsas 
elementlərindən  biri  hesab  edilən  məhsulun  istehlakçıya  kimi  çatdırılması 
prinsipindən  istifadəyə  əsaslanır.  Bununla  əlaqədar olaraq  hələ  vaxtı ilə  K.Marks 
downloaded from KitabYurdu.org


 
38 
qeyd  etmişdir  ki,  yalnız  məhsul  istehlakçıya  çatdırıldıqdan    sonra  onun  istehsalı 
bitmiş hesab edilir.  
 
Marketinq 
kompleksinin 
məhsulun  istehlakçıya  kimi  çatdırılması 
elementinin  əsas  məzmunu  ondan  ibarətdir  ki,  məhsulun  istehsalçılardan 
istehlakçılara çatdırılmasının optimal sxeminin seçilməsi, onun fiziki realizasiyası 
yaxud hərəkət etdirilməsi, yəni irəlilədilməsi, eləcə də satışdan sonra islehlakçılara 
xidmətin göstərilməsi təşkil edir.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə