Bazar konsepsiyası -təşkilatın öz məqsədlərinə çatmasının əsası kimi
istehlakçıda qənaətbəxşlik hissinin yaradılmasına yönəlib, kompleks marketinq
səyləri ilə möhkəmləndirilmiş müştəri ehtiyaclarına və tələbatlarına səmtləşmədir,
istiqamətlənmədir.
Bazar konsepsiyası -müəssisənin bilavasitə istehlakçının suverenliyi
nəzəriyyəsinə tərəfdar olduğunu əks etdirir. Müəssisə istehlakçılara lazım olan
şeyləri buraxır və onların tələbatlarının tam ödənilməsi hesabına yüksək mənfəət
əldə edir.
Sosial-etik marketinq konsepsiyası. Bu marketinq konsepsiyası son illər ərzində yaranmış və ən cavan
konsepsiyalardan biridir. Bu konsepsiyaya görə müəssisənin əsas vəzifəsi-məqsədli
bazarların ehtiyaclarını, tələbatlarını və maraqlarını müəyyənləşdirmək,
istehlakçının
və
bütövlükdə
cəmiyyətin
rifahının
mühafizəsi
və
möhkəmləndirilməsi ilə yanaşı, tələbatın arzu olunan ödənilmə səviyyəsini
(rəqiblərinə nisbətən) daha səmərəli və məhsuldar vasitələrlə təmin etməkdir.
Marketinq konsepsiyasını qəbul etmiş müəssisənin bütün fəaliyyəti (istehsal-
texniki, təşkilati, investision və s.) istehlakçıların (alıcıların) tələbatını və yaxın
perspektivdə onların dəyişməsini öyrənməyə yönəldilməlidir. Məhsul istehsalı
alıcıların tələbindən asılı olaraq nizamlanır, gəlirin götürülməsi isə tələbatın
ödənilməsi ilə təmin edilir.
Marketinq kompleksi anlayışı ilk dəfə N.H.Bordon (1962) tərəfindən
işlədilmişdir. İqtisadi ədəbiyyatlarda marketinq kompleksinin aşağıdakı 4 əsas
elementdən ibarət olduğu göstərilir:
1. əmtəə (product)
2. qiymət (price)
3. bölgü (place)
4. həvəsləndirmə (promotion).
Mütəxəssislər marketinq kompleksinin hər bir tərkib elementinin ingiliscə
olan adının baş hərflərini götürərək, onu «4 P» kimi adlandırmışlar.
downloaded from KitabYurdu.org
21
Marketinq kompleksinin tərkib elementləri şəkil 2-də göstərilmişdir.
Şəkil 2. Marketinq kompleksinin tərkib elementləri