Kafedra : aqrar menecment V



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə19/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   15   16   17   18   19   20   21   22   ...   123
kitabyurdu org marketinqin-esaslari

Bazar  konsepsiyası
-təşkilatın  öz  məqsədlərinə  çatmasının  əsası  kimi 
istehlakçıda  qənaətbəxşlik  hissinin  yaradılmasına  yönəlib,  kompleks  marketinq 
səyləri ilə möhkəmləndirilmiş müştəri ehtiyaclarına və tələbatlarına səmtləşmədir, 
istiqamətlənmədir.  
 
Bazar  konsepsiyası
-müəssisənin  bilavasitə  istehlakçının  suverenliyi 
nəzəriyyəsinə  tərəfdar  olduğunu  əks  etdirir.  Müəssisə  istehlakçılara  lazım  olan 
şeyləri  buraxır  və  onların  tələbatlarının  tam  ödənilməsi  hesabına  yüksək  mənfəət 
əldə edir.  
 
Sosial-etik marketinq konsepsiyası. 
Bu  marketinq  konsepsiyası  son  illər  ərzində  yaranmış  və  ən  cavan 
konsepsiyalardan biridir. Bu konsepsiyaya görə müəssisənin əsas vəzifəsi-məqsədli 
bazarların  ehtiyaclarını,  tələbatlarını  və  maraqlarını  müəyyənləşdirmək, 
istehlakçının 
və 
bütövlükdə 
cəmiyyətin 
rifahının 
mühafizəsi 
və 
möhkəmləndirilməsi  ilə  yanaşı,  tələbatın  arzu  olunan  ödənilmə  səviyyəsini 
(rəqiblərinə nisbətən) daha səmərəli və məhsuldar vasitələrlə təmin etməkdir.  
 
Marketinq konsepsiyasını qəbul etmiş müəssisənin bütün fəaliyyəti (istehsal-
texniki,  təşkilati,  investision  və  s.)  istehlakçıların  (alıcıların)  tələbatını  və  yaxın 
perspektivdə  onların  dəyişməsini  öyrənməyə  yönəldilməlidir.  Məhsul  istehsalı 
alıcıların  tələbindən  asılı  olaraq  nizamlanır,  gəlirin  götürülməsi  isə  tələbatın 
ödənilməsi ilə təmin edilir.  
 
Marketinq  kompleksi  anlayışı  ilk  dəfə  N.H.Bordon  (1962)  tərəfindən 
işlədilmişdir.  İqtisadi  ədəbiyyatlarda  marketinq  kompleksinin  aşağıdakı  4  əsas 
elementdən ibarət olduğu göstərilir:  
 
1. əmtəə (product) 
 
2. qiymət (price) 
 
3. bölgü (place) 
 
4. həvəsləndirmə (promotion).  
 
Mütəxəssislər  marketinq  kompleksinin  hər  bir  tərkib  elementinin  ingiliscə 
olan adının baş hərflərini götürərək, onu «4 P» kimi adlandırmışlar.  
downloaded from KitabYurdu.org


 
21 
 
Marketinq kompleksinin tərkib elementləri şəkil 2-də göstərilmişdir.  
 
  
 
       
 
 
 
 
 
 
Şəkil 2. Marketinq kompleksinin tərkib elementləri  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə