Kafedra : aqrar menecment V


Kommersiya səylərinin gücləndirilməsi konsepsiyası



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə18/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   14   15   16   17   18   19   20   21   ...   123
kitabyurdu org marketinqin-esaslari

Kommersiya səylərinin gücləndirilməsi konsepsiyası. 
 
Bu konsepsiyaya bir çox istehsalçılar əməl edir. Yanaşmanın bir növü sübut 
edir  ki,  əgər  müəssisə  satış  və  onun  həvəsləndirilməsi  sahəsində  əhəmiyyətli 
dərəcədə  səy  göstərməzsə,  istehlakçılar  onun  mallarını  qaneedici  miqdarda 
almayacaqlar  və  nəticədə  müəssisə  normal  işləyə  bilməyəcək  və  onun  gəliri  də 
aşağı düşəcəkdir.  
 
Bazar konsepsiyası. 
Bu,  sahibkarlıq  fəaliyyətində  nisbətən  daha  yeni  və  mütərəqqi  yanaşma 
metodu  hesab  edilir.  Onun  əsas  məzmununu,  müəssisənin  qarşısına  qoyduğu 
məqsədlərinə  nail  olmasının  əsasını  məqsədli  bazarların  ehtiyaclarının  və 
tələbatlarının  müəyyənləşdirilməsində  arzu  olunan  qənaətbəxşliyin  rəqiblərdə 
olduğundan  daha  səmərəli  və  məhsuldar  üsullarla  təmin  olunması  təşkil  edir. 
Marketinq  konsepsiyanın  əsas  iqtisadi  mahiyyətini-«Tələbatları  axtarıb  tapın  və 
onları  ödəyin»,  «İstehsal  edə  biləcəyiniz  məhsul  satmağa  cəhd  göstərməkdənsə, 
sata  biləcəyiniz  şeyi  istehsal  edin»,  «Malı  yox,  müştərini  sevin»,  «Qoy  siz  deyən 
olsun»  və  s.  Bu  cür  yanaşmanı  «C.K.Penin»  firma  mağazalarının  çağırışı  özündə 
cəmləşdirir:  «Müştərinin  xərclədiyi  hər  bir  dolların  məna,  keyfiyyət  və 
qənaətbəxşlik hissi ilə əvəz olunması üçün qüvvəmiz çatan hər bir şeyi etməliyik».   
 
Çox  zaman  kommersiya  səylərinin  gücləndirilməsi  konsepsiyası  bazar 
konsepsiyaları ilə qarışdırılır. T.Levitt onları aşağıdakı kimi fərqləndirir: Satış üzrə 
kommersiya səyləri-satıcının ehtiyacları üzərində, bazar konsepsiyası isə –alıcının 
ehtiyacları üzərində cəmləşmədir. Satış üzrə kommersiya səyləri satıcının əmtəəni 
nağd  pula  çevirmək  arzusu  üzrə  qayğıdır,  bazar  konsepsiyası  isə  məştərilərin 
ehtiyaclarının  əmtəə  və  bu  əmtəənin  yaradılması,  göndərilməsi  və  nəhayət, 
downloaded from KitabYurdu.org


 
20 
istehlakı  ilə  bağlı  olan  bir  sıra  amillərin  köməkliyi  ilə  ödənilməsi  haqqında 
qayğıdır.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə