|
Kafedra : aqrar menecment Vkitabyurdu org marketinqin-esaslaria)
dəyişən kəmiyyətlərin riyazi təhlili üsullarının
tətbiqi və köməyi ilə firmadaxili iqtisadi proseslərin tədqiqi və qiymətləndirilməsi;
b)
firmaya xarici amillərin təsirinin nəzərə alınması.
Firma onun üçün zəruri olan bütün növ resursların (maliyyə, material, əmək)
əldə edilməsinə xeyli vəsait xərcləyir. O, bütün resursları bazar qiymətləri ilə
alaraq, onlardan yeni məhsul istehsal edir. Yəni, firmada əməklə kapital birləşib
istehsal texnologiyasını yaradır.
Firma çox mürəkkəb quruluşa malik olmaqla, sexlərdən, sahələrdən,
bölmələrdən, şöbələrdən, qovşaqlardan və s. təşkil olunur. O, bazar iqtisadiyyatının
əsas təşkilati-iqtisadi həlqəsi hesab edilir. Bu aşağıdakı 2 əsas şərtlə səciyyələnir;
a)
O, bazar iqtisadiyyatı quruluşunda ən dinamik və həlledici həlqə hesab edilir;
b)
Makro və mikro-iqtisadiyyatda olan müxtəlif istehsal-texniki münasibətlər məhz
burada uzlaşır.
Firma
– istehsal, iqtisadi-sosial və təşkilati-texniki münasibətlərin vəhdət və
üzvü vəhdətdə birləşməsini özündə təzahür edir. O, iqtisadi kateqoriyanı təmsil
edir. Buna görə də firma iqtisadi nəzəriyyə elmi tərəfindən öyrənilir.
Dostları ilə paylaş: |
|
|