Firmanın mikromühiti. Firmanın mikromühiti-firma ilə bilavasitə bağlı olan və firmanın müştərilərə
(alıcılara, istehlakçılara) xidmət göstərə bilmə qabiliyyətinə təsir edə bilən
amillərin
məcmusudur . Bu amillər sırasına: firmanın özü, vasitəçiləri, mal
göndərənləri, rəqibləri, məqsədli istehlakçıları və s. daxildir.
Firmanın menecerinin əsas vəzifəsi məqsədli bazarları öz təklifləri ilə
maraqlandırmaqdır. Amma, firmanın marketinq üzrə idarəedici öz fəaliyyətini
yalnız məqsədli bazarların tələbatına yönəltməklə bitmir. Onların fəaliyyətlərinin
nəticələri, eləcə də, firmanın mikromühitində çalışan və fəaliyyət göstərən digər
şəxslərdən və işçilərdən də (firmanın digər bölmələrindən mal göndərənlərdən,
vasitəçilərdən, müştərilərindən, rəqiblərdən və s.) asılıdır.
Məlumdur ki, hər bir firmanın başlıca məqsədi mənfəət əldə etməkdir.
Marketinqin idarəetmə sisteminin əsas vəzifəsi isə məqsədli bazar baxımından
cəlbedici əmtələrin istehsalını təşkil və onları bazara çıxarmaqdır. Lakin marketinq
rəhbərliyinin nailiyyəti həm firmanın digər bölmələrinin və həm də firmanın
mikromühitində fəaliyyət göstərən əsas qüvvələrin hərəkətlərindən asılıdır.
downloaded from KitabYurdu.org
26
Firmanın mikromühiti çərçivəsində fəaliyyət göstərən qüvvələr aşağıdakı sxemdə
göstərilmişdir.
Sxem 1. Firmanın mikromühitində fəaliyyət göstərən əsas qüvvələr.