Kafedra : aqrar menecment V


 Strateji planlaşdırma və bunun məqsədi



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə102/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   98   99   100   101   102   103   104   105   ...   123
kitabyurdu org marketinqin-esaslari

2. Strateji planlaşdırma və bunun məqsədi   
 
Strateji planlaşdırma
 – marketinq sahəsində müəssisənin məqsədləri, onun 
potensial  imkanları  və  şansları  arasında  strateji  uyğunluğun  yaradılmasının  və 
qorunub  saxlanmasının  idarə  edilməsi  prosesidir.  O,  müəssisənin  aydın  ifadə 
olunmuş  proqram  bəyanatına,  köməkçi  məqsədlərin  və  vəzifələrin  ifadəsinə, 
sağlam strategiyasına istinad edir, yəni onlara əsaslanır.  
 
Marketinqə  dair  olan  ədəbiyyatlarda  strateji  planlaşdırmanın  mərhələləri 
aşağıdakı şəkildə göstərilmişdir.  
 
 
 
Планлашдырма  
Мцяссисянин елми 
ъящятдян 
ясасландырылмыш 
формалашдырылмасы вя 
дяйанятлилийинин тямин 
едилмяси   
Тяляб вя тяклифин 
уйьунлашдырылмасы    
Мягсядин мцяййян едилмяси  
Истещлакчылар цчцн 
дяйярлярин йарадылмасы вя 
эялирин апарылмасы   
Мцяссисянин 
програмы  
Мцяссисянин 
вязифяляри 
вя 
мягсядляри  
Тясяррцфат 
чантасынын 
инкишаф 
планлары  
Мцяссисянин 
инкишаф 
стратеэийасы  
downloaded from KitabYurdu.org


 
97 
 
Şəkil 2. Strateji planlaşdırmanın mərhələləri.  
 
Bir  çox  mütəxəssislərin  fikirincə,  bazardakı  vəziyyət  həddən  artıq  yüksək 
sürətlə dəyişir. Buna görə də planlardan heç bir xeyir gəlmir. Nəticədə isə həmin 
planlar  sadəcə  olaraq,  rəflərdə  qalıb  tozlanacaqlar.  Məhz  buna  görə  və  bir  sıra 
səbəblər  üzündən  müəssisələrin  çoxu  özlərində  formal  planlaşdırmanı  tətbiq 
etmirlər.  
 
Amma, bu deyilənlərə baxmayaraq, planlaşdırma çox böyük iqtisadi səmərə 
gətirə bilər. Melbill Branc bu faydaları aşağıdakı ardıcıllıqla sadalayır:  
 
1.  Planlaşdırma  müəssisə  rəhbərlərini  daim  gələcək  dövr  haqqında  ciddi 
düşünməyə həvəsləndirir.  
 
2. O, müəssisənin səylərinin daha dəqiq əlaqələndirilməsinə gətirib çıxarır.  
 
3. O, sonradan nəzarət üçün fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsinə 
imkan verir.  
4. O, müəssisənin rəhbərlərini öz vəzifələrini və göstəricilərini daha dəqiq və 
ciddi müəyyənləşdirməyə məcbur edir.  
 
5. O, müəssisənin gözlənilmədən baş verə biləcək hər hansı bir dəyişmələrə 
qarşı hazırlıqlı edir.  
 
6.  O,  müəssisənin  bütün  rəhbər  şəxslərinin  vəzifələrinin  qarşılıqlı  əlaqəsini 
daha aydın şəkildə nümayiş etdirir.  
 
Marketinqin  planlaşdırılması  prosesi,  ümumi  planlaşdırmanın  özündə 
olduğu kimi, üç məntiqi və xronoloji mərhələni özündə birləşdirir:  
 
1.  Burada  əsas  iş  müəssisənin  cari  və  gələcək  vəziyyətinin  və  mühitinin 
təhlilindən başlayır.  
 
2.  Bunun  əsasında  isə  onlara  çatmaq  üçün  məqsəd  və  strategiya  işlənib 
hazırlanır.  
 
3.  Yekununda  isə  müəyyən  olunmuş  strategiyanın  daha  səmərəli  
reallaşdırılmasına  imkan  verən  instrumentlər  müəyyənləşdirilir.  Lakin 
planlaşdırma heç də həmişə bu ardıcıllıqla həyata keçirilmir. Amma, bundan asılı 
olmayaraq,  planlaşdırma:  gələcək  dövr  üçün  düşüncə  tərzinin  və  hərəkətlərin 
məqsədyönlülüyünü  və  niyyətini;  marketinq  sahəsində  olan  qərarların  və 
downloaded from KitabYurdu.org


 
98 
hərəkətlərin  koordinasiyasını  təmin  edir:  Əməkdaşları  qarşıya  qoyulan  məqsədlə 
tanış edir. Zəruri olan resurslarla onları məmulatlandırır və konstruktiv tənqid üçün 
şərait yaradır: Əməkdaşlara «Müəssisənin qarşısına qoyulmuş məqsədə çatması elə 
əməkdaşların  özlərinin  şəxsi  məqsədlərinə  çatmasıdır»  devizinin  aşlanmasının: 
nəticələrin  qiymətləndirilməsinə  və  onlara  daimi  nəzarətin  həyata  keçirilməsinə 
şərait yaradır.  
 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  strateji  planlaşdırmanın  uzun  dövr  üçün 
nəzərdə  tutulmasına  baxmayaraq,  onu  uzunmüddətli  planlaşdırma  ilə  heç  cür 
qarışdırmaq,  yəni  eyniləşdirmək  olmaz.  Çünki,  burada  əsas  kimi,  vaxt  (zaman) 
horuzontu (üfiqi) deyil, planın məzmunu götürülür.  
 
Strateji  planlaşdırma  çərçivəsində  əsasən  aşağıdakı  momentlər  müəyyən 
edilir. 1. Müəssisənin bilavasitə işləyəcəyi məhsullar xidmətlər, bazarlar və onların 
seqmentləri, eləcədə miqdar və keyfiyyət məqsədləri təsdiq edilir.                    2. 
Marketinqin  strategiyası  qeyd  edilir:  yəni  bazar  partiyalarına  münasibətlər  üzrə 
davranış  prinsipləri  və  marketinq  konpleksi  üçün  «baş  xətt»  müəyyən  edilir.               
3.  Strateji  plana  uyğun  olaraq  resursların  təşkilat  strukturları  üzrə  bölgü  həyata 
keçirilir.  
 
Marketinq  proqraması  daha  dolğun  və  dəqiq  planlaşdırılır:  Marketinq 
instrumentlərinin  istifadəsi  və  onların  «Marketinq-miks»  çərçivəsində 
kombinələşdirilməsi planlaşdırılır.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə