Kafedra : aqrar menecment V


Mövzu 12. Marketinqin planlaşdırılması



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə101/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   97   98   99   100   101   102   103   104   ...   123
kitabyurdu org marketinqin-esaslari

Mövzu 12. Marketinqin planlaşdırılması    
 
Plan  
 
1. Marketinq və planlaşdırma haqqında anlayış 
2. Strateji planlaşdırma və bunun məqsədi  
3. Marketinqin məqsəd və strategiyasının planlaşdırılması  
4. Strategiyanın seçilməsi  
5. Marketinq strategiyalarını müəyyənləşdirmək  
6. Marketinq proqramının planlaşdırılması  
7. Marketinq planının bölmələri  
 
 
 
 
downloaded from KitabYurdu.org


 
95 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1. Marketinq və planlaşdırma haqqında anlayış 
 
Müəssisəni  əhatə  edən  mühitin  dinamikasının  və  mürəkkəbliyinin  daimi 
dəyişməsi sistemli planlaşdırmanın rolunu və əhəmiyyətini daha da artırır. Həm də 
planlaşdırma  imkan  yaratmalıdır.  Bu  baxımdan  marketinq  sisteminin 
planlaşdırılması müstəsna rola malikdir. Müəssisədə məhsulun satışı işinin təşkili 
onun  təsərrüfat  fəaliyyətinin  ən  zəif  yerlərindən  biri  olduğu  üçün,  marketinqin 
planlaşdırılması  müəssisənin  digər  sahələrində  də  (maddi-texniki  təminatın, 
istehsalın və maliyyənin) planlaşdırılmasında əsasını təşkil edir.  
 
Planlaşdırma 
–  müəssisənin,  firmanın,  şirkətin  satışının,  mənfəətinin 
artırılmasına  yönəlmiş  və  iki  hissədən  (strateji  planlaşdırma  və  marketinq 
planlaşdırılmasından) ibarət olan formal prosesdir. Başqa sözlə, bu təsərrüfat işləri 
prosesində  cəmiyyətin  iqtisadi  qanunları  tətbiq  etmək  vasitəsi  kimi  idarəetmənin 
iqtisadi  metodlarının  biri.  Onun  əsas  prinsipləri  planların  proporsionallığının, 
fəsiləsizliyinin, vəhdətinin və kompleksliliyinin, sosial-iqtisadi nəticələrə görə plan 
tapşırıqlarının və təhlil edilməsinin təmin olunmasından ibarətdir. Planlaşdırmanın 
metodları balans və normativdir.  
downloaded from KitabYurdu.org


 
96 
 
Planlaşdırma
-fəaliyyətinin xüsusi bir növü olmaqla, məhsulun yaradılması, 
istehsalı  və  satışının  təşkili  planının  işlənib  hazırlanması,  onun  bölmələrinin 
qarşılıqlı  uzlaşdırılması  və  icrasına  daim  nəzarətin  həyata  keçirilməsi  prosesidir. 
Planlaşmanın mahiyyəti aşağıdakı şəkildə göstərilmişdir.  
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1. Planlaşdırmanın mahiyyəti  
 
Planlaşdırma
  –  planların  işlənib  hazırlanması  prosesi  olmaqla,  daim 
dəyişən bazar münasibətləri şəraitində  
müəssisənin 
fəaliyyətinin 
təkmilləşdirilməsinin  yeni  yollarının  və  üsullarının  müntəzəm  axtarılması  və 
istifadə edilməsidir.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə