Kafedra: "İctimai elmlər" Fakültə: Humanitar Fənnlər



Yüklə 122,96 Kb.
səhifə5/7
tarix04.04.2022
ölçüsü122,96 Kb.
#85041
1   2   3   4   5   6   7
Əli tarix

3. Məhkəmə islahatı – Ölkədə hökm sürən hüquqi qanunsuzluqları, məhkəmə işinin həddən ziyadə dolaşıq olmasını, özbaşınalığın və rüşvətxorluğun son həddə çatdığını, “qazı” vəzifəsinin icarəyə verilməsinin mənfi cəhətlərini nəzərə alan Qazan xan bu islahatı keçirdi. Əsas diqqət “qazı” vəzifəsinə layiqli din xadimlərinin təyin olunmasına, məhkəmələrdəki qanunsuzluqlara son qoyulmasına, alqı – satqı işlərində qayda – qanun yaradılmasına yönəldildi. 30 illik tarixə malik iddiaların öz qanuni qüvvəsini itirdiyi elan olundu. Məhkəmələrin aparılması üçün toplanan ödəmələrin dəqiq məbləği müəyənləşdirildi. Şəhər, mahal, kənd qazılarının səlahiyyətləri dəqiqləşdirildi. Məhkəmə sədri – qazı vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə qəbz alınması qaydası tətbiq olundu. Cinayətkarların cinayətə müvafiq cəzalanmaları üçün tədbirlər görüldü. Bütün bunlara baxmayaraq, Qazan xanın məhkəmə islahatı tam şəkildə həyata keçirilmədi.


Yüklə 122,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə