Kafedra: Kimya texnologiya,təkrar emal və ekologiya FƏNNİn adi: Əmək mühafizəsi


Əməyin mühafizəsi xidmətinin əsas vəzifələri aşağıdakılardır



Yüklə 2,11 Mb.
səhifə2/5
tarix16.01.2023
ölçüsü2,11 Mb.
#98684
1   2   3   4   5
əmək muhafizəsi A.S

Əməyin mühafizəsi xidmətinin əsas vəzifələri aşağıdakılardır:

  • Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi.
  • Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət.
  • İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayır və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq.
  • İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək.

Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün əməyin mühafizəsi xidmətinə aşağıdakı funksiyalar həvalə edilməlidir:

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi.
  • İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi.
  • Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək;
  • İşəgötürənin adından iş yerində əmək şəraitinin vəziyyəti peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya vermək;
  • İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;

Əməyin təhlükəsizliyinin nəzəri əsasları

  • İşçilərin sağlamlığının qorunması, onların təhlükəsiz əmək şəraiti ilə təmin olunması və istehsalatda baş verən zərərçəkmələrin qarşısının alınması dövlətimizin daim diqqətində olmuşdur. Hər bir müəssisə ölkənin müvafiq qanunvericilik aktlarında əks olunan əməyin mühafizəsinin norma və prinsiplərinə əməl etməlidir. Əməyin təhlükəsizliyinin inkişafı ölkəmizin inkişafı ilə sıx əlaqədə olmuşdur. İnsanlar iş fəaliyyətlərini inkişaf etdirdikcə təhlükəsiz olan əmək şəraitinin yaradılması da zəruri hal alır. 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə