Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə59/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   55   56   57   58   59   60   61   62   ...   68

182 
 
 ilkin sənədlərin və оnlаrın dоldurulmаsının düzgünlüyü, əmək hаqqının və 
оndаn tutulmаlаrın nоrmаtiv sənədlərə uyğunluüu;  
 görülmüş işlərin uçоtu üzrə məsul оlаn vəzifəli şəхslərin imzаlаrının möv-
cudluüu,  bütün  rekvizitlərin  dоldurulmаsının  düzgünlüyü,  düzəliş  və  yа  pоzun-
tulаrın оlub-оlmаmаsı; 
  iş  vахtının  tаbel  uçоtunun  və  nаryаdlаrın,  eləcə  də  əmək  hаqqının 
hesаblаnmаsı  üzrə  digər  ilkin  sənədlərin  yохlаnmаsı  zаmаnı  həmin  sənədlərdə 
kоllektivin üzvü оlmаyаn şəхslərin dахil edilməsi fаktlаrının mövcudluüu; 
 əvvəllər ödənilmiş ilkin sənədlər üzrə təkrar məbləüin hesablanması, eyni 
soyadın  bir  nezə  hesablaşma-ödəmə  cədvəllərinə  daxil  edilməsi  hallarının  möv-
cudluüu; 
 xərclərin əməyin ödənişi fonduna aid edilməsinin düzgünlüyü
  ayrı-ayrı  ödəmələrin  məhsulun  (işin,  xidmətin)  maya  dəyərinə  aid 
edilməsinin düzgünlüyü; 
  əmək  haqqının  hesablanması  üzrə  mühasibat  yazılışlarının  tərtib 
olunmasının düzgünlüyü; 
  şəxsi  heyətin  və  kənardan  cəlb  edilmiş  şəxslərin  müəyyən  edilməsi 
məqsədi ilə işçilərin yerdəyişməsi və məzuniyyətdə olması haqqında tabel və bütün 
əmrlər yoxlanılır. Heyətin orta illik siyahı sayı müəyyən edilir.  
 podrat müqavilələrinin və əmək müqavilələrinin, işlərin görülməsini təsdiq 
edən sənədlərin mövcudluüu, siyahısı və tərtib edilməsinin düzgünlüyü. 
 kassa üzrə hər bir soyad üzrə əmək və podrat müqavilələr üzrə vəsaitlərin 
verilməsi yoxlanılır; 
  ödəmənin  bütün  mənbələrini  (ƏÜF,  MHF,  sosial  sıüorta  fondu  və  b.) 
müəyyən etmək məqsədilə 533 (70) saylı hesabın debeti və krediti üzrə yazılışların 
düzgünlüyü; 
 konkret işçilərdən tutulmaların seçmə yoxlanılması; 
  kənar  işçilərə  bütün  ödəmələrin  reyestri  tərtib  edilir  və  əmək 
müqavilələrinin mövcudluüu yoxlanılır; 
Növbəti mərhələdə aşağıdakı məsələlər yoxlanılır: 


183 
 
  işəmuzd  qiymətlə,  tarif  dərəcələri  və  maaşlar  üzrə  hesablamaların 
düzgünlüyü; 
-  mükаfаtların,  əlavələrin  və  digər  ödəmələrin  (normal  əmək  şəraitindən 
kənarlaşmaya, artıq işlənmiş saatlara, briqadirliyə, boşdayanmaların ödənilmə-sinə, 
aüır və təhlükəli şəraitdə işə, bazar və bayram günlərində işə görə əlavə ödəmələr, 
xəstəliyə görə yardım və i.a.) hesablamaların əsaslı olması və düzgünlüyü; 
 əməyin ödənişi fondu üzrə sintetik və analitik uçоtun aparılmasının, icmal 
məlumatlarının və mühasibat hesabatı formalarının doldurulmasının düzgünlüyü. 
  533  (70)  və  411,  511  (76)  saylı  hesabların  icra  vərəqələri  və 
deponentləşdirilmiş əmək haqqı üzrə hesablaşmalara aid analitik uçоt yazılışlarının 
registrlərdə, baş kitabda və balansda əks etdirilmiş yazılışlara uyğunluüu. 
 
2.
 
Əməyin ödənişi üzrə hesablaşmaların auditi 
 
Əməyin  ödənişi  üzrə  fəhlə  və  qulluqçularla  hesablaşmaların  yoxlanmasına 
başlayarkən  əmək  haqqı  üzrə  analitik  uçot  göstəricilərinin  533  (70)  saylı  hesab 
üzrə sintetik uçotun, Baş kitabın, eləcə də eyni tarixə mühasibat balansının məlu-
matlarına uyğunluüu müəyyən edilməlidir. Bunun üçün Baş kitabda ayın 1-nə 533 
(70) saylı hesab üzrə qalıq və müəssisənin balansındakı məbləü hesablaşma-ödəmə 
cədvəlinin  yekun  məbləüi  ilə  (ödəniləcək  məbləü)  üzləşdirilir.  Bu  zaman  auditor 
aşağıdakı köməkçi cədvəli tərtib etməlidir (cədvəl 8). 
                                                                                                   Cədvəl 8. 
     533 (70) saylı "əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" hesabı  
      üzrə qalıüın dürüstlüyünün yoxlanılması 
70 saylı hesab üzrə qalıq 
Işçilərə olan borc  
çıxılmaqla hesab- 
laşma-ödəmə  
cədvəlləri üzrə  
ödəniləcək məb- 
ləülərin yekunu 
   
Məlumatların kənarlaşması 
Müəssisə  
balansı  
üzrə 
 
Baş kitab  
   üzrə 
 
Balansın Baş 
kitabdan 
 
Balansın he- 
sablaşma 
ödəmə  
cədvəli üzrə  
məbləüdən 
Baş kitabın  
hesablaşma  
ödəmə 
cədvəlin-
dən 
 
 
 
 
 
 


184 
 
   
Bir işçinin bir neçə hesablaşma-ödəmə cədvəlinə daxil edilməsi əvvəllər ödə-
nilmiş  ilkin  sənəd  üzrə  təkrar  ödəmə  hallarının  olması  faktına  da  diqqət  yetiril-
məlidir.  Ilkin  sənədlərin  və  hesablaşma  cədvəllərinin  yoxlanılması  zamanı  hesab-
lanmış  məbləülərin  düzgünlüyünə  də  əmin  olmaq  lazımdır.  Yохlаmаnın  növbəti 
mərhələsində  seçmə  qaydasında  əmək  haqqının  hesablanmasının  düzgünlüyü 
yoxlanılır.  Iş  vaxtının  uçotu  tabeli  üzrə  vaxtamuzd  işçilərə  hesablanmış  əmək 
haqqının dürüstlüyü müəyyən edilir, onun fəhlələrin tarif dərəcələrinə və saatlıq tarif 
qiymətinə uyğunluüu yoxlanılır. 
Sonra  işəmuzd  fəhlələrə  hesablanmış  əmək  haqqı  yoxlanılır.  Bu  zaman 
işlərin  faktiki  həcminin  müvafiq  ilkin  sənədlərdə-naryadlarda  və  s.  göstərilən 
həcmə  uyğunluüu  yoxlanılır.  Əlavə  əmək  haqqının  hesablanmasının,  o  cümlədən 
onun  əsas  növlərindən  biri  olan  məzuniyyətin  hesаblаnmаsı  və  ödənilməsinin 
düzgünlüyü  yoxlanılmalıdır.  Məzuniyyətə  görə  əmək  haqqı  cari  ayda  533  (70) 
saylı  hesabın  kreditinə  və  həmin  aya  düşən  məzuniyyət  günlərinə  görə  məbləü 
istehsal xərcləri hesabının debetinə yazılır. Məzuniyyətin sоnrаkı аyа düşən günləri 
üzrə  məbləq  növbəti  аydа  istehsal  xərcləri  hesabındа  əks  etdirilməlidir.  Hesаbаt 
аyındа yаlnız kаssа-dаn məzuniyyət məbləüinin kаssаdаn ödənilməsi üzrə 533 (70) 
sаylı hesаbın debetinə, 221  (50) "Kаssа" hesаbının kreditinə yаzılış edilir. 
Mövcud  qanunvericiliyə  görə  işçilərə  hesablanmış  əmək  haqqından  aşaüı-
dakılar tutulur: 
 gəlir vergisi; 
 sosial sıüortaya ayırmalar; 
 əvvəl verilmiş avans və artıq ödəmə üzrə borc; 
 təhtəlhesab məbləü üzrə borcun ödənilməsi; 
 kommunal xidmətlərin ödənilməsi; 
 işçinin müəssisəyə vurduüu maddi zərərin ödənilməsi; 
 kreditə alınmış mallara, qəzet və jurnallara abunəyə görə tutulmalar.  


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə