Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə58/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   54   55   56   57   58   59   60   61   ...   68

178 
 
3.
 
Əmtəə material dəyərlərinin inventarizasiyasının                
            aparılmasının  düzgünlüyünün auditi 
 
 Hər  bir təsərrüfat  subyektində  mühasibat uçotu  və  hesabatı  məlumatlarının 
dürüstlüyünü təmin edilməsi məqsədi ilə hər il onun əmlakının və bütün sferalarda 
yerləşdirilən vəsaitlərinin inventarızasiyası aparılmalıdır.  
Müəssisədə  inventarizasiyanın  aparılması  qaydası  AR  MN-nin  «Əmlаk  və 
öhdəliklərin  inventаrizаsiyаsı  qaydaları  hаqqındа»  03.  VII.  2001-ci  il    il  tarixli 
təlimаtа  əsasən  müəyyən  edilmişdir.  Auditor  müəssisədə  inventarizasiyanın 
aparılması  haqqında  qaydanın  inventarizasiyanın  aparılması  üçün  daimi 
komissiyanın  yaradılması  və  onun  tərkibi  haqqında  sərəncamın  mövcudluüunu 
yoxlamalıdır.  Nəzərə  almaq  lazımdır  ki,  inventarizasiya  planlı  və  plandankənar 
(zərurət  yarandıqda)  ola  bilər.  Maddi-məsul  şəxsin  dəyişdirilməsi,  illik  hesabatın 
tərtib  edilməsi,  mənimsəmə  hallarının  aşkar  edilməsi,  müəssisənin  ləüv  olunması 
zamanı mütləq inventarizasiya aparılmalıdır.  
Auditor  inventarizasiyanın  aparılmasında  əvvəl,  aparılma  prosesində  və 
onun  nəticələri  üzrə  aparılan  bütün  kompleks  işləri  yoxlamalıdır.  Əmtəə-material 
dəyərləri üzrə artıq gəlmə və çatışmazlıüın xarakteri, çatışmazlıüın ödənilməsi üzrə 
rəhbərlik tərəfindən görülən tədbirlərin əhəmiyyəti, günahkarların cəzalandırılması 
və  s.  məsələlər  nəzərdən  keçirilməlidir.  Nəzarət  mənbəyi  kimi  inventarizasiya 
komissiyasının  qərarından,  mühasibat  uçotu  registrlərində  yazılışlardan  və  digər 
sənədlərdən istifadə olunur. Təcrübədə mənimsəmənin ən geniş yayılmış üsullarına 
aşağıdakılar aiddir: 
 inventarizasiya cədvəllərində çatışmayan materialların аrtıq yаzılmаsı; 
  inventarizasiya  və  üzləşmə  cədvəllərinin  tərtib  olunması  zamanı  ümumi 
məbləü  üzrə  əmtəə-material  dəyərlərinin  uçot  və  faktiki  qalıqlarının  müqayisə 
edilməsi  ilə  kifayətlənmək  –  (miqdar,  sort  və  qiymət  üzrə  əmtəə-material 
dəyərlərinin uçot və faktiki qalıqlarının üzləşdirilməsi aparılmadan); 
  inventarizasiya  komissiyasına  əvvəllər  silinmiş  materialların  təqdim 
edilməsi; 


179 
 
  digər  təşkilatlardan  və  ya  maddi  şəxslərdən  borca  götürülmüş  əmtəə-
material dəyərlərinin komissiyaya təqdim edilməsi
  digər  təşkilatlara  dəyərlərin  verilməsi  haqda  əmtəəsiz  qaimələrin  təqdim 
edilməsi.  
Müəssisələrdə  mənimsəmənin  gizlədilməsinin  üsullarından  biri  əmtəəsiz 
sənədlərdən çıxarış hesab olunur. Həmin sənədlərlə material dəyərlərinin alınması 
və  ya  buraxılması  üzrə  bitməmiş  təsərrüfat  əməliyyatları  rəsmiləşdirilir.  Bəzən 
əmtəəsiz  əməliyyatlardan  sonradan  mənimsəmək  məqsədilə  məbləü  fərqinin 
yaranması  üçün  istifadə  olunur.  Belə  halların  mövcudluüunu  aşağıdakı  əlamətlər 
əsasında müəyyən etmək olar: 
 malgöndərən və alıcıda olan eyni sənədin (qaimə, hesab-faktura) müxtəlif 
nüsxələrindəki göstəricilərin uyğun olmaması; 
 sənədlər üzrə malgöndərənlərin məxaric sənədlərində göstərilən miqdarla 
müqayisədə  materialı  alanın  uçotunda  həmin  məlumatların  olmaması  və  ya  az 
göstərilməsi; 
  əmtəə-material  dəyərlərinin  daxili  yerdəyişməsi  üzrə  vəzifəli  şəxslərin 
razılıüının olmaması; 
  inventarizasiya  aparılmazdan  əvvəl  sonuncu  istehsalat  (material) 
hesabatına  əlavə  olunan  məxaric  sənədlərində  inventarizasiya  komissiyası 
üzvlərinin vizasının olmaması; 
  materialların  hərəkəti  haqqında  sənədlərdə  və  nəqliyyat  sənədlərində 
məlumatların uyğun olmaması; 
  materialların  çıxarılmasına  buraxılışın  və  onların  alınmasına 
vəkalətnamənin olmaması; 
 materialların daşınmasını, eləcə də yükləmə-boşaltma işlərinə görə əmək 
haqqının ödənilməsini təsdiq edən sənədlərin olmaması; 
  yol  sənədlərində  və  materialların  alınması  üçün  vəkalətnamələrdə 
düzəlişlərin (tarixin, nümrənin, imzanın və b. saxtalaşdırılması); 
  malgöndərən  müəssisənin  məxaric  sənədlərində  göstərilən  buraxılmış 
materialların miqdarının onların daxil olması miqdarından çox olması; 


180 
 
  mədaxil  edilməyən,  lakin  malgöndərən  –  müəssisədə  materialların 
məxarici haqda sənədlərin mövcudluüu; 
  inventarizasiya  siyahısında  müəyyən  materialların  qiymətinə,  miqdarına 
və məbləüinə nəzərdə tutulmamış düzəlişlərin edilməsi; 
  siyahının  səhifələri  üzrə  material  dəyərlərinin  miqdarının  komissiya 
tərəfindən ümumi yekunda göstəriilən miqdara uyğun olmaması; 
  inventarizasiya  siyahısının  ayrı-ayrı  səhifələrində  və  bütövlükdə 
yekunların düzgün çıxarılmaması; 
  inventarizasiya  siyahısında  maddi  məsul  şəxsin  və  komissiyanın  bütün 
üzvlərinin imzasının olmaması; 
  siyahıda  dəyərlini  təhvil  verən  şəxsin  imzasının  olması  və  qəbul  edən 
şəxsin imzasının olmaması və s.  
Auditor  nəzərə  almalıdır  ki,  sənədlərin  yoxlanması  zamanı  formal 
əlamətlərin aşkar edilməsi birbaşa əməliyyatların əmtəəsizliyini sübut etmir, onlar 
həmin ilkin sənədləri tərtib edən şəxsin səhvi də ola bilər. Komissiyanın nəticələri, 
təklifləri  və  qərarları  protokol  tərtib  edilməklə  rəsmiləşdirilir  və  müəssisə  rəhbəri 
tərəfindən təsdiq edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


181 
 
 ХI MÖVZU.   ƏMƏYIN  ÖDƏNILMƏSI  ÜZRƏ HESАBLАŞMА-
LАRIN АUDITI 
 
1.
 
Əməyin ödənişi üzrə əməliyyatların auditinin məqsəd və vəzifələri. 
2.
 
Əməyin ödənişi üzrə hesablaşmaların auditi 
3.
 
Maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditi. 
 
 
1.
 
Əməyin ödənişi üzrə əməliyyatların auditinin məqsəd və vəzifələri 
 
Əməyin  ödənişi  üzrə  heyətlə  hesablaşmaların    аuditində  əsаs  məqsəd 
müəssisə  və  təşkilatlarda  əmək  hаqqının  və  оndаn  tutulmаlаrın  hesаblаnmаsı 
zаmаnı  mövcud  qanunvericiliyin  gözlənilməsinin,  vəzifə  maaşlarının,  tarif 
dərəcələrinin,  işəmuzd  haqqların  tətbiqinin  və  əməyin  ödənişi  üzrə  mühasibat 
uçotunun aparılmasının düzgünlüyünün yoxlanılmasıdır. 
Аudit  prosesində  informasiya  mənbələri  kimi    533  sаylı  "Əməyin  ödənişi 
üzrə işçi heyətinə qısаmüddətli kreditоr bоrclаrıhesаbının  "Əməyin ödənişi üzrə 
işçi  heyətinə  оlаn  bоrclаr",  "Əməyin  ödənişi  üzrə  аvаns  hesаblаşmаlаrı"  (70 
"əməyin  ödənişi  üzrə  işçi  heyəti  ilə  hesablaşmalar"),  "Depоzitə  qоyulmuş  əmək 
hаqqı  üzrə  işçilərlə  hesаblаşmаlаr"  subhesаblаrının  (76  "Müxtəlif  debitor  və 
kreditorlarla hesablaşmalar" hesаbının "Deponentlərlə hesablaş-malar" subhesabı)
411  "Işdən  аzаd  оlmа  ilə  bаülı  uzunmüddətli  müаvinətlər  və  öhdəliklər",  511 
"Işdən аzаd оlmа ilə bаülı qısаmüddətli müаvinətlər və öhdəliklər" (76 "Müxtəlif 
debitor və kreditorlarla hesablaşmalar"), , 343 " Keçmiş illər üzrə bölüşdürülməmiş 
mənfəət (ödənilməmiş zərər) (88 "Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 
("Istehlak  fondları"  subhesаbı)  məlumatlardan,  hasilatın  uçotu  və  əmək  haqqının 
hesablanması  üzrə  ilkin  sənədlərdən  (iş  vaxtının  uçotu),  müvəqqəti  əmək 
qabiliyyətini  itirmək  haqda  vərəqlər,  bu  əməliyyatları  tənzimləyən  normativ-
hüquqi sənədlərdən istifadə olunur. 
Əməyin  ödənişi  üzrə  heyətlə  hesаblаşmаlаrın  аuditi  zаmаnı  аşаüıdаkı 
məsələlər yохlаnılır: 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə