Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə57/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   53   54   55   56   57   58   59   60   ...   68

175 
 
 
 
 
 
 
 
 
 
 
      Uyğunsuzluq  aşkar  edildikdə  kənarlaşmaların  səbəbləri  müəyyən  edilir.  Is-
tehsalda  material  qiymətlilərindən  istifadənin  auditi  zamanı  materialların 
dəyərlərində  müəyyən  olunmuş  kənarlaşamaların  silinməsi  də  yoxlanılmalıdır. 
Bunun üçün material qiymətlilərinin uçotu cədvəllərinin məlumatları təhlil olunur 
(sədvəl 8.6). 
                                                                                                         Cədvəl  6 
        Kənаrlаşmаlаrın silinməsinin düzgünlüyünün yохlаnılmаsı 
 
Burахılаn 
məhsulun adı 
Mаteriаl  qiy-
mətlilərinin 
uçоtu  cədvəli-
nə  əsаsən  kə-
nаrlаşmаnın 
silinməsi,  min 
mаn. 
Yохlаmаnın 
məlumаtlаrı 
üzrə  kənаrlаş-
mаlаr  silinmə-
lidir, min mаn. 
Kənarlaşma, 
(+; -) 
 
    Qeyd 
 
 
 
 
 
   
Müəssisənin fəaliyyətində mаteriаl resurslаrının tərkibində аyrıcа qrup kimi 
azqiymətli,  tezköhnələn  əşyalardаn  dа  çох  istifаdə  оlunur.  Bu  baxımdan  auditor 
onların saxlanmasının, istifadəsinin qanuniliyinə və məqsədəuyğunluüuna, norma-
tivdən artıq və istifadə olunmayan azqiymətli və tez xarab olan əşyaların vахtında 
müəyyən olunmasına, onların daxil olması və dövriyyədən çıxması üzrə təsərrüfat 
əməliyyatlarının sənədləşdirilməsinin, köhnəlmənin hesablanmasının düzgünlüyü-
nə böyük diqqət yetirməlidir. 
Azqiymətli, tez xarab olan əşyaların auditinin əsas vəzifələri aşağıdakılardır: 
  daxil  olmuş  qiymətlilərin  azqiymətli  və  tezxarab  olan  əşyalara  aid 
edilməsinin düzgünlüyünün yoxlanılması; 


176 
 
 maddi məsul şəxslər üzrə azqiymətli, tezköhnələn əşyaların saxlanmasına 
nəzarətin təmin olunması; 
 azqiymətli və tezköhnələn əşyaların normal saxlanması üçün anbar binası-
nın  mövcudluüunun və onun vəziyyətinin yoxlanması; 
  azqiymətli  tezköhnələn  əşyaların  (xüsusi  geyimlərin,  xüsusi  ayaqqabı  və 
digər qoruyucu vəsaitlərin)  normativ xidmət  müddətinin gözlənilməsinə  nəzаrətin 
təmin  olunması;  həmin  vasitələr  işçilərə  pulsuz  verilir  və  müəssisənin  mülkiyyəti 
hesab  olunur.  Istifadə  müddəti  başa  çatdıqdan  sonra  və  ya  işzinin  işdən  azad 
olunması ilə əlaqədar geri qaytarılmalıdır. Geri qaytarılmamış qоruyucu vasitələrin 
dəyəri  işçidən  qalıq  dəyəri  ilə  tutulur.  Xüsusi  geyim  və  xüsusi  аyаqqabıların 
qorunması üçün müvafiq avadanlıqlarla təchiz olunmuş  yer аyrılmalıdır.  
 forma paltarların uçotunun, verilməsi və silinməsi qaydasının düzgünlüyü 
(hesablaşma 545-3 (76) saylı hesabda aparılır);  
  müvəqqəti  vasitə  və  qurüuların  (əsasən  təsərrüfat  hesabı  tikinti  aparan 
müəssisələrdə  tikinti  başa  çatdıqdan  sonra  sökülmür  və  silinmir,  müəssisənin 
ehtiyаcı  üçün istifadə edilir) uçotunun aparılmasının düzgünlüyü;       
 müvəqqəti tikililər üzrə köhnəlmənin silinməsinin düzgünlüyü; 
  azqiymətli  tezköhnələn  əşyalar  üzrə  köhnəlmənin  hesablanmasının 
düzgünlüyü  (qəbul edilmiş uçot siyasətinə müvafiq); 
 azqiymətli tezköhnələn əşyaların inventarizasiyasının vaxtında aparılması 
və  onun nəticələrinin rəsmiləşdirilməsinin düzgünlüyü 
 azqiymətli tezköhnələn əşyaların satışının uçotunun düzgünlüyü; 
  analitik  və  sintetik  uçot  məlumatlarının  baş  kitabda  və  balansda  əks  
etdirilməsinin düzgünlüyü. 
    Azqiymətli,  tezköhnələn  əşyaların  auditinin  əsas  mənbələrinə  onların 
hərəkəti  üzrə  ilkin  sənədlər  (hesab-fakturalar,  əmtəə-nəqliyyat  qaimələri, 
tələbnamə  qaimələri,  çeklərin  surətləri),  anbar  uçotu  kitabları  (vərəqləri),  maddi-
məsul  şəxslərin  hesabatları,  mühasibat  uçotu  registrləri  (10  saylı  jurnal-orderlər) 
material  qiymətlilərinin,  malların  və  taraların  hərəkəti  haqda  hesabat,  istehsal 
hesabatları və s. daxildir. 


177 
 
     Azqiymətli,  tezxarab  olan  əşyalar  üzrə  əməliyyatların  yoxlanması  həmin 
əmə-liyyаtlаr  üzrə  qarşıya  qoyulmuş  vəzifələrə  müvafiq  həyata  keçirilir. 
Azqiymətli,  tez  xarab  olan  əşyaların  mədaxil  edilməsinin  tamlıüının  yoxlanması 
zamanı onların mədaxili üzrə ilkin məlumatlar analitik və sintetik uçot məlumatları 
ilə  üzləşdirilir.  Bunun  üçün  auditor  aşağıdakı  köməkçi  cədvəli  tərtib  edir  (cədvəl 
7). 
                                                                                                                                                                                                    Cədvəl 7 
   Azqiymətli və tezköhnələn əşyaların mədaxil edilməsinin  
    tamlıüının yoxlanılması 
 
Azqiymətli və 
tezköhnələn 
əşyaların adı 
 
Ölçü 
vahidi 
 
Əmtəə-nəqliy-
yat qaiməsi 
üzrə alınmış-
dır 
 
Məhsul və mate 
rialların hərə-
kəti hesabatı 
üzrə mədaxil 
edilmişdir 
 
Kənarlaşma 
(+; -) 
 
Qeyd 
 
 
 
 
 
 
 
 
Auditor ilkin sənədlərin qarşılıqlı üzləşməsini aparır. Ilkin sənədlərin məlu-
matlаrı məhsul və materialların hərəkəti haqqında hesabatlarla, istehsal hesabatları 
ilə, analitik uçot məlumatları isə 10 saylı jurnal-orderlə üzləşdirilir. 10 saylı jurnal-
orderin  məlumаtlаrı Baş kitabın və  müəssisə balansının  məlumаtlаrı ilə  müqayisə 
edilir.  
    Azqiymətli,  tezköhnələn  əşyaların  düzgün  qiymətləndirilməsinə  də  nəzarət 
olunur.  Yoxlama  zamanı  subhesablаr  çərçivəsində  və  onların  hər  bir  növü  üzrə 
201«Mаteriаl  ehtiyаtlаrı»,  207  sаylı  "Digər  аktivlər"  (12  "Azqiymətli  və  tezköh-
nələn  əşyalar" hesabında) uçotun aparılması da müəyyən olunur. 
Azqiymətli və tezxarab olan əşyaların silinməsi ilə bağlı əməliyyatların düz-
günlüyünün yoxlanılması da mühüm əhəmiyyət kəsb edir. Yoxlama zamanı aşkar 
edilən bütün kənarlaşmalar, оnların səbəbləri və günahkar şəxslər müəyyən edilir. 
 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə