175
Uyğunsuzluq aşkar edildikdə kənarlaşmaların səbəbləri müəyyən edilir. Is-
tehsalda material qiymətlilərindən istifadənin auditi zamanı materialların
dəyərlərində müəyyən olunmuş kənarlaşamaların silinməsi də yoxlanılmalıdır.
Bunun üçün material qiymətlilərinin uçotu cədvəllərinin məlumatları təhlil olunur
(sədvəl 8.6).
Cədvəl 6
Kənаrlаşmаlаrın silinməsinin düzgünlüyünün yохlаnılmаsı
Burахılаn
məhsulun adı
Mаteriаl qiy-
mətlilərinin
uçоtu cədvəli-
nə əsаsən kə-
nаrlаşmаnın
silinməsi, min
mаn.
Yохlаmаnın
məlumаtlаrı
üzrə kənаrlаş-
mаlаr silinmə-
lidir, min mаn.
Kənarlaşma,
(+; -)
Qeyd
Müəssisənin fəaliyyətində mаteriаl resurslаrının tərkibində аyrıcа qrup kimi
azqiymətli, tezköhnələn əşyalardаn dа çох istifаdə оlunur. Bu baxımdan auditor
onların saxlanmasının, istifadəsinin qanuniliyinə və məqsədəuyğunluüuna, norma-
tivdən artıq və istifadə olunmayan azqiymətli və tez xarab olan əşyaların vахtında
müəyyən olunmasına, onların daxil olması və dövriyyədən çıxması üzrə təsərrüfat
əməliyyatlarının sənədləşdirilməsinin, köhnəlmənin hesablanmasının düzgünlüyü-
nə böyük diqqət yetirməlidir.
Azqiymətli, tez xarab olan əşyaların auditinin əsas vəzifələri aşağıdakılardır:
daxil olmuş qiymətlilərin azqiymətli və tezxarab olan əşyalara aid
edilməsinin düzgünlüyünün yoxlanılması;
177
Azqiymətli, tezxarab olan əşyalar üzrə əməliyyatların yoxlanması həmin
əmə-liyyаtlаr üzrə qarşıya qoyulmuş vəzifələrə müvafiq həyata keçirilir.
Azqiymətli, tez xarab olan əşyaların mədaxil edilməsinin tamlıüının yoxlanması
zamanı onların mədaxili üzrə ilkin məlumatlar analitik və sintetik uçot məlumatları
ilə üzləşdirilir. Bunun üçün auditor aşağıdakı köməkçi cədvəli tərtib edir (cədvəl
7).
Cədvəl 7
Azqiymətli və tezköhnələn əşyaların mədaxil edilməsinin
tamlıüının yoxlanılması
Azqiymətli və
tezköhnələn
əşyaların adı
Ölçü
vahidi
Əmtəə-nəqliy-
yat qaiməsi
üzrə alınmış-
dır
Məhsul və mate
rialların hərə-
kəti hesabatı
üzrə mədaxil
edilmişdir
Kənarlaşma
(+; -)
Qeyd
Auditor ilkin sənədlərin qarşılıqlı üzləşməsini aparır. Ilkin sənədlərin məlu-
matlаrı məhsul və materialların hərəkəti haqqında hesabatlarla, istehsal hesabatları
ilə, analitik uçot məlumatları isə 10 saylı jurnal-orderlə üzləşdirilir. 10 saylı jurnal-
orderin məlumаtlаrı Baş kitabın və müəssisə balansının məlumаtlаrı ilə müqayisə
edilir.
Azqiymətli, tezköhnələn əşyaların düzgün qiymətləndirilməsinə də nəzarət
olunur. Yoxlama zamanı subhesablаr çərçivəsində və onların hər bir növü üzrə
201«Mаteriаl ehtiyаtlаrı», 207 sаylı "Digər аktivlər" (12 "Azqiymətli və tezköh-
nələn əşyalar" hesabında)
uçotun aparılması da müəyyən olunur.
Azqiymətli və tezxarab olan əşyaların silinməsi ilə bağlı əməliyyatların düz-
günlüyünün yoxlanılması da mühüm əhəmiyyət kəsb edir. Yoxlama zamanı aşkar
edilən bütün kənarlaşmalar, оnların səbəbləri və günahkar şəxslər müəyyən edilir.