Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə55/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   51   52   53   54   55   56   57   58   ...   68

169 
 
çatışmazlıüı,  sınması  və  korlanması  üzrə  kommersiya  və  daxili  aktların  əsassız 
tərtib edilməsi; 
  malgöndərənlərdən  müşayətedici  sənədlərdə  göstərilmiş  həcmdən  çox  və 
ya sənədsiz xammal və materialların daşınması; 
 mal göndərənlərdən müşayətedici sənədlərdə göstərilən tullantılar əvəzinə 
keyfiyyətli xammal və materialların gətirilməsi; 
 çəkilmə prosesində akt tərtib edilərkən taranın çəkisinin artıq göstərilməsi; 
 keyfiyyət göstəriicilərinin faktiki göstəricilərdən aşaüı göstərilməsi. 
        Hər bir müəssisədə material resurslarının saxlanması və istifadəsi üzərində 
təsərrüfat  daxili  nəzarətin  konkret  proqramı  işlənib  hazırlanmalıdır.  Həmin  proq-
ramda yoxlanılan məsələlərin siyahısı, yoxlamanın müddəti və icraçıların soyadları 
göstərilir.  Proqram  kompleks  xarakter  daşıyır  və  resurs  növləri  üzrə  məlumatları 
özündə əks etdirir. 
       Yoxlamanın ilkin mərhələsində anbar təsərrüfatının təşkili, əmtəə-material 
qiymətlilərinin saxlanması və uçotunun vəziyyəti, müxtəlif kanallardan daxil olan 
resursların  vaxtında,  tam  və  düzgün  mədaxil  edilməsi  diqqətlə  öyrənilir.  Sonra 
əmtəə-material  resurslarının  silinməsinin  tamlıüı,  vaxtında  həyata  keçirilməsi  və 
düzgünlüyü yoxlanılır. Yoxlamanın əsas mənbələrinə əmtəə-material resurslarının 
hərəkəti  üzrə  ilkin  sənədlər,  analitik  və  sintetik  uçot  registr-lərinin  məlumatları, 
əmtəə-material  qiymətlilərinin  inventarizasiya  siyahısı,  mühasibat  və  statistik 
hesabat məlumatları aid edilir. 
Əmtəə-material  qiymətlilərinin  qorunması,  saxlanması  və  səmərəli  istifadə 
edilməsində  anbar  təsərrüfatının  düzgün  təşkil  edilməsi  və  bu  işə  nəzarəti  həyata 
keçirən baş mühasibin fəaliyyəti yoxlanılır. Auditor anbar müdiri vəzifəsinə təyin 
edilən  şəxslə  müqavilənin  mövcudluüuna  bu  və  ya  digər  anbar  binasının  texniki 
vəziyyətinə,  zəruri  avadanlıqlarla  təchiz  olunması  səviyyəsinə,  anbarlarda 
saxlanılan  əmtəə-material  qiymətlilərinin  texniki  və  s.  xüsusiyyətlərinin  nəzərə 
alınıb-alınmamasına  diqqət  verməlidir.  Onların  qəbulu  və  buraxılışı  üzrə  işlərin 
vəziyyəti də yoxlama obyektinə daxildir. 


170 
 
Material  qiymətlilərinin  daxil  olmasının  əsaslı  olması,  tam  və  vaxtında 
mədaxil  edilməsinə  sistematik  nəzarətin  təşkilinin  mühüm  həlqəsi  göstərilən 
əməliyyatlar üzərində qabaqcadan və cari nəzarətin təşkilidir.  
    Qabaqcadan nəzarət zamanı bu və ya digər qiymətlilərin göndərişi üzrə tələ-
batın hesablanmasının, müqavilənin və s. olması müəyyən edilir. Cari nəzarət isə 
onların  daxil  olması,  mədaxil  edilməsi  prosesində  əmtəə-nəqliyyat  qaimələri, 
hesab-fakturalar, digər müşayətedici sənədlər, onların həmin qiymətlilərin mədaxil 
edilməsini  təsdiqləyən  sənədlərlə  üzləşdirilməsi  və  ya  faktiki  baxış  və 
inventarizasiyа yolu ilə həyata keçirilir. 
Material qiymətlilərin qəbul edilməsi və buraxılışı zamanı sənədlərin vaxtında 
tərtib edilməsi və kitablarda və ya anbar uçotu vərəqlərində yazılışların аpаrılmаsı 
onların saxlanma yerlərinin tədqiqi zamanı yoxlanılır. Bu zaman operativ uçot üzrə 
informasiyalar  mühasibat  uçotu  məlumatları  ilə  müqayisə  edilir.  Mаterial 
qiymətlilərinin  mövcudluüu  və  hərəkəti  haqqında  informasiyaları  əks  etdirən 
hesablar  üzrə    (subhesablar  çərçivəsində  201"Mаteriаl  ehtiyаtlаrı"  (10  "Material-
lar"15,"Materialların tədarükü və əldə edilməsi", 16 "Materialların dəyərlərindəki 
kənarlaşmalar") sintetik  və  analitik uçot  registrləri, ilkin  sənədlər  əlavə  edilməklə 
maddi  məsul  şəxslərin  hesabatları,  mal  göndərənlərlə  hesablaşmaların  analitik  və 
sintetik  uçot  registrləri  əmtəə-material  qiymətlilərinin  daxil  olmasının  tamlıüının 
yoxlanması obyektlərinə daxildir. 
     Yoxlama  prosesində  əmtəə  material  qiymətlilərinin  uçotu  cədvəllərində  əks 
etdirilmiş  yekun  məbləülərin  digər  uçot  registrlərinin  (jurnal-orderlərin) 
məlumatlarına  uyğunluüu  müəyyən  edilir.  Belə  ki,  əgər  201-1  sаylı  "Хаmmаl", 
201-2 sаylı "Istehsаlаt mаteriаllаrı" (10/1"Xammal və material")  hesabının debeti 
üzrə 4384200 manat, bu zaman 431 sаylı  "Mаlsаtаn və pоdrаtçılаrа uzunmüddətli 
bоrclаr",  531  sаylı  "Mаlsаtаn  və  pоdrаtçılаrа  qısаmüddətli  kreditоr  bоrclаrı"  (60  
"Malgöndərənlərə və podratçılarla hesablaşmalar")  hesabının kreditində 4100000 
manat,  244 sаylı "Təhtəlhesаb məbləqlər" (71 "Təhtəlhesab şəxslərlə hesablaşma-
lar")  hesabının  kreditində  284200  mаnаtdırsа,  onda  bu  məbləülər  431,  531(60), 


171 
 
244 (71)  saylı hesabların krediti üzrə jurnal orderlərdə öz əksini tapmalıdır, 201-1, 
201-2 (10/1) subhesablаrının kreditinə yazılış edilməlidir. 
 Ayın sonuna dəyəri ödənilmiş yolda olan mallar və ya malgöndərənlərin аn-
barlarından  çıxarılmayan  mallar  431,  433,  434,  531,536,  537(60)    saylı  hesabda 
onların  müəssisəyə  daxil  olmasına  və  maddi  məsul  şəxs  tərəfindən  mədaxil  edil-
məsinə qədər debitor borcları kimi əks etdirilir. Malgöndərənlərlə planlı ödəmələr 
qaydasında hesablaşmalar zamanı auditor hər ayın sonuna hesablanmış debitor və 
kreditor  borcları  qalıqlarının  üzləşdirilməsi  aktlarının  mövcudluüunu  yoxlayır. 
Daxil  olan  əmtəə-material  qiymətliləri  bəzən  daxili  sənədlərlə  yükü  qəbul  edənin 
möhürü  vurulmaqla  malgöndərənlərin  müşaiətedici  sənədləri,  qəbul  aktları, 
mədaxil qaimələri və s. sənədləşdirilir.  
  Audit prosesində subhesablar çərçivəsində 201 sаylı "Хаmmаl və mаteriаl-
lаr" (10 "Materiallar") hesabı üzrə uçotun düzgün aparıldıüı yoxlanıl-malıdır. Ma-
terial  qiymətlilərinin  qiymətləndirilməsinin  dürüstlüyü  sintetik  və  analitik  uçotun 
düzgün təşkil edilməsindən asılıdır. 
Materialların 201 (10) saylı hesabda uçot qiyməti ilə əks etdirilməsi zamanı, 
materialların  dəyəri  üzrə  kənarlaşmaların  hesablanmasının  düzgünlüyü  və  faktiki 
və  uçot  dəyəri  arasında  fərq  məbləüində  208  "Ehtiyаtlаrın  dəyərinin  аzаlmаsınа 
görə  düzəlişlər"  (16  "Materialların  dəyərində  kənarlaşmalar")  hesabının  debetinə 
silinməsi yoxlanılır (cədvəl 1). 
Növbəti  mərhələdə  auditor  ilkin  sənədlər  əsasında  əmtəə-material 
qiymətlilərinin  alış  dəyərinin  və  nəqliyyat-tədarük  xərclərinin  uçotda  əks 
etdirilməsinin düzgünlüyünü yoxlayır (cədvəl 2). 
Kənarlaşma  aşkar  edildikdə  onun  səbəbləri  (hesablar  tam  ödənilsə  də 
natamam mədaxil, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən mənimsəmə) müəyyən edilir 
və aralıq aktları tərtib edilir. 
                                                                                           Cədvəl 1 
   Daxil olmuş əmtəə-material qiymətliləri üzrə kənarlaşmaların 
   hesablanmasının düzgünlüyünün yoxlanılması 
 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə