Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə54/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   50   51   52   53   54   55   56   57   ...   68

166 
 
lazım olmayan və artıq materialların mövcud qaydaya müvafiq satışı üçün vaxtında 
aşkar edilməsi materialların uçotunun əsas vəzifələrini təşkil edir. Bu vəzifələrdən 
çıxış edərək auditor aşağıdakıları yoxlamalıdır: 
  müəssisənin  balansında  əmtəə  material  dəyərlərinin  qiymətləndirilməsi-
nin  düzgünlüyü;  qruplar  –  xammal,  əsas  və  köməkçi  materiallar,  yanacaq, 
yarımfabrikatlar  və  alınmış  komplektləşdiricilər,  ehtiyat  hissələri,  tara  və  digər 
material  resursları  üzrə  qruplaşdırmanın  düzgünlüyü.  Əmtəə-material  dəyərləri 
uçotda  və  hesabatda  (mühasibatlıqda  və  anbarda)  faktiki  maya  dəyəri  ilə  əks 
etdirilir.  Istehsala  silinən  material  resurslarının  faktiki  maya  dəyəri  üç  variantın 
birindən  istifadə  etməklə  müəyyən  edilə  bilər:  orta  çəki  maya  dəyəri  üzrə,  ilkin 
alınmış  partiyanın  maya  dəyəri  üzrə  (FIFO),  son  partiyanın  maya  dəyəri  üzrə 
(LIFO).  
      Kütləvi və seriyalı istehsalda bitməmiş istehsalat normativ maya dəyəri ilə, 
müstəqim xərc maddələri üzrə və ya materialların, xammalın və yarımfabrikatların 
məcmu  maya dəyəri ilə əks oluna bilər. Hazır məhsul balansda istehsalda istifadə 
olunmuş  əsas  vəsaitlərdən,  xammaldan,  materiallardan,  yanacaqdan,  enerjidən, 
əmək resurslarından istifadə ilə bağlı xərcləri və məhsul istehsalına digər xərcləri 
əks  etdirən  faktiki  (normativ)  maya  dəyəri  üzrə  və  ya  müstəqim  xərc  maddələri 
üzrə əks etdirilir.  
Ticarət,  təchizat  və  satış  müəssisələrində  mallar  pərakəndə  (satış) 
qiymətlərlə  və  ya  alış  dəyəri  ilə  əks  etdirilir.  Malların  pərakəndə  qiymətlər  uçotu 
zamanı  mallar  daxil  olduqda  yenidən  qiymətləndirmə  aktı  tərtib  edilir  və  fərq 
(qiymət artımı, qiymətin aşaüı düşməsi) 603 sаylı "Verilmiş güzəştlər" (42 "Ticаrət 
əlаvəsi (güzəşti) " hesabda uçota alınır.  
Müxtəlif  mərhələlərdə  əmtəə  material  dəyərlərinin  qiymətlən-dırilməsi 
metodları müəssisədə qəbul edilmiş uçot siyasətində əks olunmalıdır. 
  əmtəə  material  dəyərlərinin  daxil  olması,  daxili  yerləşdırilməsi  və 
buraxılışı üzrə ilkin sənədlərin (təsdiq edilmiş formada) tətbıqınin düzgünlüyü; 
  anbar  təsərrüfatının  təşkil  olunmasının  düzgünlüyü  (ixtisaslaşmış 
anbarların  mövcudluüu,  materialların  saxlanması  üçün  anbar  binasının,  rəflərin, 


167 
 
şkafların və yeşiklərin qurulması, hər bir material növünə onun adı, nomenklatura 
nömrəsi, markası, ölçüsü, ölçü vahidi və s. qeyd olunan yаrlıqın yazılması); 
Asan  аlışan  və  partlayıcı  materiallar  digər  anbarlardan  təcrid  olunmuş, 
yanüın  əleyhinə  avadanlıqlar  təchiz  edilmiş  xüsusi  binalarda  saxlanılmalıdır. 
Açıqda saxlanması nəzərdə tutulan materiallar (kərpic, qum, metalloprokat, taxta-
şalban  materialları  və  s.) bu  məqsəd üçün  ayrılmış  xüsusi  meydançada  (atmosfer 
yaüıntılarından  qorunmaq  üçün)  saxlanılmalıdır.  Bütün  anbarlar  zəruri  çəki  ölçü 
cihazları,  ölçü  taraları  və  digər  bu  tip  vasitələrlə  təmin  olunmalı  və  onların 
dəqiqliyi vaxtaşırı yoxlanılmalıdır.  
  anbardan  material  buraxılışı  sənədlərini  imzalamaq  hüququna  malik 
şəxslər haqqında müəssisədə əmrin mövcudluüu
 maddi məsul şəxslərin təyin olunması ilə əlaqədar sərəncamın və maddi 
məsuliyyət haqqında müqavilənin mövcudluüu; 
  istehsal-texniki  xarakterli  məhsulların  miqdar  və  keyfiyyət  üzrə  qəbul 
edilməsi və onun qəbul qaydası haqqında təlimatın tələblərinə uyğunluüu; 
 materialların tədarükünün, fakturasız göndərmələrin və yolda olan əmtəə-
material dəyərlərinin uçotunun düzgünlüyü; 
  kommersiya  aktlarının  tərtib  edilməsi,  həmin  aktlar  üzrə  iddiaların 
verilməsi; 
 materialların daxil edilməsi, sərfi, daxili yerdəyişməsi üzrə sənədlərin tər-
tib edilməsinin, mühasibatlıqda onların uçotunun düzgünlüyü; 
 materialların satışı üzrə əməliyyatların əks etdirilməsinin düzgünlüyü; 
 ilkin və hesablama sənədlərində ƏDV-nin ayrıca qeyd olunması; 
  materialların  xarab  olması  və  ya  çatışmazlıüı  hallarında  onların 
silinməsinin  düzgünlüyü,  günahkar  şəxslərdən  onların  dəyərinin  tutulması  üçün 
(əgər günahkar müəyyən edilərsə) tədbirlərin görülməsi
  müəssisədə  əmtəə-material  dəyərlərinin  inventarizasiyasının  aparılması, 
onun nəticələrinin sənədləşdirilməsi və uçotda əks etdirilməsi; 
  taralarla  əməliyyatların  uçotda  əks  etdirilməsinin  düzgünlüyü.  Əmtəə-
material  dəyərlərinin  daima  anbarda  saxlanması  üçün  və  ya  istehsalın  texnoloji 


168 
 
proseslərini  həyata  keçirmək  üçün  nəzərdə  tutulmuş  tara  dəyərindən,  xidmət 
müddətindən və qəbul edilmiş uçot siyasətindən asılı olaraq əsas vəsaitlərin və ya 
azqiymətli  tezköhnələn  əşyaların  tərkibində  uçota  alına  bilər.  Məhsulun 
qablaşdırılması  və  daşınması  üçün  nəzərdə  tutulan  taralar  201-3  sаylı 
"Qаblаşdırmа mаteriаllаrı" (10- 4 "Tаrа və tаrа mаteriаllаrı") subhesabında uçota 
alınır. Bu məqsədlə istifadə olunan taraların dəyəri məhsulun buraxılış qiymətinə 
daxil edilmişdirsə, onda onun dəyəri silinməklə istehsal maya dəyərinə daxil edilir. 
Sintetik uçotda tara faktiki maya dəyəri ilə əks etdirilir
  açıq  saxlanmada  olan  tikinti  materiallarının  uçotunun  aparılmasının 
düzgünlüyü; 
  istehsal  ehtiyatlarının  uçotu  ilə  əlaqədar  əməliyyatların  əks  etdirilməsi 
üzrə mühasibat yazılışlarının düzgünlüyü. 
Müəssisədə  istehsal ehtiyatlarının  saxlanılmasının təmin  olunması  məsələsi 
nəzərdən keçirilərkən nəzərdə saxlamaq lazımdır ki, istehsalda və anbarlarda uçota 
alınmayan  xammal  və  materiallar  artıqlıüının  yaradılmasında  məqsəd  onlardan 
uçota  alınmamış  məhsul  istehsal  etmək,  eləcə  də  əvvəllər  aşkar  edilmiş,  o 
cümlədən  əmtəəsiz  sənədlər  üzrə  xammal  və  materialların  mədaxil  edilməsindən 
irəli gələn çatışmazlıqları örtməkdir.  
Xammal  və  materiallar  üzrə  artıqlıq  onların  hərəkətinin  müxtəlif 
mərhələlərində (anbara təhvil verilməsi, saxlanması, istehsala buraxılışı, məhsulun 
hazırlanmasına  silinməsi  və  b.)  yаrаnır.  Bu  zаmаn  aşağıdakı  üsullardan  istifadə 
olunur: 
  xammal  və  materialların  istehsala  uçota  alınmış  məhsul  buraxılışına  sərf 
оlunmаsı  faktı  üzrə  deyil,  tələbat  norması  əsasında  (həmin  norma  artırıla  bilər) 
silinməsi; 
 məhsul buraxılışının texniki şərtlərinin pozulması; 
 xammal və materialların əsassız olaraq artırılmış miqdarda itkiyə silinməsi; 
  əmtəə-material  dəyərlərinin  anbarlarda,  bazalarda,  dəmir  yolu 
stansiyalarındа  qəbulu,  yüklənməsi,  daşınması  və  boşaldılması  zamanı 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə