Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə51/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   47   48   49   50   51   52   53   54   ...   68

157 
 
 qurtarmış tikinti obyektlərinin inventar dəyərinin düzgün müəyyən edilməsi; 
  əsas  vəsaitlərin  inventar  dəyərini  formalaşdıran  xərclərin  və  əsas  vəsaitin 
dəyərini artırmayan vəsaitlərin ayrıca uçоtunun aparılması; 
Əsas vəsaitin dəyərini artırmayan xərclər işlərin və yа əməliyyаtlаrın tаm bаşа 
çаtmаsı üzrə nəzərdə tutulmuş mаliyyələşmə mənbələri hesаbınа - 103 sаylı “Qeyri 
mаteriаl  аktivlərüzrə  хərclərin  kаpitаllаşdırılmаsı”,  113  sаylı  «Tоrpаq,  tikili  və  
аvаdаnlıqlаrlа bаülı məsrəflərin kаpitаllаşdırılmаsı» hesаbınа silinir. Əsas vəsaitin 
dəyərini artırmayan xərclərə aşağıdakılar daxildir: 
 tikintinin dəyərinin icmal smeta hesablamalarında nəzərdə tutulmuş xərclər
  yeni  yaradılan  müəssisənin  əsas  fəaliyyəti  üçün  istismar  üzrə  kadrların 
hazırlanması üzrə xərclər; 
  perspektiv  xarakterli  xərclər:  obyektin  tikintisi  ilə  əlaqədar  geoloji-
kəşfiyyat, axtarış və s. bağlı xərclər; 
  torpaq  sahəsinin  tikintinin  aparılması  üçün  verildikdə  sökülmüş  tikilinin 
dəyərinin ödənilməsi ilə bağlı xərclər; 
  tikintinin  dəyərinin  hesablanması  zamanı  məcmu  smeta  hesablamalarında 
nəzərdə tutulmayan xərclər; 
 başa zatmamış tikinti obyekti üzrə tikinti təşkilatının xərcləri, eləcə də digər 
müəssisə tərəfindən əvəzsiz verilən digər material qiymətlilərinin dəyəri; 
  tikinti  üçün  bank  kredit  üzrə  AR  MB  tərəfindən  müəyyən  edilmiş  uçоt 
dərəcəsindən yuxarı faizlərin ödənilməsi xərcləri;  
  əsas  tikinti  vasitələri  üzrə  təbii  fəlakətdən  başa  çatmamış  binaların  və 
tikililərin sökülməsindən zərər.  
 tikintinin konservasiyasına xərclər; 
 dayandırılmış tikinti obyektlərinin sökülməsi və qorunması xərcləri; 
  maliyyə-təsərrüfat  fəaliyyətinin  pozulmasına  görə  faizlərin,  cərimələrin  və 
dəbbələmələrin ödənilməsi ilə əlaqədar xərclər; 
 əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və onun nəticələrinin uçоtda əks 
etdirilməsi.  
 


158 
 
         
3. Əsas vəsaitlərin daxil olması və dövriyyədən çıxması üzrə     
              əməliyyatların auditi 
 
         Əsas  vəsaitlərin  daxil  olması  üzrə  ilkin  sənədlər,  texniki  pasportlar,  əsas 
vəsaitlərin  uçоtu  üzrə  vərəqələrdə  obyektlərin  xarakteristikasını  əks  etdirən 
yazılışlar  əsasında  auditor  əsas  vəsaitlərin  təsnifləşdirilməsinin  düzgünlüyünü 
yoxlayır.  Belə  ki,  amortizasiya  şifrinin  müəyyən  edilməsində  buraxılan  səhv 
kühnəlmə  məbləüinin  səhv  hesablanmasına  və  düzgün  olmayaraq  məhsulun  (işin, 
xidmətin) maya dəyərində əks etdirilməsinə səbəb olacaqdır.  
     
 Əsas  vəsaitlərin  daxil  olması  üzrə  əməliyyatların  yoxlanması  zamanı 
tikintilərin  və  ya  onların  əldə  edilməsinin  qanuniliyi  və  məqsədəuyğunluüu 
vaxtında  və  düzgün  rəsmiləşdirilməsi,  əsas  vəsaitlərin  qiymətləndirilməsinin 
düzgünlüyü  müəyyən  edilir.  əsas  vasitələrin  daxil  olmasının  qanuniliyi  mədaxil 
edilmiş  obyektlərin  tikinti üzrə titul  vərəqəsinə  nəzərdə tutulmuş  siyahı ilə  və  ya 
texnika  və  avadanlıqların  alınması  üzrə  sifarişlə  müqayisə  edilməklə  müəyyən 
olunur. Bu zaman auditor aşağıdakı formada köməkçi cədvəl tərtib edir (cədvəl 1). 
                                                                                                        Cədvəl 1 
                       əsas vəsaitlərin mədахil edilməsinin  qanuniliyinin yoxlanması  
Əsas vəsait  
obyektlərinin  
adı 
 
 Uçot üzrə əsas  
vəsait mədaxil 
edilmişdir 
 
Titul siyahısında və аlış 
sifarişində nəzərdə  
tutulmuşdur 
 
Kənarlaşma (+; -) 
 
miqdar 
  məbləq 
  miqdar 
  məbləq 
  miqdar 
  məbləq 
 
 
 
 
 
 
 
 
        Əgər kənarlaşma aşkar edilərsə, onun səbəbləri, nəticələri və bunda təqsiri 
olan  vəzifəli  şəxslər  müəyyən  edilməlidir.  əsas  vəsaitlərin  daxil  olması  və 
dövriyyədən çıxması imkan daxilində başdan başa qaydada yoxlanılır. Daxil оlаn 
əsаs    vəsait  obyektinin  layihə-smeta  sənədlərinə  uyğunluüu  da  yoxlanılmalıdır. 
Bunun  üçün  əsas  vəsaitlərin  təhvil-təslim  aktlarının  məlumatlarını  layihə-smeta 
sənədləri  ilə  və  103  sаylı  “Qeyri  mаteriаl  аktivlər  üzrə  хərclərin 
kаpitаllаşdırılmаsı”, 113 sаylı «Tоrpаq, tikili və  аvаdаnlıqlаrlа bаülı məsrəflərin 


159 
 
kаpitаllаşdırılmаsı»  hesabı  üzrə  analitik  uçot  registrlərindəki  yazılışlarla 
üzləşdirmək lazımdır (cədvəl 2). 
                                                                                                                      Cədvəl 2 
     Mədахil edilmiş əsas vəsait оbyektlərinin lаhiyə-smetа sənədlərinə  
                    uyğunluüunun yoxlanılması 
 
Əsas vəsait  
obyektlə- 
rinin adı 
Əsas vəsaitlərin  
təhvil-təslim 
aktlarının  
məlumatları 
 
Layihə-smeta  
sənədlərinin  
məlumatları 
 
103 sаylı “Qeyri 
mаteriаl аktivlər 
üzrə хərclərin kа-
pitаllаşdırılmаsı”, 
113 sаylı “Tоrpаq, 
tikili və  аvаdаn-
lıqlаrlа
 
bаülı 
məsrəflərin kаpi-
tаllаşdırılmаsı” (08 
“Kаpitаl qоyuluş-
lаrı”) hesаbı üzrə  
analitik məlumat-
lar 
 
 
Kənarlaşma (+; 
-) 
 
miqdar 
məbləü 
miqdar 
məbləü 
miqdar 
məbləü 
miqdar 
məb
ləü 
 
 
 
 
 
 
 
 
 
 
Eyni zаmаndа dахil оlmuş əsаs vəsаitlərin vахtındа mədахil edilməsi və hə-
min  əməliyyаtlаrın  mühasibat  uçоtundа  əks  etdirilməsinin  düzgünlüyü  yохlаnıl-
mаlıdır. Bunun üçün ilkin sənədlərdə göstərilən tarixləri həmin  əməliyyatlаrın 13 
saylı jurnal-orderdə əks olunması tarixləri ilə müqayisə etmək lazımdır (cədvəl 3). 
                                                                                                          Cədvəl 3 
         əsas vəsaitlərin vaxtında mədахil edilməsinin yохlаnılmаsı 
Əsas vəsaitlərin  
adı 
 
Əmtə-ənəqliyyat  
qaiməsi üzrə 
daxil olma tarixi 
 
Əsas vəsaitlərin  
təhvil-təslim 
aktının tərtib  
olunması tarixi 
 
Mühasibat uçotu  
registrlərində 
əsas vəsaitlərin  
mədaxil olunma- 
sı tarixi 
 
 
Kənarlşma (+; -) 
 
 
 
 
 
 
 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə