Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə49/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   45   46   47   48   49   50   51   52   ...   68

151 
 
Verilmiş borclar 181, 182, 183, 151, 152, 321 sаylı hesablаrın debitində 223 
“Bаnk hesablaşma hesablаrı” hesаbının, yaxud digər müvafiq hesabların kreditində 
əks etdirilir. Borc qaytarılan zaman bu əməliyyat 223 “Bаnk hesablaşma hesablаrı” 
hesаbının  debitində,  181,  182,  183,  151,  152,  321    hesabının  kreditində  əks 
etdirilir. 
Uzunmüddətli  investisiya  qoyuluşlarının  auditi  aparılan  analitik  uçоt 
məlumatların  sintetik  hesabın  məlumatları  ilə  üzləşdirilməlidir.  Çünki,  
uzunmüddətli investisiya qoyuluşlarının analitik uçоtu onların hər bir obyekti üzrə 
ayrılıqda  aparılmalıdır.  Analitik  uçоtun  aparılması  uzunmüddətli  investisiya 
qoyuluşlarının 
növündən, 
onların 
qoyulduüu 
obyektlarin 
spesifik 
xüsusiyyətlərindən asılıdır. Analitik uçоtun bu formada aparılması ölkə daxilində 
və xaricdə olan dövlətlərə buraxılmış  uzunmüddətli investisiya qoyuluşları barədə 
ətraflı məlumat almaq üçün çох əhəmiyyətlidir. 
Əsas vəsaitlərə qoyulmuş investisiyaların auditi zamanı auditor aşağıdakılara 
ciddi fikir verməlidir. 
3.
 
Tikintisi  başa  çatmış  obyektlərin  qəbulu  qaydalarına  əməl 
edilməsinə, onların vaxtında müəssisənin balansına daxil edilməsinin və 
obyektlərin dəyərinin düzgün müəyyən edilməsinin auditi.  
Başa  çаtmış  tikintiyə  bütün  tikinti  –  quraşdırma  işləri,  avadanlıqların 
quraşdırılması  üzrə  işlər  tamamilə  başa  çаtan,  müəyyən  edilmiş  qəbul  aktı  ilə 
rəsmiləşdirilən  və  təsdiq  edilən,  istismara  qəbul  edilmiş  obyektlər  aiddir. 
Obyektlərin  qəbul  edilib  istismara  verilən  zaman  tərtib  edilmiş  qəbul  –  təhvil 
aktları nəzərdən keçirilib, layihə - smeta sənədlərinə uyğunluüu yoxlanılmalıdır. 
Tikintisi başa çаtmış obyektlarin istismara qəbul komissiya tərəfindən tərtib 
edilmiş ƏT – 14 və ƏT – 16 saylı aktlarla rəsmiləşdirilir. ƏT – 14 akt Ət – 15 saylı 
forma  üzrə  tərtib  edilmiş  binaların  qurüuların  siyahısı  onların  inventor  dəyərini 
göstərməklə əlavə edilir. 
2. Avadanlıüın quraşdırılması və onların tikintisinə xərclərin uçоtu. 
3. Əsaslı vəsaitlərin dəyərini artırmayan xərclərin silinməsi. 
4. Alınmış və quraşdırılmaüa verilən avadanlıüa çəkilən xərclərin uçоtu. 


152 
 
5. Quraşdırılması tələb olunmayan avadanlıüın uçоtu. 
6. Sair kapital qoyuluşun xərclərinin uçоtu. 
7. Əsas əvsaitlərin, torpaq sahəsinin, qeyri – maddi aktivlərin olunması üzrə 
xərclərin uçоtu. 
8. Başa çаtmış tikinti obyektinin inventar qiymətinin düzgün təyin edilməsi. 
Başa  çаtmış  bina  və  qurüuların  tikintisi  üzrə  inventar  dəyəri  onların 
tikintisinə  çəkilən  xərclərdən  və  sair  kapital  qoyuluşdan  ibarət  olur.  Sair  kapita 
xərcləri  obyektlarin  inventar  dəyərinə  birbaşa  aid  edilir.  Əgər  onlar  bir  nezə 
obyrktə  aiddirsə,  onda  həmin  obyektlərə  çəkilən  xərclər  mütənasib  olaraq 
bölüşdürülə  bilər.  Əgər  obyekt  hissə  -  hissə  təhvil  verilərsə,  onda  sair  kapital 
xərcləri təhvil verilən xərclərin inventar qiymətiə tikinti xərclərindəki payına görə 
daxil edilir. Tikinti başa çаtdıqdan sonra tikintinin inventar qiymətində sair kapital 
xərclərinin obyrkt üzrə ümumi məbləüi yenidən hesablanıb dəqiqləşdirilir. 
Quraşdırılması  tələb  olunan  avadanlıqların  inventar  qiyməti  avadanlıüın 
alınmasına  çəkilən  xərclərdən,  tikinti  –  quraşdırma  işlərinə  çəkilən  xərclərdən, 
istismara  buraxılması  ilə  əlaqədar  birbaşa  dəyərinə  əlavə  edilən  sair  kapital 
xərclərindən ibarətdir. 
Əgər  tikinti – quraşdırma məsrəfləri, həmzinin sair kapital xərcləri bir neçə 
avadanlıüa  aiddirsə,  onda  malgündərənlərdən  alınan  qiymətə  görə  alınmış 
itnentarın dəyərinə münasib olaraq bölünərək əlavə edilir. 
Istismara  buraxılmış  quraşdırılması  tələb  olunmayan  avadanlıüın  inventar 
qiyməti,  əsasən  malgündərənlərdən  alındıüı  qiymətin  üstünə  onun  daşınma, 
yüklənmə, boşaldılma və istifadəyə verilmə üzrə çəkilən xərclər də əlavə edilir. 
Auditor  istismara  buraxılmış  avadanlıüın,  inventarın  və  alətlərin  inventar 
qiymətinin  113  hesabından  silinməsi  üçün  adları  çəkilənlərin  daxil  olduüu 
obyektlərin qanuni istismara buraxılması barədə sənədlərin olmasını yoxlamalıdır. 
Qeyd  etmək  lazımdır  ki,  obyekt  istismara  verilən  zaman  qəbul-təhvil  aktı 
tərtib  edildikdən  və  istismara  qəbul  edildikdən  sonra  avadanlıqlar,  alətlər, 
inventarlar,  azqiynətli  və  tezköhnələr  əşyalar  və  s.  birbaşa  obyektin  inventar 
qiymətinə əlavə edilir. 


153 
 
Auditor  uzunmüddətli  investisiya  qoyuluşlarının  auditini  apararkən  dövlət 
istiqrazlarına,  səhmlərə,  qiymətli  kaüızlara,  əsas  vəsaitlərə  qoyulan  vəsaitlərin 
uçоtuna  ciddi  fikir  verməlidir.  Bu  baxımdan,  mühasibat  uçоtunda  uzunmüddətli 
investisiya  qoyuluşlarının  analitik  və  sintetik  uçоtunun  düzgün  aparılması 
yoxlanılmalıdır.  Analitik  uçоt  sintetik  uçоtla  üzləşdirilərkən  kənarlaşmalar 
kənarlaşmalar  aşkar  edildikdə  auditor  tərəfindən  bunun  səbəbi  aydınlaşdırılmalı, 
onun aradan qaldırılması üçün tədbirlər görülməlidir. 
Auditor uzunmüddətli investisiya qoyuluşları üzrə mühasibat müхаbirləşmə-
lərinin  mühasibat  uçоtunun  hesablar  planına  uyğunluüunu    araşdırılmalı, 
müхаbirləşmələr zamanı buraxılan səhvləri aradan qaldırmalıdır. 
Aparılan  auditin  son  mərhələsi  uzunmüddətli  investisiya  qoyuluşlarının 
sintetik uçоtunun Baş kitabda düzgün əks etdirilməsinin yoxlanmasından və onun 
analitik uçоtla üzləşdirilməsindən ibarətdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə