Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə45/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   41   42   43   44   45   46   47   48   ...   68

138 
 

 
kreditə  görə  faizlərin  maya  dəyərinə  aid  edilməsinin  (MB-ın  dərəcələri 
həddində)  və  ya  xalis  mənfəətə  hesabına  ödənilməsinin  düzgünlüyü.  Vaxtı  ötmüş 
və  dövriyyə  aktivlərinin  tamamlanması  və  əsas  vəsaitlərin  və  qeyri-maddi 
aktivlərin  əldə  edilməsi  üçün  alınmış  ssudalar  üzrə  faizlərin  ödənilməsi  üzrə 
xərclər xalis mənfəət hesabına aid edilir.  

 
işçilərin fərdi mənzil tikintisi üçün və kreditə satılmış mallara görə ticarət 
təşkilatları ilə hesablaşmalar üçün verilən ssudaların qanuniliyi və əsaslı olması; 

 
digər  müəssisələrdən  ssudaların  alınması  və  ödənilməsinin  qanuniliyi  və 
əsaslı olması. Alınmış ssudalara görə faizlərin ödənilməsi üzrə xərclərin silinməsi-
nin düzgünlüyü; 

 
501 (90), 401 (92), 402, 502 (93), 503, 504, 505(94) və 403, 404, 405 (95) 
saylı  hesablar  üzrə  sintetik  və  analitik  uçоtun  aparılmasının  düzgünlüyü  və  baş 
kitabda, balansda və mühasibat hesabatı formalarındakı yazılışlara uyğunluüu.  
Yoxlamanın  ilkin  mərhələsində  auditor  yoxlanılan  müəssisənin  hаnsı 
bankdan  və  hansı  ssudanı  aldıüını  müəyyən  etməlidir.  Yoxlanılan  müəssisə 
tərəfindən  kreditləşmə  qaydasının  pozulması  və  buna  görə  sanksiyaların  tətbiq 
olunması ilə bağlı bankdan informasıya əldə etmək məqsədəuyğundur.  
Kredit naüdsız hesablaşma fоrmаsındа kredit müqaviləsinə ciddi uyğun olaraq 
mаlgöndаrаnlərin аkseptləşdirilmiş hesаblаşmа sənədlərinin və ya faktiki yüklənmiş 
material-qiymətlilərinə,  görülmüş  işlərə  və  göstərilmiş  xidmətlərə  görə  borclunun 
sənədlərinin  ödənilməsi  üçün  verilir.  Auditor  kredit  hesabına  əmtəə-material 
qiymətlilərinin  və  xidmətlərin  qabaqcadan  ödənilməsi,  təsərrüfatsızlıq  və  zərərlərin 
ödənilməsi,  qiymətli  kaüızların  və  xarici  valyutaların  alınması,  borclu  tərəfindən 
əvvəl alınmış kreditlərin və həmin kreditlər üzrə faizlərin ödənilməsi hallarının olub-
olmamasına diqqət verməlidir. 
Auditor  kreditlərdən  istifadəyə  görə  faizlərin  hesablanmasının  düzgünlü-
yünü  yoxlayarkən  Vergilər  Nazirliyinin  təlimatını  əsas  götürməlidir.  Belə  ki, 
həmin  təlimata  görə  qısamüddətli  kreditlər  üzrə  faiz  məbləüləri  maya  dəyərinə 
daxil  edilir  və  "Digər  xərclər"  elementinə  aid  edilir.  Faiz  dərəcələrinin  ilkin 
səviyyədən artdıqda artım məbləüi mənfəət hesabına örtülür. 


139 
 
Ödənilmə  vaxtı  ötmüş  ssudalar  üzrə  ödəmələr  də  344  sаylı  "Elаn  edilmiş 
dividentlər",  901  sаylı  "Cаri  mənfəət  vergisi  üzrə  хərclər",  902  sаylı  "Təхirə 
sаlınmış  mənfəət  vergisi  üzrə  хərclər"  (81  "Mənfəətin  istifadəsi")"  hesabına  aid 
edilir.  Auditor  alınmış  kreditlər  üzrə  faizlərin  uçotunun  hansı  variantlar  üzrə 
aparılmasını müəyyən etməlidir: alınmış kreditlər üzrə faizlər onlar ödəndikcə əks 
etdirilir və ya kreditlər üzrə faizlər onların hesablanması həcmində əks etdirilir. 
Ikinci  qaydanın tətbiqinə üstünlük verilir,  çünki  bu  halda  faizin  məhz  hara 
köçürülməsinə  dərhal  nəzarət  etmək  mümkündür.  Bu  üsulun  tətbiqi  zamanı 
faizlərin əks etdirilməsi ayrı-ayrı analitik hesablarda göstərilir. 
Kredit müqaviləsi ilə müəyyən edilmiş vaxtda ödənilməmiş kredit və faizlər 
xüsusi  qaydada  501(90)  və  401  (92)  saylı  hesablarda  uçota  alınmalıdır.  Ayrıca 
"Ödənilmə vaxtı keçniş kreditlər" subhesabları açıla bilər. 
Kreditin ödənilməsi üçün real təminat olduqda və obyektiv səbəblərdən onun 
ödənilməsi  gecikdirilmişdirsə,  bank  istisna  hal  kimi  borclunun  xahişi  ilə  kredit 
müqaviləsinə əlavə  razılaşma  baülamaqla  ödəmə  müddətini  artıra bilər. Bu  halda 
borc ayrıca ssuda heabına aid edilir və artırılmış faiz dərəcəsi ilə tutulur. 
 
8.
 
Ixrac-idxal əməliyyatlarının auditi 
 
Müəssisədə  bütün  ixrac-idxal  əməliyyatları  kontraktlar  əsasında  tərtib 
edilməlidir.  Həmin  kontraktlarda  aşağıdakı  bölmələr  mütləq  göstərilir:  kontraktın 
predmeti; ödəmə şərti; malın qablaşdırılması və markalanması; iddiaların şərtləri; 
cərimə  sanksiyaları  və  zərərin  ödənilməsi  qaydası;  sıüorta;  arbitraj;  kontraktın 
digər şərtləri; tərəflərin xarakteristikası və ünvanları. 
Ixracat  məhsullarının  istehsalı  və  satışı  üzrə  əməliyyatları  yoxlayarkən 
nəzərə almaq lazımdır ki, həmin məhsul 204 (40)  saylı "Hazır məhsul" hesabının 
"Ixracat  məhsulları"  subhesabında  uçota  alınır.  Bunun  üçün  auditor  həmin 
subhesab  üzrə  yazılışları  diqqətlə  nəzərdən  keçirir.  Satış  qiyməti  kontrakt  üzrə 
müəyyən edilir. 
Ixrac  əməliyyatlarını  yoxlayarkən  aşağıdakı  informasiyalardan  istifadə 
оlunur:  kontraktlar;  gömrük  bəyannamələri;  spesifikasiyalar,  dublikatlar  və  ya 


140 
 
dəmiryolu  yük  daşımaları  qəbzləri  əlavə  olunmaqla  malgöndərənlərin  hesab 
fakturaları, malların limana və ya anbara daxil olmasını təsdiq edən qəbul aktları; 
xarici alıcıların hesabları; malların çatışmazlıüı, artıq gəlmə və ya korlanmasını əks 
etdirən kommersiya və digər aktlar; xarici ekspeditorların qəbul aktları. 
Auditor  ixrac  əməliyyatlarının  nəticələrinin  müəyyən  edilməsinin  düzgün-
lüyünü  yoxlamalıdır.  Həmin  nəticə  kontrakt  qiyməti  ilə  hesablanan  pul  gəliri  ilə 
onun tam maya dəyəri, satış üzrə kommersiya xərcləri və büdcəyə ödəmələrin fərqi 
kimi müəyyən edilir.  
Auditor  kommersiya  xərclərinin  bölüşdürülməsinin  düzgünlüyünə  xüsusi 
diqqət  verməlidir.  Nəzərə  almaq  lazımdır  ki,  birbaşa  (müstəqim)  kommersiya 
xərcləri  satılmış  həmin  məhsul  üzrə  xərclərə,  dolayı  kommersiya  xərcləri  isə 
malların dəyərinə proporsional bölüşdürülür.  
Nəzərə almaq lazımdır ki, idxal mallarının qiyməti onların kontraktda nəzərdə 
tutulan dəyəri və gömrük rəsmiləşdirilməsi anına Azərbaycan Respublikası Mərkəzi 
Bankın kursuna əsasən (idxalat üzrə gömrük yük bəyannaməsində göstərilir) gömrük 
ödəmələri,  nəqliyyat  və  onların  alın-ması  və  daşınması  üzrə  digər  xərclər  nəzərə 
alınmaqla formalaşır.  
Ixrac  üçün  yüklənmiş  mal,  iş,  xidmətlərin  əvəzinə  müəssisəyə  daxil  olmuş  
idxal  malları,  iş,  xidmətlər  təsərrüfat  subyektində  istehsal  ehtiyatları  hesablarının 
debeti  üzrə  idxalın  gömrük  sənədləşdirilməsi  tarixinə  MB-in  kursu  üzrə  mədaxil 
edilməlidir.  Eyni  vaxtda  431,  434,  531,  536,  537  (60),  177,  193,  217,  245,  408, 
411,  413,  414,  435,  441,  445,  507,  511,  512,  513,  514,  515,  538,  541,  545  (76)  
hesablarının debeti üzrə və 171, 175, 176, 211, 215, 216 (62), 177, 193, 217, 245, 
408, 411, 413, 414, 435, 441, 445, 507, 511, 512, 513, 514, 515, 538, 541, 545(76)  
hesabların krediti üzrə borcların qarşılıqlı qeydiyyatı aparılmalıdır. 
Bundan savayı auditor  əmtəə tədavülü  əməliyyatları zamanı kurs fərqlərinin, 
eyni zamanda həmin əməliyyatlar üzrə kommersiya xərclərinin mühasibat uçotunda 
əks etdirilməsinin düzgünlüyünü yoxlamalıdır. 
Ixrac-idxal  əməliyyatlarının  auditi  zamanı  xarici  valyuta  ilə  əməliyyatlara 
xüsusi  diqqət  verilir.  Auditor  valyuta  əməliyyatı  üzrə  pul  gəlirinin  təsərrüfat  sub-


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə